Marvin Pents Gey, kiçik (; 2.4.1939 — 1.4.1984) — amerikalı müğənni, aranjemançı, bəstəkar və prodüser. Stivi Uanderlə birlikdə müasir ritm-ənd-blyuz musiqisinin ilk ifaçılarından biridir. 45 illiyinə bir gün qalmış ailə münaqişəsi zəminində atası tərəfindən odlu silahla qətlə yetirilmişdir.
1960-cı illərdə Marvin "How Sweet It Is (To Be Loved By You)" və "I Heard It Through the Grapevine" mahnıları və Meri Uells və Temmi Terrel ilə oxuduğu duetlərlə "Motown Records" səsyazma şirkətinin səsinə çevrildi. Sonradan o, "Motaunun şahzadəsi" və "Soulun şahzadəsi" ləqəblərini qazandı. 1970-ci illər ərzində o, "What's Going On" və "Let's Get It On" konsept-albomlarını buraxmış və "Motown"da öz prodüser şirkətinin buxovlarından azad olan ilk sənətçi olmuşdu. 1982-ci ildə o, "Sexual Healing" və "Midnight Love" albomlarını buraxmış, birinci albom həmin il Qremmi mükafatına layiq görülmüşdü.
Marvin Gey 45 yaşının tamam olmasından bir gün əvvəl, 1 aprel 1984-da ailə mübahisəsi zamanı atası tərəfindən öldürüldü. Marvin Gey ölümündən sonra da bəzi mükafatlara layiq görülmüş, o cümlədən 1987-ci ildə Rok-n-Rol Şərəf Zalına daxil edilmiş və 1996-cı ildə isə "Ömürboyu uğurlarına görə" Qremmi mükafatı ilə mükafatlandırılmışdır.
Diskoqrafiya Studiya albomları İlAlbomÇartlarda ən yüksək yeriSertifikatlar ABŞ ABŞ R'n'B BB1961The Soulful Moods of Marvin Gaye——— 1963That Stubborn Kinda Fellow——— 1964When I'm Alone I Cry——— Hello Broadway——— 1965How Sweet It Is to Be Loved by You1284— A Tribute to the Great Nat "King" Cole——— 1966Moods of Marvin Gaye1188— 1968In The Groove (a.k.a. I Heard It Through the Grapevine)632—BB: Qızıl1969M.P.G.331— 1970That's the Way Love Is18917— 1971What's Going On6156*BB: Platin ABŞ: Qızıl1972Trouble Man143— 1973Let's Get It On2139 BB: Gümüş1976I Want You4122 1978Here, My Dear264— 1981In Our Lifetime 32648 1982Midnight Love7110BB: Qızıl ABŞ: 3x Platin"—" çartlara düşməyən mahnılar * Böyük Britaniyada albom 1996-cı ildə çartlara daxil olub.
Filmoqrafiya 1965: T.A.M.I. Show (sənədli film) 1969: The Ballad of Andy Crocker (televiziya filmi) 1971: Chrome and Hot Leather (televiziya filmi) 1973: Save the Children (sənədli film)
Xarici keçidlər
Marvin Gey "All Music Guide" saytında Marvin Geyin mahnılarının sözləri Marvin Geyin səhifəsi
İstinadlar
Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:Vaşinqtonda doğulanlar Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ ritm-end-blyuz musiqiçiləri Kateqoriya:ABŞ film bəstəkarları Kateqoriya:Afroamerikalılar Kateqoriya:Dörd oktava vokal diapazonuna malik müğənnilər Kateqoriya:XX əsr ABŞ bəstəkarları