Amatuni yaxud Vaçuteanlar — IV əsrdə Maku ətrafı torpaqları və Oşakan qəsrini idarə edən Kaspi-Midiya mənşəli sülalə.Pʿawstos Buzand, Patmuṭʿiwm Hayocʿ, 3.8, 14; 4.4 Midiyanın son çarı Astiaqın nəslindən hesab olunurdular. Parfiya hökmdarı I Arşak tərəfindən Ermənistana köçürülən ailə zamanla erməniləşdi.Musa Xorenli, Ermənistan tarixi. II. 84, 85, III. 43, 51, 65;

Görkəmli üzvləri Vahan Amatuni - 428-ci ildə Sasani hökmdarı V Bəhram tərəfindən mərzban təyin olunmuşdur. 451-ci ildə məcburi zərdüştçülüyə üsyan etmişsə də Gürgana sürgün olunmuşdur. Varaz Sapuh - 482-ci ildə ermənilərin Sasanilərə üsyan planını mərzbana xəbər vermişdir. Kotit Amatuni - 596-cı ildə Ktesifonda edam olunmuşdur. Sapuh və Haman Amatuni - 775-ci ildə 12.000 erməni ilə birlikdə Bizansa köçmüşdür. Tarixi Sülalə 9-cu əsrdə hələ də Maku və ətrafını idarə edirdi. XIII-XIV əsrdə isə bu sülalə Vaçutean adı ilə tanınmağa başladı. 1826-cı ildən Rusiya imperiyası tərəfindən knyaz ailəsi hesab olunmağa başladı.Kiril Tumanov, Encyclopaedia Iranica, Amatuni məqaləsi Həmçinin bax Hemşinlilər İstinadlar

Kateqoriya:Sülalələr Kateqoriya:Ermənilər Kateqoriya:Ermənistan tarixi