Melani Loran (; ) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006).

Həyatı

Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir.

1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü. 2008-ci ildə Loran "Azdan daha aza doğru" () filminin ssenarisini yazır və onun rejissoru olur. 7 dəqiqəlik filmin məzmununu psixiatr və xəstənin ünsiyyəti təşkil edir. Bu film 61-ci Kann kinofestivalında Ən yaxşı qısametrajlı film nominasiyasında mükafata namizəd olmuşdu. 2008-ci ildə "Onun ayaqlarına doğru" adlanan erotik filmdə çəkilmişdir. Bu film Canal+ Fransa telekanalı vasitəsilə nümayiş olunmuşdur.

Şəxsi həyatı

Loran həmkarlarından biri fransız aktyoru Jülyen Buasseye ilə uzunmüddətli münasibətdə olmuşdur.

Aktrisa 2013-cü ildə ailə həyatı qurmuşdur. Onun ilk övladı olan oğlu Leo 2013-cü ilin sentyabrında anadan olmuşdur.

Filmoqrafiya

Aktrisa kimi

İl Azərbaycanca adı Orijinal adı Rol1998 Sofinin bədbəxtliyi Madlen de Flervill1999 İki çay arasında körpü Lizbet2000 Gecənin yolu Françeska2001 Bu mənim bədənimdir Klara2002 Kimi istəyirsənsə, öp Kerol2003 Jan Mulen: Fransız işi Alisa Argüel2004 Səni gözləyən həyat fabrikdəki qız2004 Düyü rapsodiyası çin. 海南雞飯 Sabin2004 Sonuncu gün Luiza2005 Qəlbim daha döyünmür Minskovun rəfiqəsi2005 Alisanın üzü Alisa2006 Vətənpərvərlər Marqaret2006 Narahat olma, mən yaxşıyam Lili2007 Gizli sevgi Sofi2007 Qatil Stella2007 Ölüm otağı Lüsi2008 Paris Leyetitiya2008 İşgüzar səfər mehmanxana işçisi2009 Sənə qədər Şlö2009 Şərəfsiz əclaflar Şoşanna Dreyfus2009 Konsert Ann-Mari Jake2010 Qarət Annet Mono2010 Başlayanlar Anna2011 Həyatın qanadları mətni oxuyan2011 Qatil üçün rekviyem Lükres2011 Və qəflətən bütün dünya məni rahat buraxır Castin2011 Qəbul edilmişlər Liza2013 Lissabona gedən gecə qatarı gənc Estefaniya2013 İndi sən məni görürsən Alma Drey2013 Düşmən Meri2014 Yuxarı Cannia Ressmor

Rejissor və ssenarist kimi

İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı Filmin növü2008 Azdan daha aza doğru rejissor, ssenarist Qısametrajlı bədii film2008-2009 İks qadınlar rejissor, ssenarist Bədii televiziya filmi2011 Qəbul edilmişlər rejissor, ssenarist Bədii film2014 Nəfəs rejissor Bədii film

Mükafatlar və nominasiyalar

Mükafatlar

Prix Romy-Schneider (2006) Ən yaxşı ümidverici aktrisa nominasiyasında "Sezar" mükafatı (2006)

Nominasiyalar

Ən yaxşı qısametrajlı film nominasiyasında "Qızıl Palma Budağı"na namizəd (2008)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa aktrisaları Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Fransa müğənniləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Fransa ssenaristləri Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:Yəhudi qadın yazıçıları Kateqoriya:Yəhudi mənşəli fransızlar