90 dəqiqə () — rejissor Eva Sorhauqun 2012-ci ildə ekranlaşdırdığı bədii film. Film Toronto Kino festivalında nümayiş etdirildikdən sonra dünya şöhrəti qazanmışdı.Eva Sørhaugs 90 Minutter får verdenspremiere i Toronto, Norsk filminstitutt, 31. juli 2012 Filmin premyerası 21 sentyabr 2012-ci ildə baş tutmuşdu. Özünün ikinci tammetrajlı filmində, Eva Sorhauq cəsarətlə və kompromissizcəsinə "hər şeydən artıq doymuş" cəmiyyətin təhlükəli, qəzəbli, şiddətli və zorakı tərəfini göstərir. 90 dəqiqə — sadəcə olaraq "artıq gec olacaq" bir anın müşahidəsidir.2morrow Daha doğrusu isə 3 insanın həyatının son 90 dəqiqəsi haqqda. Sorhauq Mixail Haneke tərəfindən icad edilmiş metodlar üzrə spekulyasiya edir, buna baxmayaraq o açıqca göstərilən zorakılıqdan da imtina etmir; ümumilikdə Skandinav filmlərində belə qəddar səhnələri təsəvvür etmək çətindir. Kinotənqidçilər filmdə Alan Klarkla olan paralelləri həvəslə qeyd edirlər.

Filmin xülasəsi

Bu filmdə müxtəlif nəsillərdən bəhs edən 3 hekayə vardır:

Birinci hekayə: Artıq qocalmış biznesmen Yohan çox güman ki, artıq müflis olub. Bəlkə də cavan aşnası onu atıb və ya sağlamlığında kəskin dəyişikliklər baş verib — bu, filmi seyr edənlər üçün naməlum olaraq qalır. Yalnız o məlumdur ki, o tez-tələsik kirayə götürdüyü mənzildən imtina edir, bütün işlərini tamamlayır və həyat yoldaşının qabağında əmək fəaliyyətini stimulyasiya edir. Sonra arvadı üçün erkən nahar yeməyi hazırlayaraq, onu sakitcə öldürür. Sonra isə özünə sui-qəsd edir.

İkinci hekayə: Polis işçisi Fred bazar günlərində keçmiş həyat yoldaşının və uşaqlarının yanına gəlir. Lakin göründüyü kimi, operativ işdən və ofisdə kargüzarlıq işlərindən imtina, ona çox depressiv təsir göstərir. Buna görə də o, dərin depressiya vəziyyəti ilə üzləşir. Sabahısı gün o, masa arxasına əyləşərək, səssizcəsinə yoğurt yeyir, uşaqlarına banan verir, arvadı ilə ləng halda mübahisə edir. Amma onun içində ciddi şəkildə bir ehtiras hissi qaynayır. Eks-həyat yoldaşı onu evdən qovduqdan sonra o bir az məhəllədə gəzişir, sonra yenidən evə qayıdaraq əlindəki pistoletlə hamını gülləliyir.

Üçüncü hekayə: Yaxınlarda ata olmuş gənc narkoman Trond ailə həyatının yeni məsuliyyətlərinə heç cür alışa bilmir. Buna görə də o, tez-tez arvadını vəhşicəsinə döyür, onun əllərini bağlayaraq onunla cinsi əlaqədə olur. Bəlkə də onların belə əlaqələri həmişə olub — bunu arvadın elə də müqavimət göstərməməsi və faktiki olaraq heç nə danışmaması ilə də anlamaq olar. Ancaq yenicə anadan olmuş körpə Trondun nizamlı həyatına nifaq gətirir — o artıq mağazaya gedib uşaq bezi almalı və şəxsən onun üçün utancverici hesab edilən bu məhsullarla da o, paralel olaraq Ginnes pabında pivə içməyə məcburdur.

Rollarda Aksel Henni — Trond Derfor er Aksel Hennie forberedt på å bli hata , Dagbladet, 12. juli 2012 Kaia Varyord — Karianna, Trondun rəfiqəsi Byorn Floberq — Yohan Pia Tyelta — Elin Mads Ousdal — Fred Annmari Kastrup — Hanna Fred Heqqland — narkotik satıcısı

İstinadlar

Həmçinin bax Norveç filmlərinin siyahısı

Xarici keçidlər http://www.filmweb.pl/film/90+minutter-2012-644841 http://www.imdb.com/title/tt2180277/ http://www.norge.ru/90_minutter_2morrow

Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:Norveç filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Norveçcə filmlər Kateqoriya:Norveçin dram filmləri Kateqoriya:Norveçin triller filmləri