Fatma Yaqub qızı Mahmudova () — azərbaycanlı aktrisa. Azərbaycan Respublikasının xalq artisti (2000).

Həyatı Fatma Mahmudova 30 dekabr 1954-cü ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununu bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı aktrisalarından olan F. Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olmuşdur. "Dağılan Tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryəm, "Solğun çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə və Zaur"da Təhminə, "Qismət"də Ana və s. bu kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirmişdir. Aktrisa 1987-ci ildə "Pirverdinin Xoruzu" filmində Həlimə roluna çəkilmişdir.

1989-cu ildə Azərbaycan SSR Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan F. Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olmuşdur. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yarada bilmişdir. O, "On min dollarlıq keyf" tamaşasında Bağdagül, "Hərənin öz ulduzu"nda Xurma, "Bankir adaxlı"da ağuçu Gülbikə, "Birgünlük siğə"də Adilə Dudu, "Adamın adamı"nda At Balaxanım, "Məsmə xala dayımdır" əsərində Əsmər, "Şeytanın yubileyi"ndə Məryəm və s. rolların öhdəsindən bacarıqla gəlmişdir.

F. Mahmudova 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülb. Prezident təqaüdçüsüdür.

İki qız anasıdır. Kiçik qızı Nigar musiqi ilə məşğuldur.

2024-cü ildə beyin infarktı keçirib. 2025-ci ilin yanvarında ikinci dəfə eyni səbəbdən xəstəxanaya yerləşdirilib.

Mükafatları Azərbaycan SSR əməkdar artisti — 1989 Azərbaycan Respublikasının xalq artisti — 2000http://www.e-qanun.az/framework/535 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 2006

Filmoqrafiya Pirverdinin xoruzu (film, 1987) Güzgü (film, 1990)(II) Olacağa çarə yoxdur (film, 2003) Ərazi (film, 2005) Məşədi İbad-94 (film, 2005) Milli bomba (film, 2004) "Moskva-Bakı" qatarı (film, 2005) Hərənin öz payı+tayı (film, 2006)-Gülxanım Bəylik dərsi (film, 2007) Kəndim+nizə qayıdın!? (film, 2007) Yanmış körpülər (film, 2007) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: qonşu Bacanaqlar (film, 2009) 21 sual (film, 2017) (tammetrajlı bədii film) (rol) Qız atası (teleserial, 2014)-Fatma

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Ağdam rayonunda doğulanlar Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Musiqili Teatrı şəxsləri