Fransua Bernar Şarmua (; ) — fransız şərqşünası. Nizaminin "İsgəndərnamə"sini fransızcaya tərcümə etmişdir.

Həyatı Fransua Bernar Şarmua 14 may 1793-cü ildə anadan olmuşdur. Parisdə hüquq və ərəb dilini öyrənmişdi. İlk müəllimi Antuan İsaak Silvestr de Sasi olmuşdu. Sonra fars dilini öyrənib, Peterburq universitetində çalışmışdır.

Fransua Bernar Şarmua 1829-cu ildə Nizami Gəncəvinin "İsgəndərnamə"sindən fraqmentləri tərcümə etmişdir.

Fransua Bernar Şarmua 9 dekabr 1868-ci ildə vəfat etmişdir.

İstinadlar Kateqoriya:Fransa şərqşünasları Kateqoriya:Fransızlar Kateqoriya:Fransız masonlar Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:Rusiya imperiyası türkoloqları