thumbnail|Osmanlı Donanmasının bayrağı (1793-1823-cü il) thumbnail|Osmanlı Donanmasının bayrağı (1844-1922-ci il) Osmanlı Donanması ya da köhnə adı ilə Donanma-yı Hümâyûn — Osmanlı dövlətinin dəniz qüvvələri. XIV əsrdə yaradılıbBüyük Larousse (1986), Milliyet Yayınları, Cilt 17, s. 8946 - 8947. Osmanlı dövləti 1323-cü ildə Qaramürsəli fəth edərək dənizə çatıb. Qaramürsəl bəyin rəhbərliyində ilk donanma yaradıldı və Kocaelidə baş verən döyüşlərdə dənizdən dəstək təmin edildi. 1327-ci ildə Qaramürsəldə ilk Osmanlı limanı quruldu və beləcə dəniz gücünün rəsmiləşdirilməsi işləri başladı. Osmanlı donanmasında iyerarxiya sistemə keçildi. İlk dərya bəyi (donanma komandiri), Qaramürsəl bəy oldu. 1337-ci ildə Kocaeli ələ keçirildi. Beləliklə 1353-cü ildə reallaşacaq olan Rumeliyə keçidin yolu açıldı. Bundan sonra donanmanın mərkəzi sırası ilə İzmit, Gelibolu və son olaraq da İstanbul oldu. 1327-ci ildə Qaramürsəldə ilk Osmanlı limanı quruldu və beləcə dəniz gücünün rəsmiləşdirilməsi işləri başladı. İlk dərya bəyi Qaramürsəl bəy olmuşdur. 1337-ci ildə Kocaeli ələ keçirildi. Beləliklə 1353-cü ildə reallaşacaq olan Rumeliyə keçidin yolu açıldı. Bundan sonra donanmanın mərkəzi sırası ilə İzmit, Gelibolu və son olaraq da İstanbul olduBüyük Larousse (1986), Milliyet Yayınları, Cilt VI, s. 3037 - 3041.

İstanbulun fəthində II Mehmet donanmadan faydalandı. Qara dənizdə və Aralıq dənizində təsiri çoxalan Osmanlı donanması Misir səfərində Osmanlı qüvvələrinə dəstək etdi. 1538-ci ildə Preveze dəniz döyüşündə Osmanlı donanması qazandı. Bundan sonra Cerbe dəniz döyüşündə də Osmanlı donanması qazandı. Malta mühasirəyə alındı, ancaq bir şey əldə edilə bilmədi. Osmanlı donanmasını böyütmək üçün bir çox liman quruldu, ehtiyacı lazım olan vəsaitlər Kocaelidən, Bigadan, Samsundan, Kastamonundan və Aydından gətirilirdi. Kapitan dəryalara ənənə olaraq cəzayir bəylərbəyliyi verilərdi. Gelibolu, Aralıq dənizi adaları və İzmirin bəzi yerləri Osmanlı kapitanlarına iqta olaraq verilərdi.

XVI əsrdə Hind okeanında Portuqaliya krallığına qarşı Hadim Süleyman Paşa və Piri Rəis rəhbərliyində səfərlər təşkil edilsə də, Portuqaliya donanması üstün gəldi və Piri Rəis edam edildi. İnəbaxdı müharibəsindən sonra ağır itkilər verən Osmanlı donanması, itkinlərini bərpa etməyi bacardı. Osmanlı dövləti durğunluq dövründən etibarən dəniz ticarətində Avropalı dövlətlərdən geri qaldı. XVIII əsrdə Mezomorto Hüseyn Paşanın cəhdləri ilə donanmada islahatlar keçirildiMezomorto lakabı, Venedikliler tarafından verilmiş bir lakaptır ve yarı ölü anlamına gelmektedir. Bazı kaynaklarda mezomorta ve mezemorto olarak da geçmektedir.. Lakin dənizlərdə ciddi bir üstünlük təmin edilə bilmədi. 1773-cü ildə Cəzairli Qazi Həsən Paşanın Dərya Kapitanı olması ilə əlaqədar dəniz məktəbi açıldı. Burada müasir təhsil verilməyə başlandı və 1776-cı ildə Amire Limanın yaxınlarında ikinci dəniz məktəbi olaraq Bəxri-Həndəsənə açıldı. XIX əsrdə Osmanlı dövləti, Fransanın Misir yürüşündə İngilis donanmasından kömək aldı. Bundan sonra III Səlimin islahatlarını davam etdirən II Mahmud dövründə donanma 1827-ci ildə baş vermiş Navarin dəniz döyüşündə məhv edildi. II Mahmudun dövründə Amerikalı mühəndislərin köməkləri ilə islahatlar davam etdi. Osmanlı limanları müasir dəniz sənayesinə uyğunlaşdırıldı və dövrün ən böyük döyüş gəmisini əlində tutan Mahmudiyə də o dövrdə dənizə uyğunlaşdırıldı. II Mahmudun ölümündən sonra bu mühəndislər İstanbulu tərk etmək məcburiyyətində qaldı. Taxta çıxan Əbdülməcidin dövründə, 1840-cı ildə dəniz məclisi quruldu və müasir donanma işləri davam etdi. İlk dənizçilik şirkəti Xeyriyə şirkətidə bu dövrdə qurulmuşdu. Əbdüləzizin dövründə isə 1867-ci ildə dəniz nazirliyi quruldu. Əbdüləzizin dövründə davam edən islahatlar ilə xarici ölkələrdən çox sayda müasir döyüş gəmisi alındı. 1878-ci ildən etibarən II Əbdülhəmidin laqeydliyi nəticəsində donanma, Haliçdə tərk edildi və dənizə açılmadı. 1897-ci il Osmanlı-Yunan müharibəsində Osmanlı donanması özünü göstərə bilmədi. 1909-cu ildə "Donanma cəmiyyəti"nin səyləri ilə müasir donanma işləri xalqın maddi yardımları ilə davam etdi. Bu cəmiyyətin səyləri ilə çox sayda müasir döyüş gəmisi alındı. Alman zabitlərindən ibarət olan bir heyət ilə islahat işləri canlandı. Trablis müharibəsində və Balkan müharibəsində Osmanlı donanması fəaliyyət göstərdi. Lakin Birinci Dünya müharibəsində Egey dənizində məhdud fəaliyyət göstərmək məcburiyyətində qalan donanma, Çanaqqala Dəniz Döyüşlərində müvəffəqiyyətli oldu20. Yüzyıl Ansiklopedisi (1990), Tercüman Yayınları, s. 76 - 79. Birinci Dünya müharibəsindən sonra donanma, Mərmərə dənizində ittifaq qüvvələrinin nəzarəti altında oldu.

Osmanlıdan əvvəlki dövr thumb|sağ|400pik|Anadolu Selcuq Dövləti sonrası Anadolu Bəylikləri. 1071-ci ildə baş verən Malazgirt döyüşündən sonra Anadoluya yerləşməkdə olan Səlcuq Dövləti 1081-ci ildə Egeyə və Mərmərəyə çatmışdı. Bizanslılardan və İtalyanlardan öyrənilən texnikalarla ilk donanma işlərinə başlandı. Çaxa bəy, İstanbulda əsir olduğu müddətdə bu texnikaları öyrəndi. III Nikeforosun ölümündən sonra taxta çıxan yeni Bizans imperatoru I Aleksios Komnenos Çaxa Bəyi sərbəst buraxdı və ya Çaxa Bəy qaçdı. Bundan sonra İzmirdə Çaxa Bəyliyi quruldu. Burada bilinən ilk Türk donanması quruldu, 1089-cu ildə Midilli və 1090-cı ildə Saqqız ələ keçirildi. İznikdə Ebülkasım, yeni bir donanma inşasına başladısa da Bizansın müdaxiləsi ilə gəmilər yandırıldı. Anadolu Səlcuq Dövləti dövründə ticarət təhlükəsizliyini təmin etmək üçün dənizçiliyə əhəmiyyət verildi. 1207-ci ildə liman şəhəri olan Antalya ələ keçirildi. Sinopda liman quruldu. I İzzəddin Keykavus 1214-cü ildə Kipr Krallığı və 1216-cı ildə Venesiya ilə ticarət razılaşması imzaladı. Misir ilə dəniz ticarəti vardı. Bu dövrə rast gələn Səlib yürüşləri Səlcuq ticarətinə mənfi təsir edirdi. Antalya işğal olunduqdan sonra Səlcuqlular 1216-cı ildə şəhəri geri aldı. 1220-ci ildə taxta çıxan I Alaəddin Keyqubad o dövrdə Kalonoros olaraq bilinən Alanyanın fəth etdi və Alain adını verdi. Alanyada liman quruldu, bu liman ilk mütəşəkkil liman olaraq görülməkdədir. 1225-ci ilə qədər Alanya ilə Silifke arasındakı bir çox sahil qalası ələ keçirildi. Ayrıca Keyqubad 1224-cü ildə Hüsaməddin Çoban əmrində bir Qaradəniz donanması hazırlatdı və səfərə çıxdı. Krımın Sudan şəhəri ələ keçirildi. Sudakdaki Səlcuq hakimiyyətinin nə qədər sürdüyü bilinməməklə birlikdə 1239-cu ildə monqol işğallarına qədər Səlcuq hakimiyyətində qaldığı təxmin edilir. Keykubadın ölümündən sonra taxta çıxan II Qiyasəddin Keyxosrov dövründə Monqol istilaları başladı və Kösədağ Müharibəsi ilə dövlət zəiflədi aralarında Sinopun da olduğu bir çox Qaradəniz bölgəsi Trabzon İmperatorluğu tərəfindən ələ keçirildi. Ancaq 1266-cı ildə Sinop geri alındı. Kösədağ müharibəsindən etibarən Anadolu Səlcuq Dövləti Monqollardan asılı hala gəldi. Xüsusilə Qərbi Anadoluda bir çox uc bəyliyi quruldu. Bu bəyliklər bəziləri dənizçiliklə maraqlandı. Dənizçi bəyliklər bəziləri Karesioğulları, Aydınoğulları, Məntəşəoğulları və Saruhanoğulları idi. Bu bəyliklərə aid dəniz qüvvələri Egeyə axınlar etdi. Karesioğulları Bəyliyi, qurduğu limanda gəmilər inşa etməkdə idi. Aydınoğlu Qazi Umur bəy, Egey dənizində bir çox müvəffəqiyyət əldə etdi və Çanaqqala Boğazı ilə Rodos arasında qəti bir hakimiyyət qurdu. XIV Əsrdə Osmanlı Bəyliyi genişləməyə başladı, zamanla bu bəyliklər hakimiyyət altına alındı və Osmanlı donanmasının təməlləri atıldı. Quruluş dövrü 1323-cü ildə Mərmərə dənizinə çatan Osmanlı Dövləti 1324-cü ildə Karesioğulları Bəyliyinin 24 gəmidən ibarət köməyini aldı. Bu kömək qüvvətinin başında Qaramürsəl bəy dayanmışdı. Bu donanma ilk olaraq Mərmərə dənizində təhlükəsizliyi təmin edirdi. 1327-ci ildə Qaramürsəldə ilk liman quruldu və ilk Osmanlı gəmiləri inşa edildi. Osmanlı donanması iyerarxiya nizamına keçmiş 1324 eləcə də 1390 illəri arasındakı donanma komandirlərinə Dərya Bəyi deyilirdi. 1337-ci ildə İzmitə ələ keçirilməsindən sonra Mərmərə dənizindəki Osmanlı hakimiyyəti qüvvətləndi. 1353-cü ildə Rumeliyə keçid asanlaşdı. XIV Əsrdə Qaramürsələ yanında Edincikde, Geliboluda və İzmitdə liman quruldu. Bunlardan ən böyüyü 1401-ci ildə I Bəyazid tərəfindən qurulmuş olan Gelibolu limanı idi. Quruluş dövründə Osmanlı donanması Çanaqqala Boğazını əldə tutmaq və Mərmərənin təhlükəsizliyini təmin etmək ilə vəzifələndirilmişdi. 1390-cı ildən etibarən donanma komandirlərinə Kapitan-ı Dərya (Kapitan Paşa) deyilməyə başlandı. Bəyazid İstanbulu əhatə etdiyində donanmadan faydalandı amma Xaçlıların gəlməsi səbəbiylə mühasirəni qaldırdı. Ankara müharibəsindən sonra başlayan Fetret Dövründə Osmanlı donanmasının vəziyyətinə dair məlumat yoxdur. Lakin bundan sonra taxta çıxan I Mehmet dövründə 1416-cı ildə Venesiya ilə dəniz döyüşü baş verdi və döyüşü Osmanlılar itirdi, sülh razılaşması əldə edildi. II Murat dövründə isə, Osmanlı donanması Venesiyada üstünlük təmin etdi.1430-cu ildə Selanik mühasirə altında ikən Venesiya donanması Çanaqqala önlərinə gəldi. Edilən dəniz döyüşlərində Osmanlı donanması qazandı və bundan sonra Selanik ələ keçirildi. 1451-ci ildə taxta keçən II Mehmet İstanbulun fəthi üçün hazırlıqlara başladı. Bu hazırlıqlarda Osmanlı donanması gücləndirildi. Yüz əlli parçadan ibarət olan (Bəzi Rum tarixçilərə görə dörd yüzdən çox) bir Osmanlı donanması hazırlanmışdı. Fatih mühasirədə donanmadan faydalandı. 21 Apreli 22 Aprelə bağlayan gecə bir neçə Osmanlı gəmisi qurudan keçirilərək Haliçə endirildi. İstanbul fəth edildikdən sonra II Mehmet 1455-ci ildə Liman-i Amirəni qurdu və Osmanlı donanmasının yeni mərkəzi İstanbul oldu. Yüksəlmə dövrü