Nəsir Əhmədli () — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü.

Həyatı Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir. 8 iyun 2022-ci ildə anadan olduğu Tovuz rayonunun Alakol kəndində dəfn olunmuşdur.

Əmək fəaliyyəti Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışır. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində". 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlamışdır.

"Media açarı-2006"-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülmüşdür.

Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvüdür.

Tədqiqat sahəsi Jurnalistin nitq mədəniyyəti KİV xaricə siyasi informasiya yayımı sistemində Beynəlxalq radio yayımı Televiziya jurnalistikası Beynəlxalq jurnalistika və s.

Mükafatları 2006 – "Media açarı" 2009 – Təhsil Nazirliyinin Fəxri fərmanı 2010 – "Cəsarətli qələm" 2010 – Əməkdar jurnalist 2011 – BDU-nun Fəxri fərmanı 2012 — BDU-nun Fəxri fərmanı 2012 – I dərəcəli Ali Media Mükafatı 2014 — Mətbuat Şurasının diplomu 2016 – Mirzə Cəlil Ali Media Mükafatı 2017 – BDU-nun Fəxri fərmanı 2019 — III dərəcəli "Əmək" ordeniBakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı

Kitablar Səsimiz, sorağımız (Xarici publisitikada Azərbaycan mövzusu). Bakı: Azərnəşr, 1988, 135 s. Səslər içində (Azərbaycan radiosu ellərarası efirdə). Bakı: "İşıq", 1990, 112 s. Jurnalistin vizual nitq mədəniyyəti.Bakı: "Yeni nəsil", 2002, 120 s. Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə (rusca). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2003, 220 s. Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2004, s. Средства массовой информации в системе внешнеполитической информации. Баку: изд-во "Bakı Universiteti", 2004, с. Jurnalistin nitq mədəniyyəti. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2005. Korifeylərin portretləri. Bakı: "Nurlan", 2008, 280 s. Ürəkdə bəslənən sevdaya şükür (şeirlər). Bakı, MBM, 2008,176 s. "Jurnalistika" ixtisası üzrə buraxılış işinin yazılması, tərtibi və müdafiəsi. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2010, 24 s. Con Milton və onun "Areopagitika" əsəri.Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2011, 120 s. Jurnalistin nitq mədəniyyətinin əsasları. Bakı: "Elm və təhsil", 2014, 280 s. M.Y.Lermontov 200. 26 yaşlı şairdən 26 şeir / Nəsir Əhmədlinin tərcüməsində. Bakı: Mütərcim, 2014, 100 s. Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik. Bakı: "Nural-nəşr", 2020, 45 s. Sən oldun (Seçilmiş şeirlər və tərümələr). Bakı: ADNSU-nun mətbəəsi, 2021, 100 s.

İstinadlar

Xarici keçidlər "Parça yaxşı olmalıdır ki, dərzi yaxşı paltar tiksin"

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Televiziyası şəxsləri