Beşiktaş Peşəkar Futbol Klubu () — Türkiyənin İstanbul şəhərini təmsil edən futbol klubudur. Türkiyə Super Liqasında mübarizə aparır. 3 mart 1903-cü ildə Beşiktaş Gimnastika Klubunun nəznində təsis edilib. 2013-cü ilə qədər öz ev oyunlarını Beşiktaş İnönü Stadionunda keçirirdi. 2016-cı ilin aprel 11-dən bəri oyunlarını artıq yeni tikilmiş Vodafone Parkda keçirməyə başladı. Yeni stadionun tikildiyi müddətdə isə ev oyunlarını Atatürk Olimpiya Stadionu, Başakşehir Fatih Terim Stadionu və Osmanlı Stadionunda oynayırdı.

Beşiktaş 16 dəfə Türkiyə Super Liqası, 10 dəfə Türkiyə Kuboku və 9 dəfə Türkiyə Super Kubokunun Çempionu olub. Beşiktaş 1986/1987 mövsümündə UEFA Çempionlar Liqasında 1/4 finala qədər irəlləyə bilmişdi. Bu nəticə Beşiktaşın tarixində Avropa arenasındaki ən yaxşı nəticəsidir. Beşiktaş Çempionlar liqası qruplarında tək naməğlub türk klubudur.

Tarixi İlk illər futbola çox meyil göstərilməsə də, 1910-cu illərdə gimnastika ilə məşğul olanlar aralarında futbol oynamağa başladılar. O illərdə Osmanlı İmperatorluğunda futbola meyil artmaqda idi. Beşiktaş ilə birlikdə Valideçeşme və Bəsirət klublarının təşkil edilməsi ilə rəqabət artmışdı. 1911-ci ilin Avqust ayında Valideçeşme klubunun yaradıcısı Şərəf Bəy Beşiktaş klubuna qoşuldu. Şərəf Bəyin cəhdləri ilə Bəsirət klubu da Beşiktaşa qoşuldu. Bunun nəticəsi ilə futbol şöbəsi tam olaraq fəaliyyətə başladı. Birinci Dünya müharibəsinin başlanması ilə futbol fəaliyyətləri tamamilə dayandı. Dünya müharibəsindən sonra klub təkrar fəaliyyətini bərpa etdi və Akaretlər meydançasında məşqlər davam etdirildi.

Yeni Liqanın təşkili 1920-ci illərdə Beşiktaş iki əzəli rəqibiylə qarşılaşmasa da o dövrün güclü klublarını məğlub etmiş klub idi. 1919-cu ildə liqa tərtib komitəsi klubların liqada iştirak etməsi istəklərini rədd etdi. Şərəf Bəy, buna görə İstanbul Türk İdman Birliyi liqasını təşkil etdi və Beşiktaş burada çempion oldu. İkinci mövsümdə də Beşiktaş finalda Daruşşafakanı məğlub edərək 2-ci çempionluğunu qazandı.

İstanbul liqaları Cümə və Bazar liqalarının başa çatması ilə Türkiyə Futbol Çempionatı təşkil edildi. İstanbul liqasını qalib bitirən, bu çempionatda iştirak hüququ əldə edəcəkdi. İlk mövsümdə bütün oyunlarını qalib bitirən Beşiktaş çempion oldu. 6 noyabr 1931-ci ildə Fənərbaxça ilə oyunda bu klubunun oynuna çıxmamasına görə Beşiktaş texniki qalibiyyət əldə etdi. Beşiktaş ikinci çempionluğunu 1933–34 mövsümündə əldə etdi. Bu dövrdə Şərəf Bəy Çırağan Sarayının baxçasını klubun futbol sahəsi elan etdi. Lakin sonra yaşanan mübahisələr və baş verən hadisələr kluba yansıdı və bir sonrakı çempionluq itirildi. 1937–38 mövsümündə ilk dəfə istifadə edilən top fərqi qaydası ilə çempionluq itirildi. Sonraki mövsüm heyətini dəyişdirməyən Beşiktaş 5 mövsüm ardıcıl çempion oldu və "Yenilməz Batalyon" adını aldı. 1946-cı ildə alınan çempionluqdan sonra bir dəfə 3-cülük, bir dəfə 2-cilikdən sonra heyət yeniləndi. 1950 və 1951 mövsümlərini də çempion başa vurdu. Sonra dəyişdirilən adı ilə İstanbul Peşəkar Liqasında ilk 2 mövsümü çempion olan Beşiktaş sonrakı mövsüm qol fərqi ilə çempionluğu itirdi. 1959-cu ildə ilk dəfə 5-ci oldu.

Müasir dövr thumb|Klubun forması Avropa Liqası Muzeyində 1956–57 mövsümündə təşkil edilən Milli Küme liqasını çempion tamamlayan Beşiktaş, TFF tərəfindən adının UEFA-ya bildirilməsi unudulduğuna görə 1957–58 Çempionlar Kubokunda iştirak hüququnu itirdi. 1957–58 mövsümünü də çempion tamamlayan Beşiktaş bu dəfə 1958–59 mövsümündə UEFA Çempionlar Kubokunda iştirak hüququnu əldə etdi. İlk matçda Olimpiyakos ilə qarşılaşacaq Beşiktaş, rəqibin sahəyə çıxmamasına görə növbəti tura yüksəldi. Sonraki turda Real Madrid ilə qarşılaşan Beşiktaş, ümumilikdə 3–1 hesabı ilə məğlub olaraq kubokdan ələndi. 1959-cu ildən sonra isə müasir Türkiyə Super Liqası oynanmağa başladı. 2001-ci ildə TFF tərəfindən verilən qərar ilə bu iki çempionluq da Beşiktaşın çempionluğu olaraq qəbul edildi.

Peşəkar Liqalar 1959-cu ildən etibarən Türkiyə 1-ci liqası təşkil edildi. İlk Beşiktaşın məşqçisi Andrea Kutik oldu və 2-ci mövsümdə çempionluq əldə edildi. Sonra məşqçiliyə gələn serb məşqçi Lyubişa Spayiç ilə 1965–66 və 1966–67 mövsümlərində çempion oldu. 1960-cı və 70-ci illərdə Beşiktaş pis nəticələri ilə fərqləndi və bu illər ərzində 1 Türkiyə Kuboku, 2 Başbaxanlıq Kuboku, 1 də Cumhurbaşxanlığı kuboku qazanıldı.

Növbəti çempionluq 15 mövsüm sonra 1981–82 mövsümündə Yuqaslav məşqçi Dorde Miliç ilə əldə edildi. 5-ci və 4-cülükdən sonra 1984–85 mövsümündə top fərqi ilə çempionluq Fənərbaxçaya itirildi. Sonraki mövsüm isə Qalatasaraya qarşı top fərqi ilə çempionluq əldə edildi. 1986-87 UEFA Çempionlar Kubokunda ilk turda Dinamo Tirananı keçdi. 2-ci turda Cənubi Kipr klubu APOEL oyuna çıxmadığına görə növbəti tura yüksəldi və 1/4 finalda Dinamo Kiyevə ümumilikdə 0–7 hesabı ilə məğlub oldu və tarixinin ən yaxşı nəticəsini göstərmiş oldu.

Qordon Milne dövrü 150px|thumbnail|right|Mehmet Özdilek Beşiktaş üçün Super Liqada ən çox qol vuran futbolçudur (130) 1984-cü ildə prezident seçilən Süleyman Səba 1987-ci ildə Liverpulda oynamış keçmiş futbolçu Qordon Milneni məşqçiliyə gətirdi. İlk 2 mövsüm çempion ola bilməməsinə baxmayaraq, 3-cü mövsümdə həm Türkiyə liqası həm də Türkiyə kuboku qazanıldı və o mövsüm Türkiyə Futbol liqasının ən fərqli qalibiyyəti Adana Dəmirspora qarşı alınan 10–0-lıq qalibiyyət əldə edildi. Ardıcıl olaraq 3 il çempion olundu və 1991–92 mövsümünü məğlubiyyətsiz çempion tamamladı və bu Türkiyə rekordu idi. Bu dövrün ən uğurlu futbolçuları; Fəyyaz Uçar, Əli Gültəkin, Mətin Təkin, Rza Çalımbay, Məmməd Özdilək, Rəcəb Çətin, Ülvi Güvənəroğlu idi.

1990-cı illər Qordon Milnedən sonra məşqçiliyə gələn Kristof Daum ilə 1994–95 mövsümündə çempionluq əldə edildi. Qalatasarayın uğurları ilə keçən 90-cı illərdə Beşiktaş, Qalatasarayın əsas rəqibi idi. 1997–98 mövsümündə ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə apardı.

2000-ci illər 2000–01 mövsümündə Çempionlar Liqası qruplarında mübarizə aparsa da, qrupdan çıxmağı bacarmadı. Tək yadda qalan isə İstanbulda Barselonanın 3–0 məğlub edilməsi idi.

150px|thumbnail|right|Mirçea Luçesku, Beşiktaşın 100-cü illində klubu çempion edən baş məşqçidir

100-cü il 2002–03 mövsümündə 100-cü il olduğuna görə klub rəhbərliyi klubda radikal dəyişikliklər etdi. Məşqçiliyə Mirçea Luçesku təyin edildi. Uğurlu çıxışla və cəmi 1 məğlubiyyət ilə çempion oldu, UEFA Kubokunda isə tarixinin ən yaxşı nəticəsi olan 1/4 finala qədər yüksəldi.

Sonraki illər 150px|thumbnail|right|Roceriyo Da Silva Bobo Beşiktaş forması ilə Super Liqada və Avropada ən çox qol vuran futbolçudur 2003–04 mövsümündə ilk dövrəni 2-ci, Fənərbaxçadan 8 xal üstün bitirsə də ikinci hissədə baş verən hadisələr və itirilən xallar ilə mövsümü Fənərbaxçanın 14 xal gerisində 3-cü pillədə başa vurdu və baş məşqçi Luçesku və prezident Sərdar Bilgili istefa verdi. Növbəti mövsüm Prezidentləyə İldırım Dəmirörən, baş məşqçiliyə isə Visente Del Boske seçildi. Ancaq uğursuz nəticələr ilə Del Boske göndərildi və Rza Çalımbay baş məşqçi təyin olundu. Bu mövsüm Fənərbaxçaya qarşı səfərdə 10 nəfərlə 4–3-lük qalibiyyət yadda qalan hadisə oldu. Növbəti mövsüm baş məşqçiliyə Jan Tiqana təyin olundu. Həmin mövsüm Qalatasaray və Fənərbaxçanın xeyli gerisində qaldı. 2006–07 mövsümündə isə Fənərbaxça ilə çempionluq mübarizəsi məğlubiyyətlə nəticələndi. 2007–08 mövsümündə baş məşqçiliyə Ərtuğrul Sağlam təyin edildi yenə çempionluq mübarizəsində 3-cülükdə qaldı və Çempionlar Liqasında isə qrupdan çıxa bilmədi. Liverpula qarşı alınan 8–0 məğlubiyyət ilə Çempionlar liqasının ən pis nəticəsi olaraq yadda qaldı. 2008–09 mövsümündə Ərtuğrul Sağlam istefa verməsi nəticəsində baş məşqçiliyə Mustafa Dənizli gəldi və o mövsümü Beşiktaş çempion olaraq başa vurdu. 2009–10 mövsümündə uğursuz çıxış nəticəsində Mustafa Dənizli klubdan ayrıldı. 2010–11 mövsümünə böyük ümidlərlə başlayan klub baş məşqçiliyə Bernd Şuster təyin edildi. Ulduz futbolçular; Rikardo Kuarejma, Quti Hernandez, Simao Sabrosa, Hüqo Almeyda və Manuel Fernandez transfer edildi. Lakin çox uğursuz nəticə göstərildi və Şuster istefa verdi. Mövsüm ortasında baş məşqçiliyə Tayfur Havutçu gəldi. Lakin iyul ayında baş verən "oyun alqı-satqısı"na görə, Tayfur Havutçunun həbs olunmasına görə müvəqqəti olaraq məşqçiliyə Karlos Karvalyal təyin edildi. Lakin bu mövsüm də uğursuzluqla nəticələndi. 2012-ci ildə Yıldırım Demirörənin Türkiyə Futbol Federasiyası prezidentliyinə seçilməsi ilə Beşiktaşın yeni prezidenti Fikrət Orman oldu. Klubun ciddi borcları nəticəsində bir çox futbolçu klubdan ayrıldı bəziləri isə maaşını azaltmağa məcbur oldu. 2012–13 mövsümündə baş məşqçiliyə Samet Aybaba təyin edildi və bu mövsüm "FEDA mövsümü" olaraq adlandırıldı. Məhdud heyətinə baxmayaraq mövsümü 3-cü başa vurdu. Bu mövsümün sonundan etibarən Beşiktaş İnönü Stadionu sökülərək yeni stadion inşaatına başlandı. Növbəti mövsüm baş məşqçiliyə Slaven Biliç təyin edildi. İlk dövrlər uğurlu çıxış edilsə də sonra çempionluq mübarizəsindən uzaqlaşıldı və mövsümü yenə 3-cü başa vurdu. 2014–15 mövsümündə isə Çelsidən transfer edilən Demba Banın uğurlu çıxışı ilə son 4 tura qədər çempionluq mübarizəsi verilsə də, son 4 oyunda uğursuz nəticə ilə mövsüm 3-cü pillədə başa vurdu. 2015–16 mövsümündə isə baş məşqçi postuna Şənol Günəş təyin edildi. 2015–16 mövsümünü çempion kimi başa vuran klub, ertəsi mövsüm Çempionlar Liqasında iştirak etdi. B qrubunda Benfika, Napoli və Dinamo Kiyev ilə eyni qrupda mübarizə aparan Beşiktaş, 7 xalla qrubun üçüncü bitirib, UEFA Avropa Liqasında mübarizəni davam etdirdi. 1/16 mərhələsində İsrailin Hapoel Ber Şeva klubu ilə mübarizəni ümumi hesabda 5–2 qalib bitirib, 1/8 finala yüksəldi. Bu turda Yunanıstanın Olimpiakos klubunu ümumi hesabda 5–2 məğlub edərək tarixində ikinci dəfə UEFA Avropa Liqasında (əvvəlki adı ilə UEFA Kuboku) 1/4 finala çıxmağı bacardı. 1/4 final mərhələsində Fransanın Olimpik Lion klubu ilə qarşılaşdı. Səfərdə 2–1 məğlub olsa da, evdə 2–1 qalib gəldi və əlavə vaxtda da hesab dəyişmədiyi üçün penalti seriyalarında Lion klubu 7–6 hesabı ilə qalib gəldi və Beşiktaş mübarizəni dayandırdı. May ayında klub Türkiyə Super Liqasını da çempion olaraq başa vurdu. 2017–18 mövsümünə klub Konyaspor ilə super kubok matçı ilə başladı. 2–1 məğlub oldu və ardıcıl ikinci dəfə super kubokda qalib ola bilmədi. 2017–18 Çempionlar Liqasında mübarizə aparan klub, Monako, Portu və Leypsiq ilə G qrubunda mübarizə apardı və qrubu 4 qalibiyyət və iki heç-heçə ilə lider başa vurdu və 1/8 final mərhələsində Almaniyanın Bavariya klubu ilə mübarizə apardı.

Məşqçiləri 200px|thumb|right|Bernd Şuster Beşiktaşda məşqçi işləyən zaman 1911–1925 Şərəf Bəy 1925–1935 Zinger 1935–1944 Rəfik Osman Top 1944–1946 Çarles Hovard 1946–1947 Rəfik Osman Top 1947–1948 Cuzeppe Meatza 1948–1949 Hakkı Yetən 1949–1950 Erik Kin 1950–1954 Hakkı Yetən 1954–1955 Sandro Puppo 1955–1956 Cihat Arman 1956–1957 Mesaros 1957–1958 Əşrəf Bilgiç 1958–1959 Leandro Remondini 1959–1960 Andrea Kutik 1960–1961 Sandro Puppo 1961–1963 Şərəf Görkey 1963–1964 Rəcəb Adanır – Melçihor 1964–1967 Lubisa Spayiç 1967–1968 Ceyn Yanevski 1968–1969 Krum Milyev 1969–1970 Milovan Siriç 1970–1971 Dimitru Teodoresku 1971–1972 Gündüz Qılınc 1972–1974 Abdullah Geqic 1974–1975 Mətin Türəl 1975–1976 Horst Buhtz 1976–1977 Gündüz Təkin Onay 1977–1978 Miloş Milutinoviç 1978–1979 Doğan Andaç 1979–1980 Sərpil Hamdi Tüzün 1980–1981 Mətin Türel 1980–1983 Dorde Miliç 1983–1984 Ziya Tanər 1984–1986 Branko Stankoviç 1986–1987 Miloş Milutinoviç 1987–1993 Qordon Milne 1993–1996 Kristof Daum 1996–1997 Rasim Kara 1997–1999 Con Benjamin Toşak 1999 Karl Haynz Feldkamp 1999–2000 Hans Peter Brigel 2000–2001 Nevio Skala 2001–2002 Kristof Daum 2002–2004 Mirçea Luçesku 2004–2005 Visente Del Boske 2005–2006 Rıza Çalımbay 2006–2007 Jan Tiqana 2007–2008 Ərtoğrul Sağlam 2008–2010 Mustafa Dənizli 2010–2011 Bernd Schuster 2011 Tayfur Havutçu 2011–2012 Carlos Charvalhal 2012 Tayfur Havutçu 2012–2013 Samet Aybaba 2013–2015 Slaven Biliç