Alisa Hers-Sommer, həmçinin Alisa Sommer () — kimi tanınan Alisa Hers-Sommer, pianoçu, musiqi müəllimi, bir əsrdən artıq yaşamış Bohemialı və nasistlər tərəfindən yəhudi mənşəli olduğu üçün göndərilən olduğu Theresienstadt düşərgəsindən xilas olmuşdur. O, 1986-cı ildən həyatının sonuna qədər Londonda Belsize Parkda yaşamış və 110 yaşında dünyanın ən yaşlı Holokostdan sağ çıxmış biri kimi tanınmışdır.
Hers Sommerin həyatı haqqında film The Lady in Number 6 (6 Nömrəli Qadın) hal-hazırda Ən Yaxşı Qısametrajlı Sənədli Film kimi Akademik Mükafata namizəd göstərilmişdir.
Həyatı Hers 26 noyabr 1906-cı ildə Praqada(Avstriya-Macarıstan) doğulmuşdur. Sommerin Mariana adlı əkiz bacısı da var idi. O, 1931-ci ildə biznesmen və həvəskar musiqiçi Leopold Sommer ilə evləndi. Onların Rafael Sommer adlı uşaqlarıı olduqdan sonra Leopold Auşvitsə göndərilir. Ölüm düşərgəsindən xilas olmağına baxmayaraq 1941-ci ildə Daxau şəhərində vəfat etdi.
Alisa İsraildə yaşadığı müddətdə Yerusəlimdə musiqi müəllimi kimi çalışırdı. Sonralar 1986-cı ilde Londona köçdü. Alisin yeganə övladı violençel ifaçısı və dirijor Rafael Sommer 2001-ci ildə vəfat etmişdir.
Alisa Hers-Sommer 23 fevral 2014-cü ildə məlum səbəblərdən 110 yaşında vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Çexiya pianoçuları Kateqoriya:İsrail pianoçuları Kateqoriya:Britaniya pianoçuları Kateqoriya:Praqada doğulanlar Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:Birləşmiş Krallıq uzunömürlüləri Kateqoriya:Qadın pianoçular Kateqoriya:XX əsr pianoçuları