Trençin diyarı () — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Trençin şəhəridir. Sahəsi 4501 km², əhalisi isə 609 828 nəfər (2001) təşkil edir. Trençin diyarı Slovakiyanın qərbində yerləşir və Çexiya ilə həmsərhəddir. Diyarda yerləşən Dunay düzənliyi Nove Mesto nad Vahom və Partizanske ərazilərini əhatə edir. Həmçinin diyar ərazisində bir sıra dağ massivləri də var: cənub-qərbdə Kiçik Karpat dağlarının bir hissəsi, mərkəzdə Strajov, cənubda Povajski İnovets, cənub-şərqdə Vtaçnik və şərqdə Jiar dağları.
İnzibati bölünmə Trençin diyarı "okres" adlanan 9 rayona bölünür: Banovtse nad Bebravou rayonu İlava rayonu Miyava rayonu Nove Mesto nad Vahom rayonu Partizanske rayonu Povajska Bistritsa rayonu Priyevidza rayonu Puxov rayonu Trençin rayonu
Statistik məlumatlar (2001) Diyarda əhalinin sıxlığı 135/km² nəfər təşkil edir. Diyarın inzibati mərkəzi Trençin şəhəri sayılır (almanca Trentschin). Əhalinin etnik mənsubiyyəti slovaklar 97,3 % çexlər 1 % digərlər 1,7 %
Əhalinin konfessional mənsubiyyəti katoliklər 71,9 % lüteranlar 9,6 % ateistlər 14,4 %
Kənd və qəsəbələr Diyara daxil rayonların sayı: 9 Diyarda yerləşən şəhərlərin sayı: 18 Bələdiyyələrin sayı: 275 (şəhərləri saymadıqda 257)
Ən böyük şəhərlər Trençin – 60 010 Prievidza – 52 070 Povajska Bistritsa – 42 490
Qalereya
İstinadlar
Xarici keçidlər
Homepage des Kraj-Rathauses
Həmçinin bax
Kateqoriya:Slovakiya diyarları Kateqoriya:Trençin diyarı Kateqoriya:Avropa regionları Kateqoriya:1996-cı ildə yaranmış dövlətlər və ərazilər