Hayfa dairəsi () — İsrailin yeddi inzibati ərazi vahidindən biri. Dairənin inzibati mərkəzi Hayfa şəhəridir. Ərazisi 864 km².
Dində Karmel dağı
Hayfa rayonu İlyas peyğəmbərin yaşadığı və Baal peyğəmbərləri ilə döyüşdüyü məşhur Karmel dağı ilə tanınır.
Arxeologiyada və insan təkamülündə Karmel dağı
Karmel dağı orada tapılan qədim insan mağaraları ilə tanınır. Hayfa rayonunda aparılan təkamül tədqiqatları təkamül tapmacasını tamamlayan onlarla qədim insan kəlləsini aşkar edib. Hayfa rayonunda tapılan ən qədim kəllə 300.000 il əvvələ aiddir.
Demoqrafiya İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə dairədə 913 000 nəfər yaşayırdı, o cümlədən:
Yəhudilər — 634 300 nəf. (69,5 %) Ərəblər — 228 100 nəf. (25 %) Digərləri — 50 600 nəf. (5,5 %)
Dini inanca görə: İudaizm — 71,27 % Ərəblər-müsəlmanlar — 18,81 % Ərəblər-xristianlar — 1,78 % Druzlar — 2,52 % Digərləri — 4,9 %
Əhalinin illik artımı 0,8 % təşkil edir.
Həmçinin bax İsrail dairələri
İstinadlar
Kateqoriya:İsrail dairələri Kateqoriya:Hayfa dairəsi