Hans Florian Simmer () — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri. O, 1980-ci ildən bəri 150-dən çox film üçün musiqilər bəstələmişdir. Onun əsərlərinə Ən yaxşı musiqiyə görə Oskar mükafatını qazandırmış Kral Şir və bundan başqa Ulduzlararası, Qladiator, Başlanğıc (film, 2010) və Qara cəngavər trilogiyası daxildir.
Zimmer karyerasının ilkin mərhələsində Birləşmiş Krallıqda fəaliyyət göstərmiş və sonradan Amerika Birləşmiş Ştatlarına . O, DreamWorks Pictures-də film-musiqi bölməsinin rəhbəridir və öz qurduğu əvvəllər Media Ventures kimi tanınan Remote Control Productions şirkəti vasitəsilə digər bəstəkarlarla əməkdaşlıq edir. Studiyası Kaliforniyanın Santa Monika şəhərində yerləşir və film musiqilərinin ilkin versiyasının qısa zamanda hazırlanması üçün geniş kömpüter texnologiyası ilə təchiz olunmuşdur.
Zimmerin əsərləri başlıca olaraq elektronik musiqi səslərini ənənəvi orkestr tərtibatları ilə bütünləşdirməsi ilə fərqlənir. O, dörd Qremmi mükafatı, üç Klassik Brit Mükafatları (ing. Classic Brit Awards), iki Qızıl qlobus mükafatı və bir Oskar mükafatı almışdır. Hans Zimmer The Daily Telegraph tərəfindən yayımlanan Yaşayan 100 Dahi siyahısına salınmışdır.
Seçilmiş filmlər 1988: Yağış adamı 1994: Kral Şir 2000: Qladiator 2014: Ulduzlararası
İstinadlar
Xarici keçidlər
Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Hollywood Records artistləri Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:DreamWorks Pictures əməkdaşları