Günbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə.
Tarix thumb|left|Lövhə. XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Günbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır.
Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər.
Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər.
1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır.
2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar. 26 mart 2018-ci ildə yenidən bərpa olunmuş hamamın açılışı baş tutub. Hamamın bərpası ABŞ Səfirlərinin Mədəni irsin Qorunması Fondunun maliyyə dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəklində gerçəkləşib. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-nin Azərbaycandakı səfiri Robert Sekuta və xanımı, həmçinin, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Ətrafına vaxtilə UNESCO tərəfindən məhəccərlər inşa edilib.
Memarlıq Hamam Quba şəhərinin mərkəzində Musəbəyov küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində yerləşir.
Şərq memarlığının ən orijinal nümunəsi olan günbəzli hamam ümumi bir zaldan, bəylər üçün nəzərdə tutulan 4 otaqdan, istirahət və çay içmək üçün planlaşdırılan daha 3 otaqdan ibarətdir. Hamam 1 qapılı, 6 pəncərəli, 1 mərtəbəlidir və qırmızı kərpicdən inşa edilib. Bu səbəbdən bəzən bu hamama qubalılar Qırmızı hamam da deyirlər. Hamamın içərisində milli ornamentlərdən xüsusi ustalıqla istifadə edilib. Böyük və kiçik olmaqla iki tağdan ibarətdir.
Hamamın istilik sistemi ancaq odunla işləyib. Günbəzlərinin hündürlüyü 9 metrdir. Hamamın qızdırılmasında istifadə edilən soba həm də döşəmənin isidilməsində istifadə olunub. Belə ki, sobadan hamamın döşəməsi boyu istiliyə davamlı kərpicdən kanallar çəkilib və sobadan çıxan istilik həm də döşəməni isidib.
Qalereya
İstinadlar
Ədəbiyyat Qubada “Günbəzli hamam” abidəsi bərpa olunur //Mədəniyyət.- 2015.- 18 dekabr.- S.11.
Xarici keçidlər
Tikdim ki, izim qala | Qubanın əsrlərlə danışan sirri – Çuxur hamam | I buraxılış Qubadakı “Günbəzli hamam”ın bərpası sentyabr ayında yekunlaşacaq
Kateqoriya:Quba abidələri Kateqoriya:Azərbaycan hamamları