Xovlu tikmə (, ) - tikilmiş (toxunulmamış) xalça texnologiyasıdır. Qədim məxmərtel tikmənin əsasında yaradılmış tik­mə növüdür. Digər adları məxmərtel, məxmərtelbaf, məx­mərbafdır.

Özəllikləri

Orta əsrlərdə Azərbaycanda bu tikmə müxtəlif tikmələrlə kombinasiya olunmuş şəkildə parçanın kənarına xətt vurmaq və ya gülün içərisini doldurmaq üçün istifadə edilirdi. Daha çox, dəstəkləyici xarakter daşıyırdı. Təkcə məxmərtel tikmə ilə işlənmiş tam bir nümunə yoxdur. Hazırda bu tikməni yalnız süfrələrin kə­na­rında gül şəklində işləyirlər. Xovlu tikmələr tərs üzdən qullabla işlənilir.Parçanın arxa tərəfində eskiz çəkilir və elə arxa tərəfindən də tikilir.

İstinadlar

Həmçinin bax Tikmə Xovlu xalçalar Qobelen

Xarici keçidlər Xovlu tikmə ustası Turac Babayevanın əl işləri Xovlu tikmə ilə məşğul olan yeganə kişi sənətkar – AZƏRTAC-ın Şəkidən REPORTAJI

Video Xovlu tikmə texnikası

Kateqoriya:Tikmələr