thumb|Corc Monk (1665-1666) Corc Monk, birinci Albemarl hersoqu (; 6 dekabr 1608 — 3 yanvar 1670) — ingilis sərkərdəsi və admiralı, 1660-cı ildə İngiltərədə monarxiyanın bərpasında həlledici rola malik şəxslərdən biri.

1654-cü ildə Oliver Kromvelin tərəfindən Şotlandiyanın qubernatoru təyin edilmiş, Kromvelin ölümündən və onun oğlu Riçard Kromvelin istefasından sonra hakimiyyəti ələ keçirən general Con Lambertin diktaturasını qəbul etməkdən imtina edərək Londona öz qoşunlarını yeritmişdir. Sonrakı proseslərdə monarxiyanın bərpasına nail olmuş və bu səylərinə görə hersoq tituluna layiq görülmüşdür.

Xarici keçidlər

— Encyclopædia Britannica Online

İstinadlar

Kateqoriya:İngiltərə hərbçiləri Kateqoriya:İngiltərə admiralları Kateqoriya:Britaniya siyasətçiləri