Napoleon müharibələri — adı altında may 1803-cü ildən başlayaraq noyabr 1815-ci ilə qədər I Napoleonun birinci konsulluq və imperatorluğu dövründə Fransanın digər Avropa ölkə və imperiyalarına qarşı apardığı müharibələr nəzərdə tutulur. Geniş mənada bura Napoleonun İtalya kompaniyası (1796–1797) və onun Misir ekspedisiyası (1798–1799), Fransız inqilabı müharibəsi daxildirlər.
18 brümer çevrilişi (9 noyabr 1799 cu il) Fransada hakimiyyəti hədsiz ehtiras və qabiliyyətə malik bir sərkərdəyə- Napoleona tapşırmış olur. Bu vaxt məhz Avropada qarışıqlıq, hərcmərclik höküm sürürdü. Avropanı bürüyən inqilab dalğası yeni qayda qanun tələb edirdi ki, mövcud hakimiyyətlər buna qabil deyildirlər. Bu özünü həm idarəetmədə, həm maliyədə və həm də ordu idarəçiliyində özünü göstərməkdə idi.
Məhz bu şəraiti düzgün qiymətləndirə bilən Napoleon getdikcə Avropanın hakiminə çevrilməyə başlayırdı. Hələ brümer çevrilişindən əvvəl İtaliya ordusunun ali komandanı olan zaman Avropa sərhədlərini çızmağa başlamışdır. Misir ekspedisiyası zamanı isə şərq planlarını cızırdı. Birinci konsul olduqda arzu edirdi ki Rusiya imperiyası ilə birlikdə ingilisləri Hindistandan sıxışdırıb çıxartsın.
Misir ekspedisiyası
thumb|Napoleon Bonapart Sfinksin qarşısında (1868-ci ildə Jean-Léon Gérôme tərəfindən çəkilib.) Böyük Britaniyanın Misiri tutmaq planına qarşı Fransa hökuməti Misirə 19 may 1798-ci ildə Hərbi və nəqliyyat gəmilərindən ibarət ekspedisiya göndərir. Ekspedisiyada 38000 əsgərlə yanaşı ölkənin tarixini, mədəniyyətini tarixi abidələrini tədqiq etmək və orada yeni siyasi və iqtisadi strukturlar yaratmaq məqsədilə çoxlu alimlər, mühəndislər, rəssamlar da iştirak edirdilər. Hərbi ekispedisiya 1 iyun 1798-ci ildə Misirə yetişir və Məmluk ordusunu Misir ehramları yaxınlığında məğlubiyyətə uğradıraq 23 iyulda Qahirəyə daxil olur. Bu zaman Napoleona onun gəmilərinin Britan donaması tərəfindən Əbukirdə batırıldığı xəbəri verilir. Belə ki, 1798-ci ildə Əbukir dəniz döyüşündə, vitse-admiral Horatsio Nelsonnun komandanlığı altında Britaniya donanması fransız donanmasını darmadağın etmişdi. Fransa ilə əlaqə kəsilmiş olur. Buna baxmayaraq ekspertləri ilə birlikdə müxtəlif reformalara başlayır və beləliklə Misirin tədqiqatına başlanılır, bununla da d’Égypte institunun əsasını qoymuş olur. Ekspedisiya zamanı 1799-cu ildə indiki Rəşid (Rozzet) şəhəri yaxınlığında tapılmış Rozzet daşı vasitəsilə bir çox Misir heroqliflərini oxumaq mümkün olmuşdur.
Fələstinə qədər irəliləyərək Qəzzanı tutaraq Akkon qalasında istehkamlanır. Lakin tauna düçar olan fransız qoşunu sayca azalaraq Misiri tərk etmək məcburiyyətində qalır. Əbukir bu zaman Mustafa Paşanın komandanlığı altında olan 18000 əsgərlə müdafiə mövqayində idi. Napoleon 5000 piyada və 1000 süvari ilə ölümcül savaşa girir və 25 iyul 1799-cu ildə Əbukir döyüşündə Osmanlı qoşunlarını məğlub edir. 2 avqustda Əbukir təzədən fransızların əlinə keçir. Bununla da Napoleon bir il öncə fransız donamasının biabırçı məğlubiyyətinin əvəzini çıxmış olur. 30 sentyabrda Korsikaya, 9 oktyabrda isə Müqəddəs Rafael tərəfdən Fransa sahilinə yetişmiş olur. Parisdə ekspedisiyanın uğursuzluğuna baxmayaraq onu qəhrəman kimi qarşılayırlar.
Fransa donanmasının izində
150 px|left|thumb|Horatsio Nelson 260 px|thumb|right| L'Orient xətt gəmisinin partlayışı, 22:00, 1 avqust 1798, dövrünün rəsm əsəri, Arnald George Britaniya hökumətinin fransızların Tulon, Marsel və Genuyadakı bu hazırlıq işlərindən xəbəri var idi. Nə məqsəd daşıması naməlum olduğundan fransızların qəflətən Siciliyaya, Neapol krallığına və Portuqaliyaya və hətta İrlandiyaya hücum edə biləcəklərini istisna etmirdilər. Bu məqsədlə admiral Nelsona ciddi tapşırıq verilmişdi ki, Tulon, Marsel və Genuyadakı hazırlıqların hansı məqsəd güddüyünü öyrənsin. Nəhayət Britaniya hökuməti fransızların Misir ekspedisiyası haqqında Nelsondan məlumat alır.
4 iyulda admiral Nelsonun donanması Antaliya sahilinə çataraq, Kretanın cənub ucuna istiqamət alır. 20 iyulda yenidən Siciliyaya çatmış olur. Sirakuzadan Nelson öz arvadına, Uilyam Hamiltona və admiral lord Stenli Vinsentə üç məktub yola salır. Hər üç məktubda fransız donanmasının axtarışından təngə gəlməsindən danışılır. O həyat yoldaşına yazırdı ki, indiyə kimi mən fransız donanmasını tapmağa müvəffəq olmamışam, amma heç kəs də məni lazımi səy göstərməməkdə qınaya bilməz.zit. n. Keegan, S. 59 1 avqustda təzədən İsgəndəriyyəyə dönən Nelson fransız donanmasını aşkar edir.
300 px|thumb|left|Yaralı admiral Bryui d'Aqalye L’Orientin göyərtəsində 1 avqust 1798-ci ildə admiral Bryui d'Aqalye təsəvvür edə bilmirdi ki, günün ikinci yarısı Britaniya donanması hücuma başlayacaq. Lövbər salmış fransız gəmilərinin qısa vaxt ərzində döyüş hazırlığı vəziyyəti ala bilməyəcəyi təqdirdə Britaniya donanmasına saat 15:00 da hazırlıq siqnalı verilir. 17:30 da Britaniya gəmiləri şimal-qərb tərəfdən Əbukir adasına yaxınlaşaraq, 18:00 da ala toranlıqda hücuma başlayırlar. HMS Goliathın kapitanı Tomas Foley 1764 cü ilə məxsus buxtanın fransız atlasına malik idi və ada ilə əsas sahil arasındakı ərazidə manevr etmək üçün körfəzin lazımi dərinliyə malik olduğunu bilərək fransız xətt gəmilərinin arxasına daxil olaraq hücuma keçir.Adkins und Adkins, S. 24 Onu arxasınca müşayiət edən HMS Zealous, HMS Audacios, HMS Orion, HMS Theseus gəmiləri hücum zərbəsinin şiddətini artırmış olur.Adkins und Adkins, S. 26 – 28; Keegan, S. 63; Laverty, S. 178–181 Belə olan halda xəttin başında durmuş Guerrier HMS Goliathç HMS Audacious, HMS Orion və HMS Theseus gəmilərinin aramsız zərbələrinə məruz qalaraq döyüş qabiliyyətini itirmiş olur.
Tomas Foley sahil və xətt gəmiləri arasında qətiyyətli manevr etməsi fransız gəmilərini iki tərəfli top atəşlərinə məruz qoymuşdur və artıq Guerrier, Aquilon, Peuple Souverain, Spartiate gəmiləri ağır zədə almışdırlar.Adkins und Adkins, S. 29 Güvvətli silah arsenalına malik fransızların cinah gəmisi L'Orient xəttin mərkəzində qərar tutmuşdur. Onun qarşısında mövqe tutmuş HMS Bellerophon ağır zədə alaraq döyüşü tərk etməyə məcbur olur. Təxminən 22:00 da Britaniya gəmiləri HMS Swiftsure və HMS Alexander L’Orienti aramsız atəşə tutması nəticəsində onun göyərtəsi alışmış olur. HMS Swiftsure gəmisinin kapitanı məqsədyönlü atəşi davam etdirərək fransız ekipajının yanğını söndürə bilməsinə mane olmağa çalışırdı. Bu an gəmidə olan ağır yaralanmış admiral Bryui d'Aqalye növbəti zərbədən ölür.
1799 cu ildə hakimiyyətə gələrkən Fransa tam təcrid olunmuşdur. Antifransa mövqeyi tutanlar bir o qədər də möhkəm ittifaqa malik deyildirlər. Bu zaman Fransa Reyndən geri çəkilmiş, İtaliyada isə vəziyyət ümidverici deyildir. Tsizalpin respublikası süqut etmiş, Partenopey respublikasında monarxiya bərpa olunmuş, Roma respublikası da süquta uğramışdır. Yalnız İsveçrədə vəziyyət bir qədər yaxşı idi beləki birləşmiş Avstriya-Russiya ordusu Fransanı oradan çıxartmağa nail ola bilməmişdir.
Yeni konstitusiyaya əsasən Napoleon Bonapart 25 dekabr 1799-cu ildə on il müddətinə mütləq hakimiyyətə malik ilk konsul seçilir. Konsul qanunvericiliklə yanaşı nazir və digər yüksək dövlət vəzifələrinə təyinatları etmək hüququna malik olur. Beləliklə Bonapart konstitusiya ilə diktaturanı qanuniləşdirir. Hökumət proqramına Bonapart belə bir şüar verir: "Vətəndaşlar! İnqilab nədən başlanmışdısa elə orada qayıdır.O, artıq bitmişdir."
Diktatora çevrilən Napoleon dövlət idarəçiliyini kökündən dəyişdirir. İnqilabın töhfələrinin: vətəndaş hüququ, kəndlinin şəxsi torpaq hüququ, emiqrantların və kilsənin müsadirə olunmuş mülklərini satın alanların hüququnun təminatçısı kimi çıxış edərək 1804-cü ildə Napoleon məcəlləsinin təsis etməklə hakimiyyətini daha da möhkəmləndirir. İnzibati idarəçilikdə reform keçirərək şəhər və kəndlərə merlər təyin edir.
III koalisiya müharibəsi (1805)
1803-cü ildə uzun sürməyən Amyen sülhündən sonra Fransa və Böyük Britaniya arasında gərginlik azalmaq bilmirdi və Napoleon Böyük Britaniyaya hücum etməyi qərara alır.
1805-ci ildə Avropada quruda Napoleonun komandanlığı altında Birinci Fransa İmperiyası ordusu, dənizlərdə isə Böyük Britaniya Kral Donaması söz sahibi idilər. Bu zaman Böyük Britaniya Fransanı blokadaya salmağı məqsəd güdürdü. Blokada Fransanın ticarətinə böyük ziyan vururdu. Fransa gəmilərinin bir neçə uğurlu mühasirədən çıxmaq epizodlarından başqa fransız dəniz donanması pis günlərini yaşamaqda idi. Fransız donamasının əsas qüvvələri Atlantik okeanı sahilindəki Brest, Aralıq dənizi sahillərindəki Tulon limanlarında cəmlənmişdi.
5 oktyabr 1804-cü ildə külli miqdarda pul aparan dörd İspaniya freqatı Kadis yaxınlığında britaniyalılar tərəfindən saxlanılır. Savaşın başlamasından 9 dəqiqə sonra freqat "Mersedes" partladılır, qalan üç freqat təslim olur. İspaniya cavab olaraq Böyük Britaniyaya müharibə elan edir və Fransanın müttəfiqinə çevrilir. Kadis və Ferroldakı ispan dəniz donama birlikləri Fransa tərəfində olurlar.
Böyük Britaniya yaxşı təlim görmüş və təcrübəli zabit korpusuna malik olduğu halda, təcrübəli Fransa donanma zabitlərinin əksəriyyəti Fransa İnqilabının əvvəllərində edam edilmiş, ya da xidmətdən uzaqlaşdırılmışdırlar. Bu zaman Fransa donanmasına komandanlıq etmək üçün etibar ediləcək yeganə şəxs Pyer-Şarl Vilnyev idi.
Napoleon Bulon düşərgəsində güclü desant dəstələri təşkil etmişdir. Məqsəd onları Britaniya sahillərinə çıxartmaq idi. Napoleon desant qüvvələrini La-Manş boğazından keçırə bilmək üçün barjaların hazırlanmasına əmr vermişdir. Birinci mərhələdə 1700 barja ilə 113 min əsgər və 5600 at, ikinci mərhələdə isə 590 barja ilə 48 min əsgər, 3400 at keçirtmək planlaşdırılmışdır.Клейтон Т., Крейг Ф. Трафальгар: люди, сражение, шторм Lakin barjalar Britaniya xətt gəmiləri qarşısında müdafiəsiz olduqları üçün La-Manşı keçə bilmirlər.
Bu məqsədlə 1805-ci ildə Napoleon Pyer-Şarl Vilnyev qarşısında məqsəd qoyur ki, Karib dənizinə doğru istiqamət götürərək aldadıcı manevrlə Britaniya donanmasının başını qatsın. Lakin bu plan da pozulur, çünki Britaniya donanması La-Manşı tərk etmir. Bu aldadıcı manevr zamanı Finisterre yaxınlığında Vilnyevin gəmiləri ələ keçirilir, ispanlar iki gəmi itirirlər, lakin Fransa donanması döyüşə qatılmağa cürət etmir.
20 avqustda fransız eskadriliyası Britaniya gəmiləri ilə mühasirəyə alınmış ispan limanı Kadisə gəlirlər. 17 sentyabr 1805-ci ildə Napoleon Vilnyevə əmr göndərərək lövbərləri qaldırıb Kartagenaya gedərək ispan kontr-admiralı Salsedo oradan da Napoleon ilə birləşsinlər. Bu isə general Sen-Sirə Neapol krallığına daxil olmağa imkan yaradırdı.
Gedişi Müttəfiqlərin admiral Pyer Dümanuarın komandanlığında olan bayraqdar gəmisi Formidable Vilnyovun işarəsinə məhəl qoymadan Kadisə tərəf üz tutur və özü ilə 9 gəmini (Neptuno, Scipion, Intrepide, Raio, Formidable, Montblane, San Francisco de Asis, Duguay Trown) aparmış olur. Britaniyalıların təcrübəliliyi özünü göstərməkdə idi. Tezliklə onlar Vilnyovun cərgəsini yararaq top göyərtələrinin hər iki tərəflərdən atəş açmaq imkanı qazanırlar. İlk növbədə sərrast top atəşləri ilə müttəfiqlərin ağır toplar olan batareya göyərtəsini darmadağın edirlər.