Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanı ilə yaradılmışdır.

5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub.

ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.

Haqqında Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır.

O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.

Fəaliyyəti "Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ-hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.

"Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

"Azmelsutəsərrüfat" ASC üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

"Azmelsutəsərrüfat" ASC əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Nizamnaməsinə uyğun olaraq respublikada iqtisadiyyatın müxtəlif sahələrini su ilə təmin edir, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, suların istifadəsi və mühafizəsinə dövlət nəzarətini təmin edir, meliorasiya olunmuş torpaqlardan şor suların kənarlaşdırılmasını, sel və daşqın sularına qarşı mübarizə tədbirlərini həyata keçirir, yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır, transsərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir, meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir. Cəmiyyət qarşısına qoyulan funksiya və vəzifələrini tabeliyində olan idarə, müəssisə və təşkilatlar vasitəsilə həyata keçirir. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar müvafiq qanunvericiliyə uyğun olaraq yaradıla, yenidən təşkil edilə və ləğv oluna bilər. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbərləri həmin idarə, müəssisə və təşkilatların məqsəd və funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar bu Nizamnaməyə əməl etməli, öz fəaliyyətləri barədə Cəmiyyətə hesabat verməli, Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə və Cəmiyyət qarşısında duran vəzifələrin həllində iştirak etməli və qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməlidirlər.

İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə Cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir. İdarə Heyətinin tərkibi 4 nəfərdən — sədr, onun birinci müavini və 2 müavindən ibarətdir. İdarə Heyətinin işinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədr rəhbərlik edir. Sədrin bir birinci müavini və iki müavini Cəmiyyətin sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Baş naziri tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Cəmiyyətin sədri aparatının və tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür.

Mikaylov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı "ASC"-nin hal-hazırda rəhbəri Zaur Mikayılovdur. Sədrin müavinləri Rafiq Aslanov və Zakir Quliyevdir.

Struktur S/Sİdarə və ya

təşkilatın adı1Azdövsutəslayihə institutu2Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi3Elmi-tədqiqat su problemləri institutu4Meliorasiya və irriqasiya obyektlərinin qeydiyyatı idarəsi5Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi qrup6Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti7"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin həyata keçirilməsi üzrə İşçi qrupSuvarma Sistemləri İdarələri1Abşeron suvarma sistemləri idarəsi2Ağdaş suvarma sistemləri idarəsi3Ağcabədi suvarma sistemləri idarəsi4Ağstafa suvarma sistemləri idarəsi5Ağsu suvarma sistemləri idarəsi6Astara suvarma sistemləri idarəsi7Balakən suvarma sistemləri idarəsi8Beyləqan suvarma sistemləri idarəsi9Bərdə suvarma sistemləri idarəsi10Biləsuvar suvarma sistemləri idarəsi11Cəbrayıl suvarma sistemləri idarəsi12Cəlilabad suvarma sistemləri idarəsi13Şabran suvarma sistemləri idarəsi14Füzuli suvarma sistemləri idarəsi15Goranboy suvarma sistemləri idarəsi16Göyçay suvarma sistemləri idarəsi17Göygöl suvarma sistemləri idarəsi18Hacıqabul suvarma sistemləri idarəsi19Xaçmaz suvarma sistemləri idarəsi20Xızı suvarma sistemləri idarəsi21Xocavənd suvarma sistemləri idarəsi22İmişli suvarma sistemləri idarəsi23İsmayıllı suvarma sistemləri idarəsi24Kəlbəcər suvarma sistemləri idarəsi25Kürdəmir suvarma sistemləri idarəsi26Qax suvarma sistemləri idarəsi27Qazax suvarma sistemləri idarəsi28Qəbələ suvarma sistemləri idarəsi29Quba suvarma sistemləri idarəsi30Qubadlı suvarma sistemləri idarəsi31Qusar suvarma sistemləri idarəsi32Laçın suvarma sistemləri idarəsi33Neftçala suvarma sistemləri idarəsi34Oğuz suvarma sistemləri idarəsi35Saatlı suvarma sistemləri idarəsi36Sabirabad suvarma sistemləri idarəsi37Salyan suvarma sistemləri idarəsi38Samux suvarma sistemləri idarəsi39Siyəzən suvarma sistemləri idarəsi40Şamaxı suvarma sistemləri idarəsi41Şəki suvarma sistemləri idarəsi42Şəmkir suvarma sistemləri idarəsi43Tərtər suvarma sistemləri idarəsi44Tovuz suvarma sistemləri idarəsi45Ucar suvarma sistemləri idarəsi46Yevlax suvarma sistemləri idarəsi47Zaqatala suvarma sistemləri idarəsi48Zəngilan suvarma sistemləri idarəsi49Zərdab suvarma sistemləri idarəsiKollektorların İstismar İdarələri1Baş Mil-Muğan Kollektorunun

istismarı idarəsi2Baş Şirvan Kollektorunun

istismarı idarəsi3Mərkəzi Muğan Kollektorunun

istismarı idarəsi4Mil-Qarabağ və Aşağı Şirvan

Kollektorlarının istismarı idarəsi5Aşağı Muğan Meliorativ

Sistemlərinin istismarı idarəsiMeşə Meliorasiya İdarələri1Qarabağ meşə meliorasiya idarəsi2Mil-Muğan meşə meliorasiya idarəsi3Şirvan meşə meliorasiya idarəsiSu Anbarlarının, Hidroqovşaqların və

Magistral Kanalların İstismar İdarələri1Ağstafaçay hidroqovşağının

istismarı idarəsi2Bəhramtəpə hidroqovşağının

istismarı idarəsi3Yuxarı Xanbulançay hidroqovşağının

istismarı idarəsi4Mil-Muğan hidroqovşağının

istismarı idarəsi5Tərtərçay hidroqovşağının

istismarı idarəsi6Viləşçay su anbarının istismarı idarəsi7Əyriçay su anbarının istismarı idarəsi8Yuxarı Qarabağ kanalının

istismarı idarəsi9Yuxarı Şirvan kanalının istismarı idarəsi10Samur-Abşeron kanalının istismarı idarəsi11Cənubi Muğan kanalının istismarı idarəsi12Şəmkirçay su anbarı və maşın kanalının

istismarı idarəsi13Kür-Araz çaylarında bəndlərin

istismarı idarəsiMeliorasiya İdarələri1Ağcabədi meliorasiya idarəsi2Sabirabad meliorasiya idarəsi3Ucar meliorasiya idarəsi4Beyləqan meliorasiya idarəsiMexaniki Suvarma İdarələri1Ağdam mexaniki suvarma idarəsi2Mollakənd mexaniki suvarma idarəsi3Pirəzə mexaniki suvarma idarəsi4Sabirabad mexaniki suvarma idarəsiQış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarələri1Acınohur qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsi2Bozdağ qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsi3Ceyrançöl qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsi4Qobustan qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsi5Mərkəzi Muğan qış otlaqlarının su

təminatı sistemlərinin istismarı idarəsi6Pirsaat qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsi7Şirvan qış otlaqlarının su təminatı

sistemlərinin istismarı idarəsiSubartezian Quyularının İstismarı İdarələri1Ağcabədi subartezian quyularının

istismarı idarəsi2Beyləqan subartezian quyularının

istismarı idarəsi3Bərdə subartezian quyularının

istismarı idarəsi4Goranboy subartezian quyularının

istismarı idarəsi5Şəmkir subartezian quyularının

istismarı idarəsi6Şəki subartezian quyularının

istismarı idarəsi7Tərtər subartezian quyularının

istismarı idarəsi8Tovuz subartezian quyularının

istismarı idarəsiMelioservis İdarələri1Ağdam melioservis idarəsi2Beyləqan melioservis idarəsi3Bərdə melioservis idarəsi4Cəlilabad melioservis idarəsi5Kürdəmir melioservis idarəsi6Qazax melioservis idarəsi7Lənkəran melioservis idarəsi8Masallı melioservis idarəsi9Neftçala melioservis idarəsi10Saatlı melioservis idarəsi11Sabirabad melioservis idarəsi12Salyan melioservis idarəsi13Ucar melioservis idarəsi14Yevlax melioservis idarəsi15Zaqatala melioservis idarəsi16Zərdab melioservis idarəsi

Zavodlar və İxtisaslaşmış İdarələr1Meliorasiya-mexaniki təmir zavodu2Bakı ixtisaslaşdırılmış elektrik avadanlıqlarının təmir-quraşdırma

və sazlama idarəsi+3Sumqayıt sənaye kombinatı4Gəncə ixtisaslaşdırılmış təmir-quraşdırma və sazlama idarəsi5Bəhramtəpə dəmirbeton zavodu6Texnoloji-istehsalat komplektləşdirmə idarəsi7Hidrogeoloji-meliorativ xidmət idarəsi

İstinadlar

Xarici keçidlər

Meliorasiya və su təsərrüfatı sistemlərinin kadastrı

Kateqoriya:Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Kateqoriya:Azərbaycan dövlət şirkətləri Kateqoriya:Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi