Vüsal Əfras oğlu Qasımlı () — Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru,"Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli, 2199 nömrəli Sərəncamı. e-qanun.az iqtisad elmləri doktoru, professor.

Həyatı Vüsal Qasımlı 1975-ci il aprelin 7-də İmişli şəhərində anadan olmuşdur. Təhsili İmişli şəhər 34 saylı məktəbi bitirdikdən sonra 1993-cü ildə ən yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olaraq ali təhsil alıb. Vüsal Qasımlının ikinci ixtisası Gürcüstan İctimai Əlaqələr İnstitutundan aldığı jurnalistika üzrə magistr dərəcəsidir.

Vüsal Qasımlı 2009-cu ildə iqtisad üzrə fəlsəfə doktoru və 2017-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə etmişdir. 2013-cü ildə Vüsal Qasımlıya dosent və 2021-ci ildə isə Prezident yanında Dövlət idarəçilik Akademiyasının professoru elmi adları verilmişdir.

Vüsal Qasımlı 2021-ci ildə Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində “İqtisadi artımın idarəedilməsi” mövzusunda rəhbər kadrların hazırlanması proqramı üzrə məzun olmuşdur.

Vüsal Qasımlı 2022-2023-cü illərdə Oxford Universitetində "Strategiya və innovasiya üzrə" birillik proqramda oxuyaraq magistr səviyyəli “postgraduate” diplom almışdır.

Əmək fəaliyyəti O, 2005-2007-ci illərdə ANS-Press Nəşriyyat Evinin prezidenti olmuşdur. 2007-2011-ci illərdə Avropa İttifaqı, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) və bir sıra beynəlxalq qurumların həyata keçirdiyi layihələrdə çalışmışdır.

2011-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2015-ci ildə Vüsal Qasımlı Böyük İyirmiliyin beyin mərkəzlərinin T20 platformasında Azərbaycanı təmsil etmişdir.

O, 2016-cı ildə Asiya İnkişaf Bankının iqtisadi inkişaf məsələləri üzrə məsləhətçisi olmuşdur.

Vüsal Qasımlı 2016-cı ilin may ayının 2-dən Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında yaradılmış"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli 879 nömrəli Fərmanı. e-qanun.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorudur.

Vüsal Qasımlı 2021-ci ildə BMT-nin Asiya və Sakit Okean Komissiyasının koordinatoru təyin olunmuşdur.

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin" hazırlanmasında yaxından iştirak etmişdir. V.Qasımlının icraçı direktor olduğu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji yol xəritələrin hazırlanması üçün 400 nəfər xarici və yerli ekspertin çalışdığı bir platformaya çevrilmişdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azexport.az, Rəqəmsal Ticarət QovşağıRəqəmsal Ticarət Qovşağı - https://dth.az/index , Enterprise AzerbaijanEnterprise Azerbaijan - https://enterpriseazerbaijan.gov.az/ və Bir Pəncərə İxraca Dəstək Mərkəzi kimi layihələrin həyata keçirilməsini təmin etmişdir.

Vüsal Qasımlı "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının əsasında yaradılmış hökumət komissiyasının üzvüdür.

Milliyətcə azərbaycanlıdır. Ailəlidir və üç övladı var.

Elmi fəaliyyəti Vüsal Qasımlı 2009-cu ildə iqtisad üzrə fəlsəfə doktoru və 2017-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə etmişdir.

Vüsal Qasımlıya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 19.04.2024-cü il tarixli qərarı ilə professor elmi adı verilmişdir.

2010-2014-cü illərdə V.Qasımlı UNEC-də Xüsusi İstedadlar Qrupu və MBA proqramı üzrə pedaqoji fəaliyyətlə məşğul olub.

V.Qasımlı Vaşinqton Universiteti, Kaliforniya Universiteti, Qahirə Amerika Univeristeti, Varşava Universiteti, Seulun Hanyan və Hankuk universitetləri və Rio-de-Janeyro Universitetində ictimai mühazirələr oxumuşdur.

2013-cü ildə V. Qasımlı Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq alim kimi çalışmışdır.

Vüsal Qasımlı 2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor kimi çalışır.

Onun Azərbaycan, rus, koreya və ingilis dillərində 10 kitabı və 500-ə qədər elmi və publisistik məqaləsi var.

Əsərləri Vüsal Qasımlının 10 kitabı Azərbaycanda, Türkiyədə, Almaniyada və İtaliyada nəşr edilmişdir.

"İqtisadi artım". 2021-ci ildə nəşr edilən “İqtisadi artım” kitabı nəzəri-konseptual və praktik məsələləri əhatə etməklə, makro, mezo və mikro səviyyədə iqtisadi böyümənin mahiyyətini açır və müvafiq tövsiyələri təqdim edir. Kitab Pakistan İnkişaf İqtisadiyyatı İnstitutu (PIDE), Özbəkistan Prezidenti yanında İqtisadi İslahatların Təhlili Mərkəzi və ADA universitetində təqdim olunub. Kitaba Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarı ilə dərslik statusu verilib. "Geoeconomics"Geoeconomics, Vusal Gasimli Geoeconomics . revolvy.com. 2015-ci ildə Vüsal Qasımlının müəllif olduğu "Geoiqtisadiyyat" kitabı ingilis dilində işıq üzü görüb. Müəllif ilk dəfə olaraq geoiqtisadiyyatı müstəqil elm sahəsi kimi təqdim etməklə, onun tərifini və əsas istiqamətlərini müəyyənləşdirə bilmişdir. Kitab 11 fəsildən ibarət olub dünya maliyyə arxitekturası, geoiqtisadi rekalibrasiya, qlobal enerji xəritələnməsi, innovativ inkişaf, su problemləri və s. kimi məsələlərə həsr olunmuşdur. "Geoeconomics" kitabı dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Kitab haqqında rəy yazan London Kral Məktəbinin professoru Friedbert Pflüger V.Qasımlının özünəməxsus şəkildə geoiqtisadiyyat konsepsiyasını yaratdığını vurğulamışdır. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun tədqiqat rəhbəri Dr.Jeh isə "Geoiqtisadiyyat" kitabını "yeni klassika" adlandırmışdır. Braziliyanın Jetulio Varqas Fondunun prezidenti Prof.Dr.Leal və Hyustondakı Rays Universitetinin iqtisadiyyat üzrə professoru Ted Temzelides də "Geoiqtisadiyyat" kitabını qloballaşma dövründə strateqlər üçün "yol xəritəsi" olaraq səciyyələndirmişlər. Azərbaycan elmi ictimaiyyətinin görkəmli nümayəndələri Prezident yanında İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov "Geoiqtisadiyyat" kitabını dərin məzmunlu və dünya səviyyəli elmi əsər kimi tövsiyə etmişdirlər. "Geoiqtisadiyyat" kitabı həm də Türkiyənin Anadolu Universiteti tərəfindən təkrar çap olunmuşdur. "Geoiqtisadiyyat" kitabının ilk təqdimatı Azərbaycan Dövlət İqtisad Universitetində keçirildikdən sonra nəşrin dünyanın aparıcı beyin mərkəzləri və universitetlərində təqdimatları olmuşdur. Hazırda "Geoiqtisadiyyat" kitabı dünyanın aparıcı universitetlərinin və beyin mərkəzlərinin (Oksford, Kembric, Çikaqo, Anadolu və s. universitetlər) kitabxana fonduna daxil edilib. "İqtisadi modernizasiya". Vüsal Qasımlı tərəfindən hazırlanmış "İqtisadi modernizasiya" kitabı 2014-ci ildə çap olunmuşdur. Bu kitabda, Azərbaycanda iqtisadi konyuktura, ölkə iqtisadiyyatının beynəlxalq müstəvidə rolu, ölkənin gələcək inkişaf perspektivləri, yeni sənaye inqilabı məsələləri, modernləşdirmənin nəzəri-metodoloji əsasları, xüsusilə də, aqrar sahənin modernləşdirilməsi nəzəriyyələrinin təkamülü, Azərbaycanda aqrar sahənin modernləşdirilməsi xüsusiyyətləri öyrənilmiş, istehsalın modernləşdirilməsində əmək qüvvəsinin və aqrar sahədə modernləşdirmənin davamlı iqtisadi inkişafda rolu, bu sahədə modernləşdirmə siyasətinin təkmilləşdirilməsi tədqiq olunmuşdur. "İqtisadi modernizasiya" kitabı sənaye ilində bu sahədə ilk fundamental tədqiqat işi oldu. Monoqrafiyanın unikallığı ondadır ki, əsər iqtisadiyyatın mikro, makro, mezo və qlobal səviyyələrində modernizasiyanı axıcı ardıcıllıqla əhatə edir və sənaye-aqrar-xidmət üçbucağını induksiya-deduksiya metodu ilə araşdırır. "Resursla zəngin ölkələr: Modernizasiya və diversifikasiya". 2013-ci ildə V.Qasımlının Almaniyada ingilis dilində "Resursla zəngin ölkələr: Modernizasiya və diversifikasiya" adlanan monoqrafiyası nəşr edilmişdir. "Resursla zəngin ölkələr: Modernizasiya və diversifikasiya" adlanan monoqrafiyada müəllif Azərbaycan təcrübəsindən çıxış edərək resursla zəngin ölkələrin innovasiyaya əsaslanan və ixracyönümlü inkişafını təhlil edir. Nəşrdə Azərbaycanın yoxsulluq və orta gəlir tələsindən yan keçərək iqtisadi inkişafı ölkə Prezidenti İlham Əliyevin sistemli iqtisadi siyasətinin uğuru kimi qiymətləndirilir. Xüsusilə, diversifikasiya çağırışlarını təhlil edən V.Qasımlı institutsional, ixrac, regional, məhsul və xidmət istehsalı üzrə şaxələndirmə siyasəti sahəsində nəzəri-praktik təkliflərini verir. Azərbaycan və Cənubi Koreyanın iqtisadi inkişaf yollarının müqayisəli təhlilini verən kitab təkcə Azərbaycan deyil, Çili, Malayziya, Hindistan və başqa sürətlə inkişaf etməkdə olan ölkələrin iqtisadi siyasətinə töhfə ola bilər. Yaşıl inkişaf: Enerji səmərəliliyi və alternativ mənbələr. Kitab ölkədə enerji istifadəsinin səmərəliliyinin artırılmasına yönəldilmiş yeni və çox ciddi bir addım kimi qiymətləndirilə bilər. Kitab eyni zamanda Azərbaycanda yaşıl təfəkkürün formalaşdırılması, enerji səmərəliliyinin təmini və alternativ mənbələrin inkişafı baxımından olduqca dəyərli və zamanında işıq üzü görən nəzəri və praktiki əhəmiyyəti olan bir elmi araşdırmadır. Bu araşdırmada enerjinin səmərəli istifadəsinə aid iki ən əsas istiqamət təhlil edilir: mövcud olan mənbələrindən daha səmələri istifadə və yeni alternativ enerji mənbələrin səfərbər edilməsi yolları. Bu məlumatlar həm bütövlükdə ölkə üçün, həm də ölkənin fərqli regionları üçün ayrıca verilib. Göstərilən bilgilər bu səpkidə ilk dəfə təqdim olunub. Belə təqdimatın üstünlüyü ondadır ki, həmin bilgilərdən enerji istifadəsi üçün bilavasitə regional proqlamların tərtibi və eyni zamanda iqtisadiyyatın hər hansi bir sahəsinin inkişafının planlaşdırılması zamanı istifadə edilə bilər. Kitabdakı məlumatlar Azərbaycanın hazırkı inkişaf mərhələsinin məqsədi olan sənayeləşdirmə prosesində enerjidən daha səmərəli istifadə, həmçinin enerji səmərəliliyinin idarə edilməsi sahəsində insan potensialının formalaşdırılması üçün əhəmiyyətli vasitədir. Əsərdə davamlı inkişafın yol xəritəsi, külək, günəş resursları xəritələri, yaşıl iqtisadiyyat üzrə əsas qurumlar və onların fəaliyyət istiqamətlərinin təsvirinə geniş yer verilib. Həmçinin mövcud beynəlxalq təcrübənin təhlili, eyni zamanda elmi analizlər üçün əvəzsiz mənbə olan və həm dünya, həm də Azərbaycan miqyasında göstərilən istiqamətlərdə durumu, olduqca önəmli statistik bilgiləri əks etdirən cədvəllər, aparılan müqayisələr əsərin həm elmi, həm də praktiki əhəmiyyətini daha da artırır və insan potensialının inkişafına təsir göstərir. Qeyd etmək lazımdır ki, bu bilgilər Azərbaycanda həm iqtisadi, həm də ekoloji təhlükəsizlik məsələləri ilə əlaqəli şəkildə təqdim edilmişdir. Российско-Азербайджанские отношения за 20 лет - 1991-2011, История и Перспективы. Kitabı Vüsal Qasımlı Rusiya Strateji Araşdırmalar Mərkəzinin alimləri ilə birlikdə hazırlayıb. Nəşrdə müəlliflər Rusiya ilə Azərbaycan arasında ictimai-siyasi, iqtisadi, humanitar və energetika sahələrində əlaqələrə dair təhlillər aparıblar.