İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: , , və ya ; səm.: ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır. 220x124px|thumb|right|İvrit əlifbasıyəhudi dinində

Tövrat ivrit dilində yazılmışdır. Ənənəyə görə, ivrit dili cənnətdə danışılan dildir və mələklərin dilidir. İvrit dili müqəddəs dil olsa da, qədim yəhudilərin əksəriyyəti aramey dilində danışırdı. Əksər rəylərə görə, bunun səbəbi mələklərin arami dilini bilməməsi, yalnız ivrit dilini bilməsi və buna görə də yalnız müqəddəslik məsələlərində ivrit dilini bilməsi və dini səbəb olmadan müqəddəs dildən danışılmamasıdır. Buna baxmayaraq, Babil Talmudu müqəddəs kitab sayılsa da, aramey dilində yazılmışdır və bəzi ravvinlər hesab edirlər ki, ibrani dilində hər sözün aramey dilində qarşılığı var və bəzən mələklərin müqəddəs sözləri anlamaması lazımdır ki, duada Allahın adını uca tutanda insanlara həsəd aparmasınlar.

Əlifba haqqında İvrit əlifbasında 22 hərf mövcuddur. Əlifba bütünlüklə samitlərdən ibarətdir. Saitlər, bir qayda olaraq yazılmır, yalnız istisna hallarda, məsələn: -sözün əvvəlində və ya sonunda; -alınma sözlərin yazılışında; -sözün oxşar yazılan başqa sözlə səhv salınmaması üçün saitlər yazılır. Bunun üçün alef (א), yod (י), hey (ה), vav (ו), ayin (ע) hərflərindən istifadə olunur. Yazı zamanı hərflər sağdan sola düzülür.

Xarici keçidlər Gülər Qasımova. MÜASİR İBRİ DİLİNDƏ NEOLOGİZMLƏRİN YARANMASINDA YENİ TENDENSİYALAR. Journal of "HISTORY OF SCIENCE" (ISSN: 2790–0029), 2021, Cild 2, Say 3, Sıra 5. ss.41–48

İstinadlar

Kateqoriya:İsrail dilləri Kateqoriya:Kənan dilləri

Kateqoriya:Xristianlıq