Samsung Galaxy S II HD LTE — Samsung şirkəti tərəfindən istehsal olunan mobil telefon.

Xarakteristikası Smartfon Android 2.3 proqram platforması ilə işləyir. Güclü aparat 1,5 QHz takt tezlikli 2 nüvəli prosessor və 1 Qb əməli yaddaş ilə təchiz edilib. İnteqrasiya edilmiş fləş daşıyıcının tutumu 16 Qb-dır; dəyişkən "MicroSD" kartlar üçün slot var. Smartfon 4,65 düym diaqonallı yüksək keyfiyyətli Super AMOLED sensor ekran ilə təchiz edilib; ekranın kəskinliyi 720×1280 nöqtədir. Əsas 8 meqapiksel kamera 1080p formatında yüksək dəqiqlikli videoyazmanı dəstəkləyir; ön hissədə yerləşən kamera 2 meqapiksel matrisə malikdir. Digər xüsusiyyətləri belədir: "Wi-Fi" (802.11b/g/n) və "Bluetooth 3.0" simsiz əlaqə adapterləri, GPS qəbuledicisi, NFC mikroçipi və 1850 мА∙h tutumlu akkumulyator batareyası. Smartfon dördüncü nəsil LTE mobil şəbəkələrində işi dəstəkləyir.

Həmçinin bax Samsung Galaxy Note 10.1 Samsung Galaxy R Samsung Galaxy S5 Samsung Galaxy S II

İstinadlar

Kateqoriya:2011-ci ildə yarananlar Kateqoriya:Samsung smartfonları