Şahzadə Marqaret (; ) — Britaniya kralı VI Corcun qızı, Snoudon qrafinyası.
21 avqust 1930-cu ildə Şotlandiyadakı Qlamis qəsrində dünyaya gəldi. Atası Britaniya kralı V Corcun oğlu və o əsnada York hersoqu olan Şahzadə Albert, anası isə onun xanımı Elizabet Bouz-Layondur. 30 oktyabrda Bukingem sarayında vəftiz edildi. Doğulduğu əsnada babacı taxtda idi və Marqarita, əmisi Şahzadə David, atası və böyük bacısı Şahzadə Elizabetdən sonra dördüncü taxt varisi idi. Ancaq babasının 1936-cı ildə vəfatı və əmisinin bir illik qısa səltənətinin ardından atası taxta çıxdı və beləcə, taxt sıralamasında ikinci oldu. Ailəsiylə birlikdə Bukingem sarayında yaşamağa başladı.
İkinci Dünya müharibəsinin başlamasından sonra anası Kraliça Elizabet Bouz-Layonun qərarıyla ölkəni tərk etmədilər. Ancaq təhlükəsizlik məqsədilə daha etibarlı olan Vindzor qəsrində yaşadılar. Müharibənin ardından ilk xarici ölkə səyahəti olan və ailəsiylə birlikdə çıxdığı 1947 tarixli Cənubi Afrika səyahəti oldu. Bu səyahət əsnasında gələcəkdə eşq münasibəti yaşayacağı atasının yavərlərindən Pyotr Taunsendi tanıdı. Həmin il baş tutan bacısı Şahzadə Elizabet və Filipp Mauntbettenin toy mərasimində bacısının nədiməsi oldu.
Atası VI Corcun 1952-ci ilə vəfatının ardından böyük bacısı II Elizabet taxta çıxdı və bacısının 2 övladından sonra taxt sıralamasında üçüncü oldu. Atasının yavəri kapitan Pyotr Taunsendlə o illərdə başlayan eşq münasibətini isə, kilsə və hökumətin təzyiqiylə sonlandırdı. 6 may 1960-cı ildə Vestminster abbatlığında fotoqraf Antoni Armstronq-Consla evləndi. Bu toy mərasimi televiziyada nümayiş etdirilən ilk monarxial toy idi və 300 milyondan çox şəxs tərəfindən izləndi. Rəsmi iqamətgah olaraq Kensinqton sarayında yaşayan cütlüyün bu nigahdan 2 övladı doğulsa da, 1978-ci ildə boşandılar.
David Armstronq-Cons (3 noyabr 1961) Leydi Sarah Çatto (1 may 1964)
Siqaret aludəçiliyi vardı və 1998-ci ildən etibarən səhhəti pisləşdi. 9 fevral 2002-ci ildə yaşadığı iflicin ardından vəfat etdi və cənazəsi Vindzor sarayındakı Müqəddəs Corc kilsəsinə dəfn olundu.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Birləşmiş Krallıq monarxiyası Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:XXI əsr Böyük Britaniya qadınları