İudeya və Samariya dairəsi () — İsrailin yeddi əsas inzibati ərazi vahidindən biri. Ərazi İsrail xaricində İordan çayının qərb sahili kimi tanınır.
Statusu İudeya və Samariya dairəsi İsrail Müdafiə Ordusunun Mərkəzi hərbi dairəsinin tabeçiliyindədir. İnzibati dairə üzrə bütün qərarlar hərbi dairənin komandanı tərəfindən qəbul edilir.
(1947—1949) ərəb-İsrail müharibəsindən sonra region 1967-ci ilədək İordaniyanın nəzarətində idi. Altı günlük müharibədən sonra region İsrailin nəzarətinə keçdi. BMT Təhülükəsizlik Şurasının 242 saylı Qətnaməsinə əsasən İsrail həmin torpaqlardan getməlidir. Regionun gələcək statusu İsrail-Fələstin danışıqlarının əsas mövzusudur. Hal-hazırda bura ən tez inkişaf edən regiondur, il ərzində əhalisi 5 faiz artır.
İsrailin baş naziri Binyamin Netanyahu İordaniya vadisini İordaniya Krallığı ilə həmsərhəd olan Yəhudeya və Samariyanın bütün şərq hissəsi olan İsrail Dövlətinin ərazisinə birləşdirəcəyini vəd edib.
Tarixi «İudeya və Samariya» termini rəsmi şəkildə İsrail hökuməti tərəfindən 1967-ci ildə təqdiq edilib, ancaq geniş şəkildə 1977-ci ildə "Likud" partiyası hakimiyyətə gəldikdən sonra işlədilməyə başlayıb..
Dairənin adındakı «İudeya» sözü refionun Qüdsdən cənuba Quş-Etsion və Xar-Xevron yaşayış məntəqələri də daxil olmaqla regiona aiddir. «Samariya» bölgəsi isə Qüdsdən şimaldakı yaşayış məntəqələrini əhatə edir.
Ərazinin hərbi bölünməsi Dairə həmçinin 8 hərbi rayona bölünür: Menaşee (Cenin vilayəti), xa-Bika'а (İordan çökəkliyi), Şomron (Şxem vilayəti), Efraim (Tul-Karem vilayəti), Binyamin (Ramalla vilayəti), Etsion (Vifleem rayonu) və Yehuda (Xevron vilayəti).
İstinadlar
Kateqoriya:İsrail dairələri Kateqoriya:1967-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Adlandırma mübahisələri Kateqoriya:İordan çayının qərb sahili coğrafiyası Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Fələstin Dövləti