Ay İşığı () — vampirlərdən bəhs edən fövqəltəbii, dram, fantaziya və qorxu janrlı ABŞ teleserialıdır.2007-ci ildə başlayan serial uğurlu olmasına baxmayaraq 2008-ci ildə başa çatdı. Hətta tamaşaçıların kanala ərizələrindən sonra belə serial davam etmədi.http://www.thefutoncritic.com/news.aspx?id=7279
Məzmun 1947-ci ildə Mik Con Koralin adlı qadına aşiq olur və onunla evlənir. Sevdiyi qadının vampir olduğunu bilməyən Mik gecə yarısı həmin qadın tərəfindən vampirə çevrilir. Heç vaxt günəşə çıxa bilməyəcəyini, ata ola bilməyəcəyini və insanların qanını içmək məcburiyyətində olacağını bildiyi üçün özünə və həmin qadına nifrət edir. Koralin ərini xoşbəxt etmək üçün səkkiz yaşli Bet Turneri oğurlayaraq onu da çevirmək istəyir. Lakin Mik onu yandıraraq balaca qızı xilas edir. Bu hadisədən sonra o, detektiv olmağı qərara alır. və vampir olmağın ona verdiyi imkanlardan yararlanmağa çalışır.
Rollarda Aleks O'laflin - Mik Con Şanni Sossamon - Korolin Sofiya Mayles - Bet Turner Ceyson Dohrinq - Cosef kostan
Mükafatlar Serial bir neçə mükafatlara da layiq görülüb. Elmi fantastika və qorxu filmləri İl Mükafat Kateqoriya 2009 Saturn Mükafatı Ən Yaxşı DVD Televiziya Serialı Xalqın Seçimi Mükafatları İl Mükafat Kateqoriya 2008 Xalqın Seçimi Mükafatı Ən Yaxşı Teleserial
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ-nin fantastika teleserialları Kateqoriya:2007-ci ilin teleserialları Kateqoriya:ABŞ dram teleserialları Kateqoriya:Qorxu teleserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Los-Anceles haqqında teleseriallar Kateqoriya:Warner Bros. Television teleserialları Kateqoriya:Vampirlər haqqında teleseriallar