Kaçura Taro (1848-1913) — Yaponiyanın İmperator ordusunun generalı, siyasi xadim, Yaponiyanın 11-ci baş naziri.
Həyatı
Samuray sinfinə mənsub olan K.Taro 1848-ci il yanvarın 4-də dünyaya gəlib. 1868-ci il çevrilişi zamanı imperatorun tərəfində durdu və Kiotoda onun sarayını müdafiə etdi. Sonra isə Yaponiyanın şimalında syoqunluğun tərəfdarları ilə müharibədə iştirak etdi.
1870-1873-cü illərdə Berlində hərbi məktəbdə təhsil alıb. 1875-1878-ci illərdə Yaponiyanın Berlində hərbi attaşesi vəzifəsini icra edib.
1894-1895-ci illər Yapon-Çin müharibəsində fərqlənib və 1898-ci ildə müdafiə naziri təyin edilir.
1900-cü ildə qraf İto Xirobuminin hökuməti təşkil olunan zaman K.Taro vəzifəsindən gedir. 1901-ci ildə İtonun istefasından sonra isə yeni hökumət qurdu.
K.Taro 1913-cü il oktyabrın 10-da vəfat edib.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Boşin müharibəsi iştirakçıları Kateqoriya:Yaponiya baş nazirləri Kateqoriya:Tokioda vəfat edənlər Kateqoriya:Yaponiya generalları Kateqoriya:"Müqəddəs xəzinə" ordeni ilə təltif edilənlər Kateqoriya:Yaponiya–Çin müharibəsi (1894–1895) iştirakçıları Kateqoriya:Yaponiyanın xarici işlər nazirləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri