Kristofer Ren (; 20 oktyabr 1632 – 25 fevral 1723) — ingilis memar və riyaziyyatçı, Mason, Orijinal № 1 Lojası Böyük Ustadı olmuşdur. İngiltərə milli memarlıq üslubunun yaradıcısıdır. Memarlıq işlərində Roma stilinə üstünlük vermişdir.

İnşasına 1675-ci ildə başladığı və 1710-cu ildə inşası başa çatan İngiltərənin Müqəddəs Pavlo kilsəsi İngiltərənin yepiskop İqamətgahı sayılır. Bundan başqa, London tarixində 1666-cı ildə baş verən Böyük London yanğını ilə əlaqədar "Monument to the Great Fire of London" adlı abidəsi, "Marlborough House" adlı böyük evi, Winchester şəhərində yerləşən yepiskop saraylar, "Trinity College" kitabxanası, Qrinviçdə yerləşən "Royal Naval Hospital" xəstəxana və s. bu kimi abidələr Kristofer Renə aiddir.

Aqata Kristinin (1890–1976) "Tələ" pyesində personajlardan biri K. Renin adını daşımaqla fəxr edir. Ancaq pyesdə memarın yaşadığı dövr XIX əsr kimi göstərilir.

Məzarında "Oxucu, əgər bir abidə axtarırsansa, ətrafına bax" sözləri yazılmışdır.

Həmçinin bax Böyük London yanğını

İstinadlar

Kateqoriya:Britaniya riyaziyyatçıları Kateqoriya:Britaniya memarları Kateqoriya:Britaniya masonları Kateqoriya:Britaniya astronomları Kateqoriya:20 oktyabrda doğulanlar Kateqoriya:1632-ci ildə doğulanlar Kateqoriya:25 fevralda vəfat edənlər Kateqoriya:1723-cü ildə vəfat edənlər Kateqoriya:Londonda vəfat edənlər

Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:İngiltərə ixtiraçıları Kateqoriya:Kristofer Renin binaları Kateqoriya:Britaniya siyasətçiləri