Epaminond (Epaminondas; ) — qədim yunan sərkərdəsi və siyasi xadimi. Filosof-pifaqorey Lisidin tələbəsi. E.ə 470–80-ci illərdə, e.ə 379 Fivda, Sparta əleyhinə demokratik çevrilişindən sonra, demokratların rəhbəri sərkərdə Pelopidlə birlikdə, yunan polislərinin demokratik əsaslarla yaratdığı Beotiya ittifaqına və Fiv dövlətinə başçılıq edirdi. Onların birgə rəhbərliyi altında Fiv ittifaqı Qədim Yunanıstanın ən iri siyasi ittifaqına çevrildi. Beotiya müharibəsi(e.ə378-362) vaxtı Epaminond dəfələrlə baş komandan təyin edilmişdir və 371-ci ildə spartalılar üzərində Levktra yaxınlığında qələbə çalmışdı. Bu qələbə və Peloponnesə, Epaminondun rəhbərliyi altında, sonrakı üç yürüş(370,369,367) Spartanın zəifləməsinə və Peloponnes ittifaqının dağılmasına gətirdi. Epaminondun yaratdığı Fiv donanması Xios, Rodos adalarını və Bizanti şəhərini işğal etdi. Levktra döyüşündə Epaminond cəbhə boyu qüvvələrin bərabər bölünməsi prinsipindən imtina etdi və əsas zərbə istiqamətində qüvvələri cəmləşdirməklə tam qələbə çaldı.

Epaminond ilk olaraq, indiki günə qədər bütün həlledici döyüşlərin nəticələrini müəyyən edən, dahi taktiki prinsip kəşf etdi: həlledici sahədə zərbəni cəmləşdirmək məqsədilə qüvvələrin cəbhə böyu qeyri bərabər bölüşdürülməsi.Маркс К., Энгельс Ф. Соч. Изд. 2-е. Т. 14, с.355 Tərcümə Mantineya döyüşündə(e.ə 362)bu prinsip öz sonrakı inkişafına çatdı. Bu döyüşdə Epaminond ilk dəfə hucumda olan süvarilərlə yüngül piyadaların uzlaşmasını tətbiq etdi. Həmin döyüşdə o ölümcül yaralandı.

Mənbə Советская военная энциклопедия Москва 1980

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qədim Yunanıstan sərkərdələri