Rüfət Rafiq oğlu Axundov ()— Azərbaycanlı estrada müğənnisi.= Tanınmış simalar — Rüfət Axundov
Həyatı Rüfət Axundov 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1986–1991-ci illərdə Bakı şəhər 169 saylı tam orta məktəbdə, 1991–1996-cı illərdə Bakı şəhər 80 saylı tam orta məktəbdə almışdır. Ali təhsilini 1996–2000-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində almışdır.
O, aktyor Yaşar Nurinin bacısı oğludur.
Karyerası Karyerasına orta məktəb yaşlarından başlamışdır. İlk dueti Aynur Dadaşova ilə olmuşdur. Daha sonra Rəqsanə İsmayılova, Xatun Əliyeva, Röya Ayxan, Niyam Salami ilə duetləri olmuşdur.
Rüfət Axundov həm aktyor, həm müğənni kimi fəaliyyət göstərir.
2017-ci ilin fevral ayında Rüfət Axundov Müdafiə Nazirliyinin Mərdəkan Hərbi İstirahət Evinin bölmə rəisi təyin olunmuşdur.
Hazırda müğənnilik fəaliyyəti ilə bərabər "Buzovna Mədəniyyət Evində" müəllim kimi fəaliyyət göstərir.= "Anama qulaq assaydım, indi Xalq artistiydim" — Rüfət Axundov
Filmoqrafiya Sonuncu şahid (film, 2004) Bomba (film, 2005) Kəndim+nizə qayıdın!? (film, 2007)
İstinadlar
Kateqoriya:Azərbaycan müğənniləri