thumb|300px|right|Bakıda Təzəpir məscidi thumb|300px|right|Qiblənin dəyişdirilməsi haqqında ayənin Peyğəmbərə nazil olduğu İkiqibləli məscid. thumb|İstanbul, Yeni Camii Məscid ( — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi.
Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı 1-9 arası ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda(bəzi tarixi əhəmiyyətli məscidlərdə istisna ola bilər) Qurandan ərəb dilində sətirlər yazıla bilər.
Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur. Mehrabdan sağda bir qədər yüksəkdə minbər qurulur, oradan vaiz dindarlara xütbə oxuyur, yaxud müraciət edir. Bəzi ölkələrdə məscid yanında mədrəsə də fəaliyyət göstərir.
Məscid sözünün mənası left|200px|thumb|Kəbə Qurani-Kərim və hədislərdə "sücud" (səcdə etmək) sözü "baş əymək"lə yanaşı‚ başı yerə qoymaq mənasında da işlədilmişdir. Elə buna görə də‚ səcdə‚ təvazökarlığın ən son həddi sayılır. Məhz bu səbəbdən İslam mədəniyyətində məscid‚ insanların qüdrətli və qəni Yaradan ilə acizanə şəkildə əlaqə qurmaq üçün seçdiyi müqəddəs məkan kimi tanınır.
Məscid sözü Qurani-Kərimdə 28 dəfə işlənmişdir. Bunun 22-si tək halda və 6-sı isə cəm halda işlədilmişdir. Filoloqlar Quranda qeyd edilən "mihrab" sözünün də "məscid" mənasına gəldiyini bildirirlər.
Dünya müsəlmanları arasında təkcə Türkiyə türkləri cümə namazı qılınmayan, ancaq gündəlik namazlar qılınan yerləri məscid adlandırır, cümə namazı qalınan yerlərə də cami deyirlər. Qərb dünyasında işlədilən sözlərin (mosque, mosquee) də məscidin müxtəlif tələffüzündən ortaya çıxdığı qeyd edilir.
Məscidin tarixi İslamın təşəkkül dövründə Allaha ibadət üçün Məhəmmədin Mədinədəki evini xatırladan sadə binalar tikilirdi. O dövrlərdə məscidlər olmadığından Allaha ibadət və namaz qılınması açıq ərazidə kənarları xətlə çəkilmış yerlərdə həyata keçirilirdi. Məhəmmədin Mədinəyə hicrəti zamanı Mədinə yaxınlığında Quba adlanan yerdə bir neçə gün qalmışdır. Məhəmməd Qubada olduğu vaxt ərzində bir məscid tikdirmişdir ki, bugünümüzə qədər Quba məscidi kimi tanınır. Hicrətin ilk vaxtlarında müsəlmanların qibləsi Qüdsdəki Məscidül-Əqsa olmuşdur. Sonralar ayə nazil olaraq qiblənin Kəbə olduğu bəyan olunmuşdur. Bu barədə Quranın ikinci surəsi olan Bəqərə surəsində bilidirilir. Qiblənin dəyişdirilməsi haqqında ayənin Məhəmmədə nazil olduğu məscid hazırda Mədinə yaxınlığında olan İkiqibləli məsciddir.
Məscid haqqında Quranda belə yazılır: "Bəşər üçün inşa edilən ilk məbəd, Məkkədəki bərəkətli və bütün cəmiyyətlər üçün hidayət mərkəzi olan məbəd idi"Ali-İmran surəsi, 96-cı ayə. Məhəmməd peyğəmbər ikincisinin isə Məscidul-Əqsa olduğunu bildiribBuxari, "Ənbiya", 40; Muslim, "Məsacid", 1–2.
Funksiyasına və ellik dəyərinə görə mütəxəssislər, İslam ibadətgahlarını bütövlükdə dörd qrupa bölürlər. Bunların ən sayası məhəllə və kənd məscidləridir. Sonrakı pillədə came məscidləri gəlir. Bunlardan başqa bir də vilayət və ya ölkə əhəmiyyətli ibadət yerləri də vardır. Ən nüfuzlu ibadət yeri isə bütün müsəlman dünyası üçün nəzərdə tutulan Kəbədir (ərəbcədən hərfi tərcüməsi kub deməkdir). XIII yüzilin azman şəxsiyyətlərindən olan Nəsirəddin Tusi bu kateqoriyaların hər birinin yığcam xarakteristikasını və ellik dəyərlərinin incələmişdir.
İslam ölkələrində məscidlər təkcə ibadət üçün, dini mərasimlər keçirmək üçün inşa edilmirdi. Məscid çoxfunksiyalı ellik bina hesab edilir və onun içərisində keçirilən tədbirlər həm də müsəlmanlar arasında ünsiyyəti, birliyi gücləndirməlidir. Nəsirəddin Tusi insanların ibadətə və ünsiyyətə olan ehtiyacınl belə izah edirdi:
"Təbii ünsiyyət insan xassələrindəndir… Həqiqi hikmət sahibləri bu xüsusiyyətin şərəfli olduğunu nəzərə alaraq, onu inkişaf etdirmək üçün bir sıra faydalı tədbirlər düşünmüşlər, məsələn, müxtəlif qayda-qanun, ədəb-ənənə icad etmişlər, camaata ibadətlə məşğul olmağı, ziyafət təşkil etməyi məsləhət görmüşlər. Bunların hamısı ünsiyyəti qüvvədən hərəkətə gətirmək, əməli etmək üçündür."
Sonradan alim camaat namazının tək qılınan namazdan üstünlüyünü insanlararası ünsiyyəti gücləndirməklə bağlayır. Məhəllə və kənd məscidləri camaatı gündə beş dəfə, cam məscidi isə kənd və məhəllə adamlarını birlikdə həftədə bir dəfə ibadətə toplayır, onlar arasında anlaşmanı, ünsiyyəti artırır. Alimə görə: "Bundan əlavə bütün cammatın görüşməsi üçün ildə iki dəfə ibadət təyin etmişlər. Bunun üçün camaatı tuta biləcək böyük meydan seçməyi və hamın ora dəvət etməyi buyurmuşlar." Dünya müsəlmanlarının ömürlərində bir dəfə öz həmdinləri ilə "toplantı və görüş yeri üçün şərait sahibinin evindən (Kəbə) yaxşı yer ola bilməz." Bütün tayfaların və peşə sahiblərinin beləcə bir yerə toplanması, alimin fikrincə həm qarşılıqlı fayda götürmək, həm də havasını dəyişmə sağlamlıq üçün faydalı tədbirdir.C. Qiyasi – Nizami dövrümemarlıq abidələri, Bakı, "İşıq" nəşriyyatı, 1991, səh 42.
İlk məscidlər İslamda məscidin tarixi Həzrəti Məhəmməd peyğəmbərin(s.a.s) İslam dinini insanlara çatdırmağa başladığı vaxt başlanır. O dövrdə Məkkə rəhbərliyi Məhəmməd peyğəmbərə(s.a.s) müqəddəs Kəbə evində ibadət etməyə mane olurdular. Məhəmməd peyğəmbərin(s.a.s) isə "Allahın evi"ndə namaz qılmaq üçün ibadətlərini məsciddə etməyə çalışırdı. Digər müsəlmanlar təzyiqlərdən "sığortalanmaq" üçün müxtəlif evlərdə, ərazilərdə yığışaraq ibadətlərini yerinə yetirirdilər.
Məhəmməd peyğəmbər(s.a.s) 622-ci ildə Mədinəyə köçən kimi, məscid ərazisinin müəyyənləşdirdi. Bununla da, Peyğəmbər məscidi adlandırılan ibadət məkanının təməlləri atıldı və qısa müddət ərzində ərsəyə gətirildi. Məscidin arxa hissəsində İslamın ilk universiteti adlandıra biləcəyimiz Suffə üçün yer ayrıldı. Mədinədəki müsəlmanlarının sayı artdıqca gündəlik namazların qılınacağı məscidlərin sayı da çoxaldı.
Cümə namazı "Peyğəmbər məscidində" qılınırdı. Bu məsciddən sonra ilk cümə namazı qılınan məscid uzaq qəbilələrdən biri olan Bəni Abdulqaysdakı Cuvasa məscididirBuxari, "Cümə" 11. Cuvasa Ərəbistan yarımadasının şərqində, bugünkü Riyad və Zəhran şəhərlərinin arasında yerləşir. Bütün bunlar göstərir ki, Məhəmməd Peyğəmbərin sağlığında da müxtəlif ərazilərdə yaşayan müsəlmanların ibadət üçün məscidləri mövcud idi. Müsəlman olan bəzi tayfalar da (Taifdə) əvvəlki məbədlərinin yerində məscid inşa etmişdilərİbn Macə, "Məsacid", 3. Məhəmməd Peyğəmbərin vəfatından sonra daha geniş coğrafiyada İslam dininin qəbul edilməsi məscid tikintisini zəruri edirdi. Bunu daha da vacib edən dövlət başçılarının, idarəçlərin Quranın buyruğuna can atmaları idi.
Quranda deyilir: "Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan və zəkatı ürəkdən istəyərək verən, Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə (tikdirə) bilərlər. Məhz belələri doğru yolda olmağı ümid edə bilərlər""Tövbə" surəsi, 18. Allahın Rəsulu da: "Allahın razılığını qazanmaq üçün məscid tikdirənə Allah cənnətdə saray bəxş edər", – buyurubBuxari, "Salah", 65; Muslim, "Mesacid", 24–25.
Məscidlər elm ocağı kimi Məscidlər inşa edilərkən təkcə namaz qılmaq üçün nəzərdə tutulmurdu. Bu tikililər həm təhsil ocağı, iqamətgah, informasiya agentliyi, həm də məhkəmə zalı kimi fəaliyyət göstərirdilər. Hətta Məhəmməd Peyğəmbər bir dəfə məscidə daxil olanda camaatın bir hissəsinin dua və zikirlə, bəzilərinin də elmlə məşğul olduğunu görüb "Mən müəllim kimi göndərilmişəm", – deyərək elmlə məşğul olanların yanında oturması məscidin təlim-tərbiyənin verildiyi yer kimi funksiyasının olduğu göstərməsi baxımından çox vacib amildirİbn Macə, "Müqəddimə", 17.
Məscid qadınların da fəal iştirak etdiyi məkanlar idi. Qadınlar hətta sonrakı dövrlərdə sərtliyi ilə tanınan xəlifə Ömərdən çəkinmədən məsciddə etiraz etmək cəsarətini göstərmişdilər. Hətta xəlifə mehr məsələsi ilə bağlı məhdudlaşdırma qərarını məsciddəki bir qadının etirazından sonra ləğv etmişdi. Məscidlər təkcə dini təhsil yerləri deyildi. Hicri təqvimin ilk dövrlərindən etibarən ədəbiyyat da bu dərslərin mövzularını təşkil edirdi. Hətta məscidlərdəki dərs həlqələrində nəzəri tibbi məlumatlar da verilirdi. Bundan başqa, məscidlərin divarlarında kitablar üçün yerlər hazırlanırdı. Bu da göstərir ki, məscidlər kitabxana rolunu da ifa edirdi.
Məscidlər xalqla ünsiyyət yeri kimi thumb|250 px| Almaniyadakı Xədicə məscidindəki qadın zalı İslam ölkələrində məscidlər təkcə ibadət üçün nəzərdə tutulmurdu, eyni zamanda onun içərisində keçirilən tədbirlər insanlar arasında ünsiyyəti gücləndirmək məqsədi daşıyırdı.Bakı və Abşeronda İslam mədəniyyəti abidələri: məscidlər Elə buna görə də‚ məscid əhəmiyyətli bir məkan kimi "Allahın evi"‚ "peyğəmbərlərin məkanı"‚ "hər təqvalı insanın sarayı" kimi adlandırılır.
Rəvayətə görə Məhəmməd Peyğəmbərin evi əlverişli olmadığı üçün məscidi iqamətgah kimi istifadə edib. Peyğəmbərin dövlət idarəçiliyi ilə bağlı məsələləri məsciddə müzakirə edir və alınan qərarları da xalqa məsciddə elan edirdi. Diplomatik görüşlər də məsciddə həyata keçirilirdi. O, əcnəbi elçiləri məsciddə qəbul edirdi. Onun elçiləri qəbul etdiyi yer hələ də "səfirlər sütunu" (ustuvanətul vufud) olaraq adlandırılır. Bu ənənə Məhəmməd peyğəmbərin vəfatından sonra da müəyyən müddət davam etdirilib. Bölgələrə təyin edilən idarəçilərin də xalqın arasında olması, onlarla yaxın münasibət qurması üçün məscid ən əlverişli məkan olaraq qəbul edilmişdi. Məscidlər həmişə hər səviyyədən insanın birlikdə ibadət etdiyi yerlər olduğu üçün idarə edənlə idarə olunanları bir yerə yığan, hər cür məsələlərin həll edildiyi yerlər idi. Müsəlmanlar Məhəmməd peyğəmbərə, ilk xəlifələrə və digər rəhbərlərə namazdan əvvəl və sonra arzularını, şikayətlərini asanlıqla çatdıra bilirdilər.
Hətta bir bölgənin rəhbəri haqqında mərkəzə şikayət olarsa, müfəttişlərin təhqiqat aparacağı ilk yerlər məscidlər olardı. Məscidlər səfərbərlik, əhval-ruhiyyənin istiqamətləndirilməsi üçün əvəzsiz yerlər olub. Məhəmməd peyğəmbər məsciddən hərbi qərargah kimi də istifadə edib. Məscidlər ordunun mənəviyyatını döyüşə hazır hala gətirilməsində əvəzsiz yerlər olub. Məscidlər dünyasını dəyişən insanların yola salındığı yerlər olduğu kimi, ailə həyatı qurmaq üçün kəbin kəsdirənlərin də müraciət məkanları rolunu oynayıb. Məscidlər həmçinin fərdlər arasındakı sosial statusu, uçurumu aradan qaldıran reabilitasiya mərkəzləridir.
Məscid tipləri thumb|left|250 px|İstanbulda (Türkiyə) Sultan Əhməd camisi Yarandığı VII əsrin axırlarına təyinatından asılı olaraq məscidlər arasında müəyyən fərqlər yaranmağa başladı: məhəllə məscidi — gündəlik beşdəfəlik məscid üçün nəzərdə tutulanlar; cümə məscidi — kollektiv şəkildə cümə namazı üçün nəzərdə tutulanlar; kəbirə — mərkəzi şəhər məscidi; müsəllə — açıq meydanlı Qurban bayramıı üşün nəzərdə tutulan ümumşəhər məscidi.
Cümə məscidi Omeyyadlar dövründə geniş yayılır. Onun memarlıq formaları və dekorativ bəzəkləri hökmdarların əzəmətini və maddi imkanlarını nümayiş etdirməli idi. Bununla yanaşı sadə məscidlər daha müxtəlif olur və məhəllələrdə yerləşməklə gündəlik fərdi dualara şərait yaradır və daha çox yasları yola verirlər.
Bütün məscidlər ancaq Məkkəyə, Kəbəyə yönəlirlər və bütün dualar ora istiqamətlənərək icra edilir. Ora istiqamətlənmə qiblə (tərcümədə "əks tərəfdə yerləşən" deməkdir) adlanır. Məscidlərdəki Məkkəyə yönələn divar da qiblə adlanır.
Məscidlərin arxitekturası İslam memarlığının ən dayanıqlı və inkişaf etmiş memarlıq nümunələrindən biri məscidlərdir. Əvvəlki ənənələrə sadiq qalaraq, məscidlər dövrümüzdə də inşa olunarkən aşağıdakılar diqqət mərkəzində saxlanılır: Məscidin sahəsi gələcəyin tələblərini nəzərə almaqla müəyyənləşdirilməlidir; Məscidin tikilişində sadəliyə riayət edilməlidir; Məscid qeyri-müsəlmanların məbədlərinə bənzədilməməlidir.
Minarəsinə görə məscidlər bir neçə formada olur ki, onların ən tanınmışları ağaşıdakılarır: