Məsimov Qurban Abdulla oğlu () — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-2024).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019).

Həyatı Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988–1993-cü illərdə Ə. Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, 1995–2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir.

1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000–2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm aparıcı və quruluşçu rejissor.. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı və quruluşçu rejissoru olub. Həmçinin klounada janrında da yaradıcılıq təcrübələri vardır. Səhnə təxəllüsü Kloun Appadır. (2013)Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, (2013-2024) Abdulla Şaiq adina Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışıb...(2014)UNİMA -Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvü.2018-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu kafedrasının müəllimi.2022-ci ildən baş müəllim.

Azərbaycan Respublikanın xalq artisti Böyükxanım Əliyeva və Azərbaycan Respublikasının əməkdar artisti Təvəkkül Əliyevin kürəkənidir.

30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.

Quruluş verdiyi tamaşalar Kimdir Müqəssir?(A. Haqverdiyev) Muğam Trio-Dizlər(Qurban Məsimov) Nərdivan(Qurban Məsimov) Cırtdan ve Göyçək Fatmanın yeni il sərgüzəştləri(Qurban Məsimov) Çanta- trio və… (Qurban Məsimov) Tıq-tıq və Taq-taqın nağılı(Abdulla Şaiqin Tiq-tiq xanım nağılının motivləri əsasında) Ağ babanın nağılı (Qurban Məsimov "Qoca və şir" azərbaycan xalq nağılının motivləri əsasında) Tilsimli meşə(Qurban Məsimov) Melodiya(Qurban Məsimov) Zəng(Qurban Məsimov) (2017 Qazaxıstan , Astana,5-ci Uluslararası teatr festivalı, Ən yaxşı kişi rolu mükafatı) Qırmızı papaq (Şarl Perro) Turp (Qurban Məsimov) (eyniadlı rus xalq nağılı əsasında) Cırtdan (M. Seyidzadə) Tri xrabretsa (M. Seyidzade)rus dilində Kəloğlan (Qurban Məsimov) Bizim Don Kixot (Rəhman Əlizadə) Yeddi nar çubuğu (Zülfüqar Rüfətoğlu) Göyçək Fatma (Kəmalə Ağayeva) Düyməcik (Hans Xristian Andersen) Hekayəti-Molla İbrahimxəlil kimyagər(M. F. Axundzadə (ADMİU) Leyləyin hədiyyəsi ("Vur dəyənək"özbək xalq nağılı motivləri əsasında)

Səhnə tərtibatı verdiyi tamaşalar Kimdir Müqəssir? Əbdürrəhimbəy Haqverdiyev Uçuş. Şeyx Əttar Ümid. S. Bekket Manqurt. Çingiz Aytmatov Şəngül, Şüngül, Məngül. M. Musabəyov Şərqə Səyahət. Bəxtiyar Xanızadə Dulusçu. Üzeyir Hacıbəyov Zibillik pərvanələri. Bəxtiyar Xanızadə Eşq. Bəxtiyar Xanızadə Balaca Şahzadə. Antuan de Sent-Ekzüperi Maska. Z. Zeynalov İnsan. Alber Kamyu Kölgə. Bəxtiyar Xanızadə Korlar. A. Məmmədov Foto Bahar. Üzel Arabul Kesa və Morito. Ryunosuke Akutaqava Qaraca qiz.(S. S. Axundov, A. Şaiq) Çanta- trio və… (Qurban Məsimov)

Teatrdakı rolları Şar və Nasos- Nasos. Bəxtiyar Xanızadə Nağaraçılar-Dikbaş Kvaksafon-İntelligent qurbağa Şərqə Səyahət-Məşuq, Oğru, 1-ci badam. Bəxtiyar Xanızadə Kimdir Müqəssir?-Mələk, Bəy. Əbdürrəhimbəy Haqverdiyev Şəngül, Şüngül, Məngül-2-ci Aparıcı, Div, Qazı. M. Musabəyov Uçuş-3-cü Saliq. Şeyx Əttar Zibillik Pərvanələri-Ölüm, Solist skripkaçı. Bəxtiyar Xanızadə Dulusçu-2-ci Gürcü. Üzeyir Hacıbəyov Eşq-Ulduz. Bəxtiyar Xanızadə Balaca Şahzadə-Təyyarəçi. A. Ekzüperi Kesa və Morito-Morito. R. Akutaqava İnsan-Şef, Müstəntiq, Prokuror. A. Kamyu Kölgə-Musiqiçi. Bəxtiyar Xanızadə Korlar-1-ci Kor. A. Məmmədov Foto Bahar-Fotoqraf. Üzel Arabul "Kesa və Morito"..-Morito. Ryunosuke Akutaqava "Tıq-tıq və Taq-taq" -Çoban, Siçan, Taq-taq(A. Şaiqin "Tıq-tıq xanım nağılı"-nın motivleri əsasında) "Açıq dənizdə"-Gombul. Slavomir Mrojek "Karol" -Baba. Slavomir Mrojek

Filmoqrafiya Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV) Nigarançılıq (film, 1998) — Şəkili qulluqçu (tammetrajlı film-tamaşa) (TV) Yaşıl eynəkli adam-2 (film, 1999) — Xoreoqraf (tammetrajlı bədii film) (TV) Nəm-Nəm (2000) — Nəm-Nəm (televiziya verilişi) (ABA TV) Nekroloq (film, 2001) — Məcid (tammetrajlı bədii film) (TV) Salur Qazanın evi talandığı boy (film, 2001) Ovsunçu (film, 2002) — sirk artisti (tammetrajlı bədii film) Yaşıl eynəkli adam-3 (film, 2002) — Elman Telmanoviç (tammetrajlı bədii film) (TV) Bir anın həqiqəti (film, 2003) — Rauf (çoxseriyalı bədii film) Dəvətnamə (film, 2003) — Bəstəkar (tammetrajlı bədii film) (TV) Manqurt (film, 2003) Mətbəxdə şou-nəm-nəm (film, 2003) — Nəm-Nəm (televiziya verilişi) (Lider TV) Kişiləri qoruyun (film, 2006) Bəylik dərsi (film, 2007) — Məzhəkəçi (tammetrajlı televiziya tamaşası) (TV) Cavid ömrü (film, 2007) — Mikayıl Müşfiq (tammetrajlı bədii film) Gülməşəkər (veriliş, 2007) — Nəm-Nəm (televiziya verilişi) (AzTV) Arzular – Araz (İran) Arzular Aləminə Səyahət – Kloun Appa (elmi-tədris filmi) Xəzər gəlini ("Caspian bride" directed by Veit Helmer)– Abbas (Almaniya-Azərbaycan) İtkin Pay – Ruhiddin (İran)"Cinema Stop-Kadr: İtirilmiş pay". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 58. Qraf Krestovski – Tayr (NTV-Rusiya) Təklif – 2-ci Dələduz rejissor Şərif QurbanƏliyev (film-tamaşa) (AzTV) Səkkizinci səma – Qurban (İran) 2010 Aramızda qalsın (film, 2011-2013) (bədii serial) (Xəzər TV) — Mehman Bədir olmamış hilal — Mikayıl Müşfiq (televiziya filmi 2010) AzTV Mirzə Ələkbər Sabir — Abbas Səhhət (televiziya filmi 2012) AzTV Oğlan evi - Kapitan Rzayev Oğlan evi 2 - Kapitan Rzayev Milyonluq quş (2017)- Otel sahibi kinokomediya 2017 (Türkiyə-Azərbaycan) Zəng - Qurban (2020) rejissor və ssenari müəllifi Şərif Qurban Əliyev (Dilsuz Mustafayev, Hüseynbala Mirələmovun hekayələri əsasında) AZTV

İcraçı prodüser fəaliyyəti və quruluşçu rejissor "Nazlı və dostları" (16-seriya, "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində hazırlanmışdır.) "Nağıl bağı" (35-səsli nağıl,"Nağıl bağı" verilişi "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində hazırlanan uşaqlar üçün nağıllar seriyasıdır.) "Qaraltı" - Reza Dalvand (“3 alma” audio-kitab)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları https://www.youtube.com/playlist?list=PLoH7o3E3PiGi1u4W7MUHxa95tCvnSNykH https://www.youtube.com/playlist?list=PLoH7o3E3PiGgWRCECcyG2sk-TCHncvBQX https://www.youtube.com/watch?v=KUgmsfOFmzE https://www.youtube.com/watch?v=j5xhC_HAUFQ https://www.youtube.com/watch?v=kkVP_I6Idtk https://www.youtube.com/watch?v=zD1sAiA6OgU https://www.youtube.com/watch?v=vF3LEg79YnI https://www.youtube.com/watch?v=bUrPY9g7pYc https://www.youtube.com/watch?v=EydUPF1y-i4 https://www.youtube.com/watch?v=F3ePu8DurJ8 https://www.youtube.com/watch?v=WkXQhN8PNaA https://www.youtube.com/watch?v=Ju3aLIi25oA https://www.youtube.com/watch?v=u4SF_Aq5beI https://www.youtube.com/watch?v=m-255GbjaOE https://www.youtube.com/watch?v=Ci_uGID50Jc https://www.youtube.com/watch?v=shX1Wigd3Mk https://www.youtube.com/watch?v=Cgw5kEfB6GI https://www.youtube.com/watch?v=fVK6A_FXwRA