Şerzod Fayziyev () — Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən)İlham Əliyev Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir . president.az, 17.05.2012
Həyatı 1969-cu il fevralın 1-də anadan olub. Daşkənd Dövlət Aqrar Universitetini və Moskvada Diplomatiya Akademiyasını bitirib.
1993-cü ildən Özbəkistan XİN-də işləyir. 2007-2008-ci illərdə Avrasiya İqtisadi Birliyinin Baş katibinin müavini olub. 2009-cu ilin aprelindən Fayziyev Özbəkistanın Türkmənistandakı səfiri vəzifəsini icra edib.
2012-ci ildə Özbəkistan parlamentinin Yuxarı palatası Şerzod Fayziyevi ölkənin Azərbaycandakı səfiri vəzifəsinə təyin edibÖzbəkistanın Azərbaycanda yeni səfiri təyin edilib. Şerzod Fayziyev İsmətulla İrqaşevi əvəzləyəcək.
İstinadlar
Kateqoriya:Özbəkistanın Azərbaycandakı səfirləri Kateqoriya:Özbəkistanın Türkmənistandakı səfirləri