thumb|Fiziologiya və ya tibb üzrə Nobel mükafatı İsveç kimyaçısı Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmişdir. Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir. Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər. Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə Behrinqə verilən mükafat məbləği 150.782 isveç kronu idi, bu məbləğ 2008-ci ilin dekabr ayında 7.731.004 isveç kronuna bərabər idi. Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.
Laureatlar fiziologiya və ya tibb ilə əlaqəli geniş sahələr üzrə Nobel mükafatını qazanmışlar. 2009-cu ildən etibarən G zülalları və ikinci rabitəçi tərəfindən siqnal ötürülməsi üzrə tədqiqatlarına görə 8 nəfər, neyrobiologiya sahəsindəki xidmətlərinə görə 13 nəfər və vasitəçi metabolizm üzrə tədqiqatlarına görə isə 13 nəfər laureat oldu. 1939-cu ildə almaniyalı Gerhard Domaqka hökuməti tərəfindən mükafatı qəbul etməyə icazə verilmədi. Sonradan medal və diplom təqdim edildi, amma mükafat məbləği verilmədi. 2021-ci il etibarilə mükafat 224 şəxsə verildi, onlardan 12-si qadın idi: Qerti Tereza Kori (1947), Rozalin Sasmen Yalou (1977), Barbara Mak-Klintok (1983), Rita Levi-Montalcini (1986), Gertrud Elion (1988), Kristiana Nüsslein-Volhard (1995), Linda Bak (2004), Fransuaza Barre-Sinussi (2008), Elizabet Bləkbörn (2009), Kerol Qreyder (2009), Mey-Britt Mozer (2014) və Tu Yuyu (2015).
1915–1918, 1921, 1925, 1940–1942-ci illərdə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı verilmədi. Həmçinin Fiziologiya və ya tibb üzrə Nobel mükafatı 5 dəfə bir il müdətinə təxirə salınmışdı. Nobel komitəsinin qərarına əsasən, 1914-cü ildə heç bir namizədin zəruri kriteriyaya sahib olmaması səbəbi ilə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı verilməmişdi, lakin 1915-ci ildə mükafat Robert Baraniyə verildi və 1914-cü ilin mükafatı olaraq sayıldı. Həmçinin 1922-ci ilin mükafatı 1923-cü ildə Arçibald Hill və Otto Meyerhofa, 1926-cı ilin mükafatı 1927-ci ildə Yohannes Andreas Qrib Fibigerə, 1938-ci ilin mükafatı 1939-cu ildə Korney Heymansa və 1943-cü ilin mükafatı 1944-cü ildə Henrik Dam və Eduard Adelbert Doyziyə verildi.
Laureatlar