Qərbi Qazaxıstan vilayəti () — Qazaxıstanda ucqar qərbində vilayət. Mərkəzi Oral şəhəridir. Rusiya ilə sərhəd mövcuddur. Ural dağlarının yaxınlığında yerləşir. Mənbəyini Ural dağlarından (Rusiya) götürən Ural çayı vilayətin ərazisindən axaraq Xəzər dənizinə tökülür. Qərbi Qazaxıstanın bir hissəsi Avropanın bir hissəsi də Asiyanın payına düşür.

Qazaıstanın iki və Rusiyanın beş vilayətləri ilə həmsərhəddir:

şimalda - Rusiyanın Orenburq vilayəti ilə; şərqdə - Qazaxıstanın Aqtöbe vilayəti ilə; cənubda - Qazaxıstanın Atırau və Rusiyanın Həştərxan vilayəti ilə; qərbdə - Rusiyanın Volqoqrad və Saratov vilayətləri ilə; şimal-qərbdə - Rusiyanın Samara vilayəti ilə.

İnzibati bölgüsü

12 rayon Tasqala rayonu Zelenov rayonu Terekti rayonu Börili rayonu Şınğırlau rayonu Jənibek rayonu Kaztalovka rayonu Aqjayık rayonu Sırım rayonu Qaratöbe rayonu Bökey Orda rayonu Janaqala rayonu

Xarici keçidlər Qərbi Qazaxıstan vilayətinin internet ünvanı

Kateqoriya:Qərbi Qazaxıstan vilayəti Kateqoriya:1932-ci ildə yaranmış dövlətlər və ərazilər