Avropa Tədqiqat Universitetləri Liqası (, qısa LERU) — Avropa aparıcı elmi tədqiqat universitetlərinin birliyi. Təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr əldə etmək üçün bilik və təcrübə mübadiləsi, fundamental tədqiqatlar aparmaq və beynəlxalq aləmdə Avropa universitetlərinin rəqabət qabiliyyətini artırmaq naminə yaradılıb.. Mənzil-qərargahı Belçikanın Lyöven şəhərində yerləşir. 2009-cu ildən LERU-nun baş katibi professor Kurt Deketelerdir
Tarixi LERU 2002-ci ildə Avropanın 12 universitetinin təşəbbüsü ilə yaradılıb. 2010-cu ildə birlik üzvlərinin sayı 21-ə çatıb.
LERU statistikası 550 min tələbə, həmçinin 50 min doktorant; Magistrlərə 55 min, doktorlara 12 min təqaüdün ayrılması; Ümumi tədqiqat büdcəsi — 5 milyard avro; Qrantların ümumi həcmi 300 milyon avro; Tədqiqatları və ya təhsili LERU universitetləri ilə bağlı olan 230 Nobel mükafatı və Fildsov mükafatı laureatı; 55 min nəfər professor-müəllim heyəti.
Tərkibi , Löven Katolik UniversitetiBu universitetlər həmçinin Koimbr qrupuna daxildir , Helsinki UniversitetiBu universitetlər həmçinin Europaeum birliyinə daxildirBu universitetlər həmçinin Utrext Şəbəkəsinə daxildir , Pyer və Mariya Kyuri UniversitetiLERU tərkibinə 17 yanvar 2006-cı ildə daxil olub , Strasburq Universiteti , XI Paris-cənub Universiteti , Frayburq Universiteti , Münhen Lüdviq-Maksimilian Universiteti , Heydelberq Universiteti , Milan Universiteti , Amsterdam Universiteti , Leyden Universiteti , Utrext Universiteti , Barselona UniversitetiLERU tərkibinə 17 yanvar 2010-cu ildə daxil olub , Lund Universiteti , Cenevrə Universiteti , Sürix Universiteti , London İmperial Kolleci , London Universitet Kolleci , Kembric Universiteti , Edinburq Universiteti , Oksford Universiteti
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2002-ci ildə yarananlar Kateqoriya:Universitetlər birliyi Kateqoriya:Avropa mədəniyyəti Kateqoriya:Beynəlxalq təşkilatlar