Kərimbəyli bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Tarixi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Kərimbəyi bələdiyyəsidir.

17.07.2000-ci il tarixli 07 №-li Bələdiyyə Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib, həmin Nizamnamə 24.10.2023-ci il tarixli 02 №-li Bələdiyyə Protokolunun 3-cü Qərarı ilə ləğv edilib.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Horadiz şəhərində yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

2003–2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

2020-ci ildən etibarən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

24.10.2023-ci il tarixli 02 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi təsdiq eidlmiş, həmin Nizmanamə 28.04.2025-ci il tarixli 03 №-li Bələdiyyə Protokolunun 3-cü Qərarı ilə ləğv edilmişdir.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18.4. Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli və Zobucuq bələdiyyələrinin əhatə etdiyi Birinci Zobucuq, İkinci Zobucuq, Üçüncü Zobucuq, Dördüncü Zobucuq, Beşinci Zobucuq qəsəbələrində və Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli kəndlərində Kərimbəyli bələdiyyəsi" yenidən təşkil edilib.

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" 18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla təsdiq edilmiş Siyahının "Füzuli rayonu" bölməsində birinci cədvəldə sadalanan 7 bələdiyyənin adı qeyd olunub. Onlardan da biri bu Bələdiyyədir.

28.04.2025-ci il tarixli 03 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin üçüncü Nizamnaməsi təsdiq edilmişdir.

02.04.2026-cı il tarixli 07 №-li Bələdiyyə Protokolunun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin metodoloji yardımı ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub .

07.08.2026-ci il tarixli 14 №-li Bələdiyyə Protokolunun 3.1-ci Qərarı ilə "Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin Vergi Xidməti Orqanı haqqında" Əsasnaməsi təsdiq olunmuşdur. Bu Əsasnamə Qarabağ Regonal Ədliyyə İdarəsinin tövsiyəsi əsasında qəbul edilmişdir. Sənəd Vergi xidmət orqanın təşkilinə, vəzifəli şəxslərin təyinatına, onların səlahiyyətlərinin həyata keçirilməsi prosedurlarına həsr olunub. Bu əsasənamənin layihəsi “Bələdiyyələrin vergi xidməti orqanının səlahiyyətləri” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 08.06.2026-cı il tarixində keçirilən tədbirdə geniş müzakirə olunub .

Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən bu Bələdiyyənin mərkəzi Füzuli rayonunun Kərimbəyli kəndidir.

Bələdiyyənin ünvanı: Kərimbəyli kəndi, Füzuli Rayon İcra hakimiyyətinin Kərimbəyli kənd İƏD üzrə nümayəndəliyinin binası.

Bu Bələdiyyənin ərazisinə aşağıkılar aiddir: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün vergi koduBələdiyyənin statistik koduƏrazisi (km²)İnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Kərimbəyli bələdiyyəsi750009475175146061800752.41Kərimbəyli kənd iəd60618005Kərimbəyli kəndi60618018Aşağı Yağlıvənd kəndi60618028Aşağı Seyidəhmədli kənd iəd60633005Şükürbəyli kəndi60633028Birinci Zobucuq qəsəbə iəd60634005Birinci Zobucuq qəsəbəsi60634016İkinci Zobucuq qəsəbə iəd60635005İkinci Zobucuq qəsəbəsi60635016Üçüncü Zobucuq qəsəbə iəd60636005Üçüncü Zobucuq qəsəbəsi60636016Dördüncü Zobucuq qəsəbə iəd60637005Dördüncü Zobucuq qəsəbəsi60637016Beşinci Zobucuq qəsəbə iəd60638005Beşinci Zobucuq qəsəbəsi60638016 Bu Bələdiyyənin ərazisinə dair olan kəndlərin mənsub olduqları inzibati ərazi dairələri nəzərə alınaraq, İkinci qarabağ müharibəsi nəticəsində işğaldan azal olunmuş aşağıdakı kəndlərin gələcəkdə həmin bələdiyyəyə aid ediləcəyi güman edilir: İnzibati ərazi dairəsiİƏD statistik koduİnzibati ərazi vahidiİƏD statistika koduAşağı Seyidəhmədli kənd iəd60633005Aşağı Seyidəhmədli kəndi60633018Yuxarı Yağlıvənd kənd iəd60629005Yuxarı Yağlıvənd kəndi60629018Qaraməmmədli kəndi60629028

Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Portalında dərc edilir.

Bələdiyyənin: e-poçt ünvanı: [email protected], [email protected]

Bələdiyyənin məlumatına görə 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 3.900 ev təsərrüfatı fəaliyyət göstərməklə, 14.868 nəfər yaşayır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Füzuli rayonunun bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr