Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasının cənubunda, Albaniyada, Kosovoda, İtaliyanın şərq sahilində, Siciliya adasında, Yunanıstanın cənubunda, həmçinin, Almaniya, Belçika, Ukrayna, ABŞ, Birləşmiş Krallıq ərazisində yayılmışdır.
Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek).
Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Həmçinin bax Albanca Vikipediya
İstinadlar
Kateqoriya:Albaniya dilləri Kateqoriya:Yunanıstan dilləri Kateqoriya:Serbiya dilləri Kateqoriya:Şimali Makedoniya dilləri