Sumqayıt şəhər "Cümə" məscidi — Sumqayıt şəhərində Cümə məscidi.

Tarixi Sumqayıt şəhər "Cümə" məscidi 1991-ci ildə şəhər sakinlərinin vəsaiti hesabına inşa olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti 2005-ci ildə məscidi yüksək səviyyədə əsaslı təmir etmişdir.

Məscidin sahəsi 30000 kvadrat metr, tutumu isə 450-500 nəfərdir.

2013-ci ildə yenidən təmir olunan məsciddə hündürlüyü 34 metr olan minarə tikilmişdir. Məscidin fəsadı, qübbəsi isə Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmişdir. Gündəlik 300-350 nəfərin ibadətə gəldiyi məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.

Ədəbiyyat Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, "Beynəlxalq əl-Huda" nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org

Həmçinin bax Məscid Beynəlxalq məscid günü Azərbaycandakı məscidlərin siyahısı

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org

Kateqoriya:Sumqayıt məscidləri Kateqoriya:1991-ci ildə Azərbaycanda yarananlar