Varlam Şalamov (, ; 18 iyun, 1907–17 yanvar, 1982) — Görkəmli rus ədibi
Həyatı XX əsrin lap əvvəllərində 1907-ci ildə anadan olub. Keşiş oğlu və yəhudi olduğu üçün Oktyabr inqilabından dərhal sonra Sibirə – üç illik sürgünə göndərilib. Cəzasını başa vurduqdan sonra Moskvaya qayıdıb, oxumaq istəsə də, siyasi dustaq olduğuna görə sənədlərini heç bir ali məktəbə verə bilməyib. Sərbəst kurslara gedib, ali məktəblərə qəbul olunmaq üçün təşkil edilmiş müsabiqəni qazanır, amma bundan xəbər tutan hökumət, Stalin əleyhinə təşkil olunmuş mitinqdə iştirak etdiyini bəhanə gətirərək, onu ömürlük sürgünə göndərir. Orda qaldığı müddət ərzində müxtəlif hekayələrdən ibarət “Sibir dəftəri” kitabını yazır.
Varlam Şalamov aradan uzun illər keçəndən sonra – ömür tükənənə yaxın, yəni 1982–ci ildə bəraət alır və bir qədər yaşadıqdan sonra vəfat edir. Ölümündən sonra – 1985-ci ildə yenidənqurma və aşkarlıq dövründə yaxın dostlarının təşəbbüsü ilə ilk kitabı – “Sibir dəftəri” çapdan çıxır.
İstinadlar
Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Rusiya sosialistləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:Rus şairlər Kateqoriya:RK(b)P və ÜİK(b)P-də sol müxalifətin üzvləri