Elyar Həbib oğlu Muradov () — Əməkdar mühəndis, "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mühəndisi.
Həyatı Elyar Muradov 14 iyun 1963-cü ildə Cəbrayıl rayonun Qumlaq kəndində doğulub. 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirmişdir. 1985-ci ildə Xarkov Dəmir Yol Mühəndisləri İnstitutunun "Vaqonqayırma və vaqon təsərrüfatı" ixtisasını tamamlayıb. Daha sonra təyinatla Bakı vaqon deposuna göndərilib və epoda vaqon müayinəçisi kimi əmək fəaliyyətinə başlayıb. Elyar Muradov 1988-ci ildən 1989-cu ilədək deponun texniki istehsalat şöbəsinin rəisi vəzifəsində çalışıb. O, depoda 1989-cu ilədən 1991-ci ilədək baş texnoloq, 1991-ci ilədən 1996-cı ilədək isə baş mühəndis vəzifəsində çalışıb. Elyar Muradov 1996-cı ilədən 2004-cü ilədək Bakı vaqon deposunun rəisi vəzifəsində işləyib. O, 2004-2023-cü illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də Sərnişin daşımaları departamentinin, ardınca isə Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsində çalışıb. 17 noyabr 2025-ci il tarixində ADY-nin sədri Rövşən Rüstəmovun əmri ilə Elyar Muradov "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mühəndisi təyin olunub.
Mükafatları 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Əməkdar mühəndis" adını alıb. Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Elyar Muradov “Tərəqqi” medalı ilə təltif olunub.
Həmçinin bax Azərbaycan Respublikasının əməkdar mühəndislərinin siyahısı
Həmçinin bax
Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mühəndisləri Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar Kateqoriya:Fəxri dəmiryolçular