thumb|250px|Kastiliya ərazinin iki mümkün interpritasiyası
Kastiliyia ( - qəsrlər ölkəsi) İspaniyada tarixi-coğrafi ərazi. Rekonkista vaxtı müsəlmanlara qarşı mübarizədə xristianlar tədricən irəlilədikləri üçün, əraziləri ələ keçirdikcə orada dayaq nöqtələri eyni zamanda feodal qəsrləri tikirdilər. Kastiliya sözü buradan yaranıb.
İspaniyanın mərkəzi hissəsi - Kastiliya krallığı bütün yarımadanın beşdə üç hissəsini əhatə edirdi və rekonkistada başlıca rol oynamışdı. İşğal əsnasında Kastiliyada kilsə, ruhani-cəngavər cəmiyyətləri və dünyəvi feodalların iri,qüdrətli və müstəqil torpaq mülkləri yaranmışdı. Lakin bununla yanaşı xırda zadəgan torpaq sahibliyi də xeyli inkişaf etmişdi. Rekonkistada iştirak etmiş cəngavərlər - idalqolar Kastiliyada xüsusi ilə çox idilər. Onlar dinc əməyə həqarətlə baxır, əksəriyyəti çox yoxsul şəraitdə yaşayırdılar.
Bayrağları
Gerbləri
İstinadlar
Mənbə Orta Əsrlər Tarixi. "Maarif" nəşriyyatı. Bakı- 1988 səh. 368
Kateqoriya:Tarixi vilayətlər