Bastamlı () — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.

Toponim Müxtəlif mənbələrdə Bastamlı, Bestamlı və ya Bostamlı adı ilə rast gəlinən kəndin adı etnotoponim olub burada məskunlaşmış və Bayat boyuna mənsub olan Bastamlı oymağının adından irəli gəlir. 1917-ci ilə aid İngilis məxfi məlumatlarında bu oymağın 108 evdən ibarət olduğu qeyd edilmişdir.Doç. Dr. Ekrem Pamukçu: Bayatlar ve Irak Bayatları , sayfa 8

Coğrafiya Bastamlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sağ sahilinə yaxın düzənlikdə, dəniz səviyyəsindən 175 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Bastamlı kəndi arasındakı məsafə 13 km-dir.

Əhali OŞSAMOrta Şərq Strateji Araşdırmalar Mərkəzi (türkcə: Ortadoğu Stratejik Araştırmalar Merkezi )-ın 30 may — 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Bastamlı kəndində təxminən 5.3 min nəfər əhali yaşayırdı.ORSAM (Ortadoğu Stratejik Araştırmalar Merkezi) Rapor No: 6, ORSAM-Ortadoğu Türkmenleri Programı Rapor No: 2— Tuzhurmatu Türkmenleri: Bir başarı hikayesi Kasım 2009, sayfa 9 Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır. Kəndin əhalisi qədim Bayat boyundan törəmişdir.

İstinadlar

Mənbə

Kateqoriya:Tuzxurmatu qəzasının kəndləri Kateqoriya:İraqdakı Türkman yaşayış məntəqələri