Maris Verpakovskis (15.10.1979, Liepaya, Latviya SSR, SSRİ) — latviyalı futbolçu. Mövqeyi hücumçudur. Yunanıstanın "Erqotelis" klubunun və Latviya milli futbol komandasının oyunçusudur. Futbolçu 2003-2004-cü illərdə Latviyada ilin adamı və iki dəfə ən yaxşı oyunçu seçilib. "Liepaya Metallurq", "Skonto", "Dinamo Kiyev", "Xetafe", "Hayduk Split", "Selta de Viqa" və "Bakı" klublarında çıxış edib.

Həyatı Maris Verpakovskis 1979-cu ilin oktyabrın 15-də Latviyanın Liepaya şəhərində anadan olub.

Karyerası

Latviya klubları Futbol karyerasına ölkəsinin "Baltika FK" komandasında başlayan oyunçu 1995-ci ildən 2001-ci ilə qədər bu komandanın şərəfini qoruyub. Keçirdiyi 59 oyunda 10 qol vurub. 2001-ci ildə Verpakovskis başqa Latviyanın "Skonto" Riqa klubuna keçib. İştirak etdiyi 77 görüşdə rəqib qapısından 41 top keçirib. Bu illər onun karyerasının ən pik nöqtəsi olub. Sərgilədiyi oyunla göz oxşayan Maris qısa müddət ərzində bir sıra Avropa klublarının maraq dairəsinə düşüb.

Dinamo Kiyev 2003-cü ildə Ukraynanın adlı-sanlı komandalarından olan "Dinamo Kiyev" ilə müqavilə imzalayıb. Çox çəkmir ki, Verpakovski komandanın ilk onbirliyə düşməyi bacarıb.11 oyunda 5 qol vurmaqla güclü futbolçu olduğunu sübut edib. Dinamo ilə UEFA Çempionlar Liqasında ilk qolunu Türkiyənin "Trabzonspor" komandasına qarşı oyunda vurub. İkinci topu isə Kiyevdə 2:2 hesabı ilə bitən "Real"a qarşı görüşdə qapıdan keçirib . Ümumilikdə isə ÇL-da 3 qol müəlifidi. Maris Verpakovskis 2004-cü ildə "Dinamo Kiyev"in heyətində ən yaxşı futbolçu seçilib. Sonralar isə futbolçunun karyerası yavaş-yavaş enişə başlayıb. Buna səbəb onun Kiyev "Dinamosu"nun keçmiş məşqçisi Yozef Sabo ilə konfiliktə girməsi olub. Komanda ilə müqaviləsinin olmasına baxmayaraq futbolçu başqa klublara icarəyə verilir.

İcarələr 2007-ci ildə İspaniyaya yollanan futbolçu "Xetafe"də özünü sınamaq istəyir. Ancaq burada forma geyinmə şansı tapmır. Daha sonra bir-birinin ardınca Xorvatiyanın "Hayduk Split", İspaniyanın "Selta de Viqa", Yunanıstanın "Erqotelis" klublarında çıxış edir. Amma həm zədə, həm də forma geyinmə şansının olmaması futbolçunun karyerasında uğursuzluğa səbəb olur. 2011-ci ildə icarə müddəti başa çatan futbolçu yenidən "Dinamo Kiyev" qayıdır.

Bakı 2011-ci il iyunun 30-da Verpakovskis "Bakı" ilə bir illik müqaviləyə imza atdı. "Bakı"nın heyətində ilk mövsüm 19 oyunda 3 qol vurdu. Rəhbərlik futbolçu ilə müqaviləni yeniləmək istəyirdi və Verpakovskis 2012-ci ilin iyun ayında klubla müqaviləsini yenilədi.

Erqotelis 2013-cü ilin əvvəlində Verpakovskis Yunanıstanın "Erqotelis" klubu ilə müqavilə bağlayıb.

Milli komanda karyerası Maris Verpakovskis Latviya millisində ilk debütünü 1999-cu ilin sentyabrın 9-da Yunanıstan yığması ilə görüşdə edib. Beynəlxalq matçlarda ən uğurlu oyunları AÇ-2004-ə təsadüf edir. Türkiyə yığması ilə pley-off oyunlarında vurduğu qollarla milli komandasını 2004-cü ildə Avropa çempionatının final mərhələsinə çıxarıb. Latviyanın AÇ-2004-də yeganə qolunun müəllifi olan Maris Verpakovskis Çexiya yığmasına 1:2 hesabı ilə məğlub olduqları görüşdə (45+1-ci dəqiqədə) Peter Çexin qoruduğu qapıya yol tapıb.Latviya yığmasının hücumçusu Maris Verpakovskis karyerasını Azərbaycanda davam etdirmək istəyir Keçirdiyi 10 oyunda 6 qol vurub. O, millidə ən çox qol vuran futbolçu Marian Paharsı üstələyərək adını Latviya futbol tarixinə yazdırdı. Marisin aktivində 29 top var.

Beynəlxalq qollar + Maris Verpakovskis: Beynəlxalq qollar # Tarix Yer Rəqib Hesab Nəticə Yarış 1. 9 iyun 1999 Afina, Yunanıstan Yunanıstan 0 – 1 1–2 UEFA Avropa Kuboku 2000 seçmə mərhələ 2. 28 fevral 2001 Vaduts, Lixtenşteyn Lixtenşteyn 0 – 2 0–2 Yoldaşlıq oyunu 3. 3 iyul 2001 Riqa, Latviya Estoniya 1 – 0 3–1 Baltik Kuboku 2001 4. 21 avqust 2002 Riqa, Latviya Belarus 1 – 1 2–4 Yoldaşlıq oyunu 5. 7 iyun 2003 Budapeşt, Macarıstan Macarıstan 0 – 1 3–1 UEFA Avropa Kuboku 2004 seçmə mərhələ 6. 10 sentyabr 2003 Riga, Latvia Macarıstan 1 – 0 3–1 UEFA Avropa Kuboku 2004 seçmə mərhələ 7. 10 sentyabr 2003 Riqa, Latviya Macarıstan 3 – 0 3–1 UEFA Avropa Kuboku 2004 seçmə mərhələ 8. 11 oktyabr 2003 Stokholm, İsveç İsveç 0 – 1 0–1 UEFA Avropa Kuboku 2004 seçmə mərhələ 9. 15 noyabr 2003 Riqa, Latviya Türkiyə 1 – 0 1–0 UEFA Avropa Kuboku 2004 seçmə mərhələ 10. 19 noyabr 2003 İstanbul, Türkiyə Türkiyə 2 – 2 2–2 UEFA Avropa Kuboku 2004 seçmə mərhələ 11. 31 mart 2004 Celje, Sloveniya Sloveniya 0 – 1 0–1 Yoldaşlıq oyunu 12. 6 iyun 2004 Riqa, Latviya Azərbaycan 1 – 0 2–2 Yoldaşlıq oyunu 13. 15 iyun 2004 Aveiro, Portuqaliya Çexiya 0 – 1 2–1 UEFA Avropa Kuboku 2004 14. 8 sentyabr 2004 Lüksemburq, Lüksemburq Lüksemburq 0 – 1 3–4 Futbol üzrə dünya çempionatı 2006 seçmə mərhəəl 15. 9 oktyabr 2004 Bratislava, Slovakiya Slovakiya 0 – 1 4–1 Futbol üzrə dünya çempionatı 2006 seçmə mərhələ 16. 17 noyabr 2004 Vaduts, Lixtenşteyn Lixtenşteyn 0 – 1 0–3 Futbol üzrə dünya çempionatı 2006 seçmə mərhələ 17. 30 mart 2005 Riqa, Latviya Lüksemburq 3 – 0 4–0 Futbol üzrə dünya çempionatı 2006 seçmə mərhələ 18. 30 mart 2005 Riqa, Latviya Lüksemburq 4 – 0 4–0 Futbol üzrə dünya çempionatı 2006 seçmə mərhələ 19. 7 oktyabr 2006 Riqa, Latviya İslandiya 2 – 0 4–0 UEFA Avropa Kuboku 2008 seçmə mərhələ 20. 7 oktyabr 2006 Riqa, Latviya İslandiya 3 – 0 4–0 UEFA Avropa Kuboku 2008 seçmə mərhələ 21. 13 oktyabr 2007 Reykyavik, İslandiya İslandiya 1 – 3 2–4 UEFA Avropa Kuboku 2008 seçmə mərhələ 22. 13 oktyabr 2007 Reykyavik, İslandiya İslandiya 1 – 4 2–4 UEFA Avropa Kuboku 2008 seçmə mərhələ 23. 17 oktyabr 2007 Riqa, Latviya Lixtenşteyn 2 – 1 4–1 UEFA Avropa Kuboku 2008 seçmə mərhələ 24. 1 aprek 2009 Riqa, Latviya Lüksemburq 2 – 0 2–0 Futbol üzrə dünya çempionatı 2010 seçmə mərhələ 25. 10 oktyabr 2009 Afina, Yunanıstan Yunanıstan 1 – 1 5–2 Futbol üzrə dünya çempionatı 2010 seçmə mərhələ 26. 10 oktyabr 2009 Afina, Yunanıstan Yunanıstan 1 – 2 5–2 Futbol üzrə dünya çempionatı 2010 seçmə mərhələ 27. 7 sentyabr 2010 Ta Qali, Malta Malta 0 – 2 0–2 UEFA Avropa Kuboku 2012 seçmə mərhələ 28. 9 fevral 2011 Antalya, Türkiyə Boliviya 0 – 1 1–2 Yoldaşlıq oyunu 29. 12 oktyabr 2012 Bratislava, Slovakiya Slovakiya 2 – 1 2–1 Futbol üzrə dünya çempionatı 2014 seçmə mərhələ

Uğurları

Klub Skonto Riqa Latviya çempionatı Qalib (2): 2001, 2002 Latviya kuboku Qalib (2): 2001, 2002

Dinamo Kiyev Ukrayna Premyer Liqası Qalib (1): 2004 Ukrayna Kuboku Qalib (2): 2005, 2006

Bakı Azərbaycan Kuboku Qalib (1): 2012

Milli komanda Latviya Baltik Kuboku Qalib (3): 2001, 2003, 2008

Şəxsi Latviyada ilin adamı - 2003-2004Eiropas cilvēks Latvijā – Māris Verpakovskis . Diena.lv. Dynamo Kiyevdə ilin oyunçusu - 2004 Latviyada ilin futbolçusu - 2003, 2004 Latviya milli futbol komandasının bombardiri - 29 qol.

İstinadlar

Xarici keçidlər Maris Verpakovskis - Nationall Football Teams

Kateqoriya:Latviya futbolçuları Kateqoriya:Latviyada doğulanlar Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Dinamo Kiyev FK futbolçuları Kateqoriya:Namo Zaqreb FK futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:FİFA Yüzlük Klubu Kateqoriya:Ukraynada legioner futbolçular Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular