Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) () — Azərbaycan aşığı.
Həyatı Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib.
Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır.
Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s. kimi şerləri vardır.
Miskinli Aşıq Vəli 21 dekabr 1995-ci ildə vəfat edib.Nemət Qasımov. Ustad sənətkar: Miskin Vəli xalqın yaddaşında yaşamaq haqqı qazanıb. Xalq Cəbhəsi.- 2014.- 31 oktyabr.- Səh.14.
Kitabları Miskin Vəli, Növrəs İman. İki ustad. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 192 s.
İstinadlar
Xarici keçidlər Şair Vəli Miskinli
Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Gədəbəy rayonunda doğulanlar Kateqoriya:Gədəbəy rayonunda vəfat edənlər