Mirpaşa Miriyev (Tam adı: Mirpaşa Mirismayıl oğlu Miriyev; ) — İdman jurnalistikasının banilərindən biri. Əməkdar jurnalist, Prezident təqaüdçüsü.

Həyatı Mirpaşa Miriyev 1920-ci il iyunun 24-də Bakıda anadan olub. 132 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub. Orada təhsil aldığı müddətdə "Azərnəşr"də korrektor vəzifəsində çalışıb, "Gənc işçi" qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin səhifələrində ilk yazılarını nəşr etdirib. 2007-ci il iyunun 12-də, 87 yaşında vəfat edib. Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan M. Miriyev həmçinin respublikanın əməkdar jurnalisti və prezident təqaüdçüsü adlarını daşıyıb.

Fəaliyyəti İkinci Dünya müharibəsi başlayanda Azərbaycanda redaksiyaların çoxu bağlandı. "Gənc işçi" qəzeti də fəaliyyətini dayandırmalı oldu. Redaksiyanın üç işçisi — redaktor İsrafil Nəzərov, redaktor müavini Böyükağa Həsənov və Mirpaşa Miriyev radio verilişləri komitəsinə, cəbhəyə yollanan işçiləri əvəz etməyə göndərildilər. 1947-ci ildə Mirpaşa müəllim "Azərbaycan gəncləri" qəzetinin redaktoru, onunla hələ "Gənc işçi" qəzetindən həmkar olan Böyükağa Həsənovun dəvəti ilə həmin qəzetə redaktor müavini vəzifəsinə keçdi. 1950-ci ildə "Azərbaycan bətən tərbiyəçisi" və "Fizkulturnik Azerbaycana" qəzetlərinə redaktor təyin edilib və 37 il fasiləsiz olaraq bu qəzetlərə rəhbərlik edib. Sonradan bu qəzetlərin adları dəyişdirilərək "İdman" və "Sport" olub. 1987-ci ilədək burada çalışan M. Miriyev həmin il təqaüdə çıxıb və "Neftçi" İdman Sağlamlıq Cəmiyyətində sədr müavini kimi ictimai fəaliyyət göstərib.Veteran idman jurnalistləri

Kitabları "Dəmir qala" (Bakı, 1942-ci il), "Bir zavodun idmançıları" (Bakı, 1953-cü il), "Kənd idmançıları" (Bakı, 1954-cü il), "Çempionlar" (Bakı, 1954-cü il), "Birləşən yollar" (Bakı, 1965-ci il).

Xatirəsi Mətbuat Şurasının sədri Əflatun Amaşov onun haqqında fikrini belə bildirib:

Mərhumun qızı Ulduz Miriyeva atasının ölümündən sonra onun haqqında "Bizim təmkinli əzizimiz" adlı kitab çap etdirib.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar