Azərbaycan–İtaliya münasibətləri — Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımışdır.

Tarixi

AXC dövrü Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Molokanskaya küçəsi 35 ünvanında İtaliyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Enriko Ensom rəhbərlik etmişdir.Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri . axc.preslib.az

Diplomatik əlaqələr thumb|İlham Əliyev və Corcia Meloni Kopenhagen Oktyabr 2025

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur.Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az

1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının İtaliyadakı hazırkı səfiri Vaqif Sadıqov etimadnaməsini İtaliya Prezidenti C.Napolitanoya 8 fevral 2011-ci il tarixində təqdim etmişdir. İtaliyanın ölkəmizdəki səfiri M.Baldi etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə 23 oktyabr 2009-cu ildə təqdim etmişdir.

İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış . lib.aliyevheritage.org, 31.01.2009

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir."Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şəfiqə Məmmədova olmuşdur."Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az 4 mart 2016-cı il tarixindən Azər Kərimli işçi qrupunun rəhbəridir.

İtaliya Senatında yaradılmış İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri isə xanım Rossana Boldidir.

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında 30 sənəd imzalanmışdır.

Yüksək səviyyəli qarşılıqlı səfərlər 1997-ci il 24–27 sentyabr — Prezident H.Əliyevin rəsmi səfəri 2005-ci il 24–26 fevral — Prezident İ.Əliyevin rəsmi səfəri 2008-ci il 25–26 noyabr — Prezident İ.Əliyevin rəsmi səfəri 2011-ci il 2 iyun — İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmək məqsədilə Prezident İ.Əliyevin səfəri

thumb|İlham Əliyev və Corcia Meloni Bakı May 2026

İqtisadi əlaqələr Əmtəə dövriyyəsi (min doll.) İlİxracIdxalÜmumi dövriyyəsi2019369 90020204 172 239396 2144 568 45520219 243 521419 6579 663 178202217 782 508,08 340 432,6418 122 940,72202315 208 067,60477 903,9715 685 971,57202410 875 130,22515 802,3711 390 932,59202511 342 330,41518 082,1611 860 412,57

İxraci təşkil edən mallar: neft, qaz, yeyinti məhsullari.

İdman sahəsində əməkdaşlıq thumb|UEFA Avropa Kuboku 1996-nın İtaliya–Rusiya matçına həsr olunmuş Azərbaycan poçt markası (1996)

Futbol qarşılaşmaları thumb|"Neftçi" (Bakı) – "İnter" (Milan)

Səfirliklər Azərbaycanın İtaliyada: Romada Azərbaycan səfirliyi

İtaliyanın Azərbaycanda: Bakıda İtaliya səfirliyi

Voleybol qarşılaşmaları

Həmçinin bax Avropa Birliyi–Azərbaycan əlaqələri

Mənbə Azərbaycan-İtaliya münasibətləri

İstinadlar

Xarici keçidlər Azərbaycanin İtaliyadaki səfirliyi Rəsmi sayti İtaliyanin Azərbaycandaki səfirliyi Rəsmi sayti Azərbaycan - İtaliya münasibətləri