150 il. Mirzə Fətəli Axundov filmi rejissor Niyazi Bədəlov tərəfindən 1962-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur.

Məzmun Kinooçerk Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.81-82

Film bizi böyük filosof, şair, dramaturq M.F.Axundovun uşaqlıq illəri, mürəkkəb həyatı və fəaliyyəti ilə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə tanış edir.

Burada dramaturqun məşhur "Hacı Qara" pyesindən bir səhnə ekranlaşdırılmışdır.

Bu tarixi-bioqrafik film Tiflisdə M.F.Axundovun qəbri önündə və Bakıda böyük maarifçinin abidəsi qarşısında keçirilən təntənəli mərasimlərlə qurtarır.

Mükafat 1963-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları, Rostov-Don, Orconikidze studiyalarının sənədli filmlər baxışında rejissor Niyazi Bədəlov ən yaxşı rejissor işinə görə Diplom almışdır.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Məmməd Cəfər Cəfərov, Əhmədağa Qurbanov Rejissor: Niyazi Bədəlov Operator: Vladimir Zbudski Rəssam: Nadir Zeynalov

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Kateqoriya:1962-ci ilin filmləri Kateqoriya:1962-ci ilin Azərbaycan filmləri Kateqoriya:Rusca filmlər