Selcuk Yula () — Türkiyə yığması və "Fənərbağça" klubunun sabiq oyunçusu, məşhur futbolçu.
Həyatı Yula 1959-cu ilin noyabrın 8-də Ankarada doğulmuşdur.
Selçuk Yula futbolçu karyerasına "Şəkərspor"da başlayıb.
1979-cu ildə transfer olduğu "Fənərbağça"da qol krallığı və penalti vuruşları ilə məşhurlaşıb.
"Fənərbağça"da iki mövsüm üst-üstə qol krallığı (1981–1982, 16 qol), (1982–1983, 19 qol) yaşayıb. Futbolçu "Fənərbağça" 134 qola imza atıb. O, 1979–1986-cı illərdə sarı-lacivərd komandanın heyətində oynamış, 134 qol vurmuşdu.
Daha sonra 1986–1987 mövsümündə Almaniya Bundesliqa klubu olan "Blau Weiss Berlin"ə keçib.
Karyerasının sonlarında "Qalatasaray"da 1 mövsüm oynadıqdan sonra futbolçu karyerasını bitirib.
14 dəfə formasını geyindiyi Türkiyə millisində 3 dəfə kapitan olub.
"Fotomaç" qəzeti və "Fənərbağça TV"də idman şərhçisi olub.
"Fənərbağça"dan sonra "Qalatasaray"da da oynamış 53 yaşlı Selçuk Yula 2013-cü ilin avqust ayının 6-da vəfat edib.
Evli və 1 qız atası idi.
İstinadlar
Kateqoriya:Ankarada doğulanlar Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə U-18 milli futbol komandası futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular