thumb|250px|Çjuqe Lyanq - çinli sərkərdə, “Otuz altı stratagem”in müəlliflərindən biri. thumb|250px|Sun Dzı - Çinli hərb nəzəriyyəçisi, strateq, “Otuz altı stratagem”in müəlliflərindən biri.

Otuz altı stratagema (, , pinyin: sān-shí-liù jì) — Qədim Çinə aid hərbi traktat.

Stratagema ( — hərbi hiylə, kələk ) — hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı. Qədim Yunan dövrünə aid olsa da, Avropada geniş istifadəsi Qədim Roma yazıçısı Sekst Yuliya Frontinaya məxsus kitabından sonra olmuşdur. Hal-hazırda stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur. “Stratagem mübaliğə ilə dedikdə insan beynində gizlənmiş və vaxtı çatan zaman dərhal istifadə oluna bilən xəncərdir. Kim stratagemadan vaxtında istifadə etməyi bacarırsa təşəbbüsü əlində saxlaya bilir”. Stratagema — hər hansı bir (gizli) məqsədə çatmaq üçün, hansısa bir müşkül məsələni həll etmək üçün müvafiq obyektin psixologiyasını, vəziyyətini, şəraitini nəzərə almaqla düşünülmüş alqoritmdir. Bu alqoritm Çin tarixində və mədəniyyətində üç min illik bir tarixə malikdir. Heroqliflə 計 (“tzi”) kimi göstərilir. Digər mənaları: “ölç”, "hesabla", "plan", "texnika", "texnologiya", "oyun", “hiylə”. Tarixi

İlk məlumat “Van Tzintzenin bioqrafiyası”nın - VII cildində verilməkdədir.(王敬則傳).. Van, Cənubi Tzi sülaləsinin birinci imperatoru Qao-di dövründə (479—502 illər) mövcud olmuş sərkərdə olmuşdur. İmperator Min Di hakimiyyətə gəldikdən sonra bir neçə yüksək vəzifəli şəxsləri edam etdirdiyinə görə Van öz həyatı üçün qorxaraq üsyan qaldırır. Biləndə ki, taxt sahibi Syao Baotszyuan saraydan qaçıb, Van qeyd edirdi: “36 Tanyun traktına görə qaçmaq - ən yaxşıdır. Hər ikiniz, həm ata və həm də oğul təxirə salınmadan qaçmağa ehtiyacınız var” (檀公三十六策,走是上計,汝父子唯應急走耳). Cəmi 400 il, e. 220 -ci ilinə qədər hakimiyyətdə olmuş Xan sülaləsi tərəfindən e.ə 206 cı ildə, Çin torpaqları birləşdirilərək imperiyanın əsası qoyulur. Çin tarixinin intibah dövrü başlamış olur. Konfutsi fəlsəfəsi meydana çıxır, kağız icad edilir. İlk lüğət, hərbi traktatlar meydana çıxır. Bütün bunlara görə Çin imperiyası Xan sülaləsinin formalaşdırdığı hərbi təlim və stratagemlərə borcludur. Xan sülaləsi Çinin qüdrətini artırmaq və tamlığını qorumaq üçün üsyan qaldıran dövlət və əyalətləri güc vasitəsilə itaətində saxlayırdı. Bəzən gücün nail ola bilmədiyini kələklə əldə edirdi. Dama şirnikdirib nərdivanı götürmək kələyi bu məqsədlər üçün düşünülmüş stratagem sayılır. Xan sülaləsinin ordu sərkərdəsi, Xan Sin iki üsyanı yatırtmaq üçün səfərə çıxır. Bu zaman onunyolunu üçüncü bir dövlətin ordusu kəsmiş olur. Xan Sin Vey çayına çatanda qarşı sahildə iki yüz minlik ordunun onu gözlədiyini görür. Qarşısında üç yolun olduğunu görən Xan Sin fikirləşir ki, hücuma keçsə çayı üzüb keçmək məcburiyyətində qalan ordu əlverişsiz mövqe tuta bilər və məhv olar. Geri dönərsə əmri yerinə yetirmədiyinə görə imperatorun qəzəbinə gələ bilər. Bu da onun məhvi demək idi. Oturub qarşı tərəfin hücum edəcəyini gözləmək sadəlövlük olduğunu anlayan Xan Sin gecə ilə çayın yuxarı başında qum kisələrindən bən tikməyi əmr edir. Gecəni yatıb səhər ayılan Xan Sin suyun səviyyəsinin düşdüyünü görüb, hücuma keçir. Döyüş qızğın anında orduya geri çəkilmək əmri verir. Qarşı tərəf Xan Sinin məğlub edildiyini güman edib onları qovmağa başlayırlar. Rəqib ordusunun yarısının çayı keçdiyini görən Xan Sin pusquda duran əsgərlərə bəndi dağıtmaq əmrini verir. Suyun səviyyəsinin artması rəqib ordusunuy yarısını batırmış olur. Bu kələklə Xan Sin üç şeyə birdən nail olmuş olur. Rəqib ordusunun sayını iki yüz mindən yüz minə salmış olur; Ərazi üstünlüyü əldə edərək, sərbəst hərəkət etmək imkanı qazanır; Hücum mövqeyini müdafiə ilə əvəz etmiş olur. Beləliklə dama cəlb edib, sonrada nərdivanı götürməklə Xan Sin rəqibi əlverişsiz şəraitə salaraq özü böyük itki vermədən onu darmadağın etmiş olur.

Bir çox stratagemlər hələ e.ə. 315 cı ildə təqribən Sun Dzın ölümündən 150 il sonra Sun Bin tərəfindən xatırlanmaqdadır. Otuz altı stratagem dünya tarixini dəyişmiş bir külliyyatdır. Belə ki, bütün tarixi hadisələr bu traktatların məhsuludur. Afinalılar Yunanıstanı ram etmişdirlərsə, Böyük İsgəndərin başçılığı altında makedoniyalılar tərəfindən fəth edilmişdir. Qədim Misir dövləti, Fars imperiyası öz qüdrətini artırdığı bir zamanda, Roma imperiyasının əsirinə çevrilmişdir. Ellinizmin meydana çıxması Hindistanda dünyaya gəlmiş şahzadə Sidhatha-Hautama Budda adını qəbul edərək buddizmi yaratmışdır. Xristyanlığın daha sonra islamın yaranması Çində Lao Tszin, Sun Tszı, Konfutsi kimi dahilərin dünyaya gəlməsi, on bir sülalənın bir birini əvəzləməsi, Böyük Çin sədhinin tikilməsi, İpək yolunun çəkilməsi.

Bu baxımdan otuz altı stratagemin əsil yaranma tarixi e.ə. VI əsrdən başlayaraq, eramızın 500 -cü ilinə qədər davam etmişdir İlk dəfə 1600 cü ildə naməlum müəllif tərəfindən külliyyat şəklinə salınaraq "Müharibə sənəti: 36 stratagem" adı altında yazıya alınmışdır.

Fəlsəfəsi Çin imperiyası tarixi özündə qarşıdurma və çəkişmələrlə zəngin olmuş iki dövrü birləşdirir: Yaz və payız dövrü (e.ə. 476-477 ci illər) - stabil feodal sisteminin sona yetdiyi dövr; Feodal çəkişmələri dövrü (e.ə. 471-221) — Çində mövcud olmuş 46 feodal dövlətin aparmış olduqları müharibələr nəticəsində bir-birilərinin torpaqlarını zəbt etdikləri dövr. Bu mühit məhz filosof Lao-tszı “Dao de Tszin” traktatlarını qələmə almağı məcbur etmişdir.

Lao-tszı hesab edirki təbiət qanunauyğunluqlarını dərk etmək və mənimsəməklə, onlardan çəkinməməklə, təbiətdə olan enerji və qüvvəni düzgün istiqamətə yönəltməklə insan öz məqsədlərinə az qüvvə və ya cüzi məsrəflə, asandlıqla nail olar və əldə olunan nəticələr daha uzunmüddətli, dayanıqlı ola bilər. İnsan hadisələrin təbii gedişinə qarışmamalıdır. İşə qarışmamaq, yaxud «hərəkətsizlik» (uvey– gerçəkliyə seyirçi münasibət) dao–nun insana münasibətdə əsas tələblərindən biridir. Bu, «təbiiliyə əməl edilməsi» deməkdir. Bu, adamların həm sosial, həm də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir. Otuz altı stratagemin müdrikliyi Dao fəsəfi fikirinə söykənir.

Otuz altı stratagemin söykəndiyi sütunlardan biri də Leqizm təlimidir. Leqizmin diqqət mərkəzində – dövləti idarəetmə problemidir. Leqistlər hesab edirdilər ki, siyasət əxlaqla bir araya sığan deyil və idarəetmənin başlıca vasitəsi – mükafat və cəzadır, özü də sonuncu daha çox olmalıdır. Leqistlər hamının qanun qarşısında bərabər olduğu müstəbid dövlət nəzəriyyəsi işləyib hazırlamışdılar. Yeganə istisna – qanunların yaradıcısı olan hökmdardır. Leqizmin ən görkəmli nümayəndələri – Şan Yan, Quan Çjun, Tszı Çan, Li Kuy, Şen Buxay və Xay Feydir. E.ə. III əsrdən başlayaraq leqizmin konfutsiçiliyə qarışması prosesi başlanır, nəticədə artıq Xan dövründə müstəqil varlığını dayandırır.

Otuz altı stratagem traktatı Otuz altı stratagem 36 idiom (cəmi 138 çin yazısından) və ona verilmiş kiçik izahatdan ibarətdir. Stratagemə izahatlar Çinin İtszin və Leqizm təlimləri əsasında verilmişdir. Əsas mətn “六六三十六,數中有術,術中有數。陰陽變理,機在其中。機不可設,設則不中。” (Altı dəfə altı otuz altıya bərabərdir. Hesabda — ödəniş, ödənişdə — hesab. İn və Yan bir-birini əvəzləyir, kələk bundadır. Olacağı bilmək olmur, əvvəlcədən qələbəni proqnozlaşdırmaq mümkün deyil.) ifadəsinini nəzərdə tutur. Ənənəvi 36 stratagem 6 yarım qrupa bölünür. lakin bu cür bölüm şərtidir.

I. Daha güclünün (qalibin) strategemləri (勝戰計) 1. İmperatoru aldadıb dənizdə üzdürmək (瞞天過海 (pinyin: mán tiān guò hǎi) İşarəsi Pinyin İzahı瞞 瞒 mán aldatmaq天 天 tiān Göy = İmperator過 过 guò üzüb keçmək海 海 hǎi Dənızi

Kim ki, çalışır hər şeyi qabaqcadan görsün, onda sayıqlığını itirir. Günbəgün gördüyün şübhəli deyil. Aydın gün qaranlıq gecədən daha yaxşı gizlədir. Hər şeyi aşkarlamaq hər şeyi gizlətmək deməkdir. məqsəd: Gizlədilməsi çətin olduqda belə həqiqi məqsədi, istəyi, yolu gizlətmək. tətbiqi: Gizlədilməsi vacib olan, önə çəkilərək, diqqəti əsas dərəcəlidən ikinci dərəcəliyə cəlb etmək. Sayıqlığı yuxuya vermək üçün adi, gözlənilən hadisəni ya artıq beyində olan obyekt effektindən istifadə eilir. (“imperatoru aldatmaq”) vacib olan: Qabaqcadan duyulan və gözlənilən, detallara diqqət. lazım olan: Zaman və hövsələ.

2. Çjaonu qurtarmaq üçün, Veyı yıxmaq (圍魏救趙 pinyin: Wéi Wèi jiù Zhào)

Düşmənləri birlikdə görməkdən, Onları bölmək daha yaxşıdır. Hardan çəkilirlərsə, oradan hücum et. Haradan müqavimət göstərilirsə, oradan hücum etmə.

İşarəsi Pinyin İzahı圍 围 wéi yıxmaq魏 魏 Wèi Vey救 救 jiù xilas etmək趙 赵 Zhào Çjao

məqsəd: Obyektin əsas qüvvəsi ilə əsas istiqamətdə birbaşa münaqışədən qaçmaq. Onun diqqətini subyektə sərf etməyən resurs və istiqamətlərə cəlb etmək. Bununla da obyektin əsas qüvvəsini səpələnməsinə nail olmaq. (“Çjao səltənətini xilas etmək”) tətbiqi: Birbaşa və ya dolayı yollarla obyektin zəif yerlərindən vurmaqla onu hücumdan müdafiəyə keçməsinə nail olmaq. (“Vey səltənətinin paytaxtını dağıtmaq”) vacib olan: Obyektin zəif yerlərini düzgün tapmaq, gözlənilmədiyi itkilərə məruz qoymaq, yetərincə qüvvəyə malik olmaq. lazım olan: Obyektin vəziyyəti haqqında yaxşı bilgilərə malik olmaq. Zərbə üçün resursların yetərliliyi.

3. Özgə xəncərlə öldürmək (借刀殺人 pinyin: jiè dāo shā rén)

Düşmənlə hər şey aydındır, Amma dosta əminlik yoxdur. Dostunu düşmənini aradan götürülməsində istifadə et. Amma özün güc tətbiq etmə.

İşarəsi Pinyin İzahı借 借 jiè borc almaq刀 刀 dāo xəncər殺 杀 shā öldürmək人 人 rén insan

məqsəd: Öz məqsədini həyata keçirmək üçün üçüncü şəxsdən istifadə et. Alibi (bəhanə) əldə etmək və sənin yaxşı adının saxlanılması üçün mövcud vəziyyətdən və digər adamlardan istifadə etmək. tətbiqi: Şaiyələrin yayılması və içərilərində çaxnaşma yaradacaq təhriklərlə əsas tərəflə üçüncü tərəfin ziddiyyətlərinə nail olmaqla “Özgə xəncərlə ikibaşlı oyun”. vacib olan: Alibi (bəhanə) ilə təmin olunmaq. lazım olan: Əsas obyekt və vasitəçinin vəziyyəti haqqında yaxşı bilgilərə malik olmaq.

4. Düşmənin əldən düşməsini gözləmək (以逸待勞 pinyin:yǐ yì dài láo) İşarəsi Pinyin İzahı以逸 以 逸yǐ yì səbir ilə待 待 dài gözləmək勞 劳 láo əldən düşmək Düşmən gücünün tükənməsi, aşkar qarşıdurma ilə əlaqəli deyil. məqsəd:Obyekti şirnikdirərək onun əldən düşənə qədər imkanlarını xərcləməsinə nail olmaqla, öz imkan və gücünü qorumaq. tətbiqi: Daha qüvvətli obyektə qarşı köməkçi stratagemləri tövsiyələr zəncirinin bir hissəsi kimi istifadə etməli. Onun tamamilə taqətdən düşməsi və bezdirilməsinə gətirib çıxarmamalıdır. E.ə. 342 ci ildə Sun Bin düşmənin qüvvətli olduğunu nəzərə alaraq geri çəkilir. lakin bu zaman o, geridə 100000, sonra 50000 və sonunda 30000 əsgər qoyaraq özü isə xəlvətdə pusquda durur. Onu qovan düşmən hesab edir ki, rəqibin ordusu fərarilik edir və yüngül silahlarla onları qovmaqda davam edirlər. Pusquda səbir ilə gözləyən Sun Bin vaxtı çatanda hücuma keçərək düşmən ordusunu məhv edirMit dieser Taktik gewann zum Beispiel im Jahr 1066 William the Conqueror die Schlacht bei Hastings. vacib olan:Obyektin uğursuzluğunun və çətinliyinin səbəblərini məxfi saxlamağa səy göstərmək. lazım olan:Zaman, soyuqqanlılıq, dözümlülük, səbir

5. Yanğın zamanı qarət (趁火打劫 pinyin: chèn huǒ dǎ jié)

Düşmən böyük itki vermişsə, fürsətdən istifadə edib — xeyrini güd.

İşarəsi Pinyin İzahı趁 趁 chèn fürsətdən istifadə火 火 huǒ yanğın打 打 dǎ zərbə vurmaq劫 劫 jié qarət

məqsəd: Obyektin çətin vəziyyətindən istifadə edərək xeyir götürmək. “Düşmən çaxnaşmaya düşmüşsə, onun üzərində zəfər çalmaq vaxtıdır.” tətbiqi: Vəziyyətə tez qarışaraq məqsədə çatmaq. Bəzən bu zaman gırülən hərəkətin izahatını düşünmək məqsədə uğundur. Uğursuzluğa düçar olduqda “quzgun” kimi davranış özünə təhlükəli ola bilər. Çin aforizmindəki kimi: 成王敗寇 “uğurlu olduqda hökmdar, uğursuz olduqda quldur.” vacib olan: Dəqiq hərəkət planı, cəldlik, daxili mənəfi qadağaların olmaması. lazım olan: Obyektin çətliyinin həcmi haqqında dəqiq bilgi.

6. Şərqdə hayküy qoparıb, qərbə hücum etmək (聲東擊西 pinyin: shēng dōng jī xī)

Rəqibin ruhu və başı qarışıqdırsa, qəfləti hücum anıdır.