thumb|300px|Papirus parçası, Roma senatında səsləndirilmiş nitq. Klavdiya dövrü (41–54) Mənbəşünaslıq — tarixi-mədəni mənbələrin öyrənilməsi haqqında köməkçi tarix elmi.
Haqqında Xüsusi elmi intizam kimi, Mənbəşünaslıq XIX əsrdə formalaşıb. Bu həm də, tarixi mənbələrin tədqiqi və onlardan istifadə üsullarını işləyib hazırlayan köməkçi fənn, habelə həmin mənbələrin özüdür; məxəzşünaslıqdır. Mənbələr müxtəlif cür təsnifləndirilir. Azərbaycan tarixinə dair mənbələr əsasən bu cür təsnif edilmişdir: şifahi, maddi, dilçilik, etnoqrafiq, yazılı, kino foto fono sənədlər. + Mənbələrin əsas qrupları və onların tərkibi Sıra Tarixi mənbələrin qrupları Tərkibi 1 Şifahi Əfsanələr, nağıllar, bayatılar, atalar sözləri, zərb-məsəllər və s. 2 Maddi Əmək alətləri, sənətkarlıq məmulatları, incəsənət əsərləri, memarlıq qurğuları, ev qalıqları və s. 3 Dilçilik Dilə dair məlumatlar 4 Etnoqrafiq Müxtəlif xalqların məişət ənənələri və s. 5 Yazılı Epiqrafik abidələr, qrafitlər, papirus, dəri, kağız üzərindəki əlyazmalar, çap materialları və s. 6 Kino, foto, fono sənədlər Foto sənədlər, kino xronikalar, səs yazıları və s.
İstinadlar
Kateqoriya:Skeptisizm Kateqoriya:Ədəbi tənqid Kateqoriya:Tarixi mənbələr