Röyalə Yaqub qızı Nəcəfova və ya səhnə adı ilə Röya Ayxan, yaxud sadəcə Röya () — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019).
Həyatı və karyerası Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə doğulmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir,. lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayon 5 saylı tam orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.
İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.
30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 21 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.
Röya "Altın Kelebek" mükafatını Azərbaycana gətirən ilk azərbaycanlı ifaçı olub. O, 2017-ci ildə "Azərbaycanın ən parlaq ulduzu" nominasiyasına layiq görülüb. Röya bu mükafatı 2020-ci ildə yenidən ikincə dəfə qazanmışdır.Röya ikinci dəfə “Altın Kelebek” aldı
Şəxsi həyatı 2008–2014-cü illərdə Anar Çingiz oğlu Cəlilovla nikahda olmuşdur. Onun bu nikahdan Hüseyn adlı bir oğlu vardır.
Mahnıları
Albomları Gəl Danış (2005) Sənə Ehtiyacım Var (2014) The Best Compilations (2015) Best Hits (2018) Feat. (2018) Slow Compilation (2019) Best Compilation, Vol. 1 (2019) Best Compilation, Vol. 2 (2019) Best Compilation, Vol. 3 (2019) Best Compilation, Vol. 4 (2019) 14/41 (2023)
Klipləri +№MahnıTarix1"Yalan Sözlər"20022"Bilərsənmi?"20033"Ayrılıq Olmayaydı"20044"Söylə"20045"Qovuşmaz Yolumuz"20046"Qatar"20047"Nazlı Yarım"20048"Cücə"20059"Darıxmışam"200510"Dəniz"200611"Gəl Danış" (ft. Elşad Xose)200612"Deyin Ona" (ft. Samir Cavadzadə)200613"Gəlmədin" (ft. Dəyirman)200714"Həsrətin Nəğməsi" (ft. Tunar)200715"De Niyə?" (ft. Şeron)200716"Ulduz Nəğməsi"200717"Nazlı"200718"Narın Yağış"200719"Sən Oldun"200720"Bilərsənmi" (ft. Abbas Bağırov)200821"Təkcə Səni"200822"Yenə Yaz Gələcək"200823"Sən Evlisən"200824"Aldatma"200825"Rəqs"200926"Sənsiz"27"Xatirələr"201028"Aldatmayaq Bir-Birimizi" (ft. Sevda Yahyayeva)201029"Dostumsan, Yoxsa Sevgilim?"201130"Solğun Günlər"201131"Bax"201132"Sənə Görə"201133"Ağla"201234"Ay Ürək" (ft. Niyam Salami)201235"Unutmaq İstədim"201236"Gönder"201237"Günahsız Günahım"201338"Gemiciler"201339"Mənəm"201340"Mən Sənsiz"201441"Sənə Ehtiyacım Var" (ft. Xəyyam Nisanov)201442"Xəyanət"201543"Mama" (ft. Hüseyn)201544"Baku" 2015201545"Kesin Bilgi" (ft. Ozan Çokaloğlu)201546"Biz Qalib Olmalıyıq" (ft. Miri Yusif)201647"Düşürsən Tez-Tez Yada"201648"Yolun Açık Olsun"201649"Darıxdım"201650"O Konu" (ft. Soner Sarıkabadayı)201751"Səndən Başqa"201852"Gəlmədin" (ft. ABD Malik)201853"Ummadığım Anda"201854"Afaki"201855"Problemdi Sevgimiz"201856"Unutmaq Lazım"201957"Dedin Yox"201958"Elə Bilirdim"201959"Влюблена"202060"Sevgilim" (ft. Miri Yusif)202061"Gəlmə Yaxınıma" (ft. Yaşar Cəlilov)202062"Olar" (ft. Rauf Əhmədov)202063"Sənə Qədər"202164"Qış Yuxusu"202165"Qəribə Dünya"202166"Neylərsən" (ft. Zamiq Hüseynov)202167"Ağla"202268"Dəli Kimi" (ft. Nicat Rəhimov)202269"Yuxu Dərmanımdır"202270"Səni İnsan Sandım"202271"Bəzən" (ft. Cin)202372"Tez Gəl"202373"Böyüdüm"202374"Tut Əlimdən"202475"Zülmətəm"2024
Filmoqrafiya Məhəllə – diskotekadakı qız Yanmış körpülər – Cavanşirin tanışı İstanbul tətili – Ayan Aktrisa – mahnı ifa edən Bacanaqlar – özü
İstinadlar
Mənbə Akademiya.az Drop.az
Xarici keçidlər
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:Milli Dalğa mükafatı laureatları Kateqoriya:Azərbaycan fotomodelləri